Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-147/2021 03.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Tülü kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 may 2021-ci il tarixli, MN seriyalı, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 nömrəli 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən 3000 (üç min) manat pulu və ödənilmiş 30 manat dövlət rüsumu xərcini, cəmi 3030 (üç min otuz) manat pulu iddiaçı Zərərçəkmiş şəxs ödəməkdən imtina edir,bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Balakən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 3(019)-147/2021 nömrəli qərarı ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 3(107)-203/2021 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli , 3(019)-147/2021 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, 27 may 2021-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinə polis vasitəsi ilə dəvət edilmişdir. Həmin vaxt icra məmuru tərəfindən ona bildirilmişdir ki, Balakən Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli icra sənədinə əsasən, tələbkar Nuranə adlı şəxsə 3030 manat məbləğində pul ödəməlidir. Həmin zaman icra məmuruna bildirmişdir ki, onun qeyd etdiyi məhkəmə qətnaməsindən məlumatı yoxdur. İstər qeyd olunan mülki işə baxılanda, istərsə də iş üzrə qətnamə qəbul ediləndə ona rəsmi məlumat verilməmişdir. İcra məmuru qeyd olunan məsələnin ona aidiyyəti olmadığını bildirərək, onun məhkəməyə çıxarılacağını, həmin vaxtı qeyd etdiklərinin məhkəmə qarşısında söyləməli olduğunu bildirmiş və borcu olmadığı halda ödənişi ödəməkdən imtina etməsi barədə izahat verməli olduğunu bildirmişdir. Bundan sonra icra məmurunun qeyd etdiklərinə uyğun izahat yazmışdır. Daha sonra məhkəmə iclasında ona məlum olmuşdur ki, onun Balakən Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq yayınması əsas gətirilərək, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində tərtib olunmuş protokola etiraz edir.O,həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.Göstərdiyi halları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 3030 (üç min otuz) manat alınıb onun xeyrinə ödənilməlidir. 3000 manat borcundan bu günədək heç bir ödəniş etməmişdir. Onun borcunu ödəməyə isə imkanı vardır,Borcun ödənməsi üçün tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 3030 (üç min otuz) manat alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Hal-hazırda borclu Şəxs borcundan heç bir ödəniş etməmişdir. Şəxs tələb yönəldilə biləcək əmlakının və aylıq qazancının olub-olmaması barədə müxtəlif dövlət orqanlarına sorğular göndərilmişdir. Lakin həmin sorğulara cavablarla Şəxs adına daşınmaz əmlak, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak, banklarda əmanətlər, sosial ödənişlər, onun işləməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və aylıq hər hansı qazanca, gəlirə malik olması müəyyən olunmamışdır. Bu günə kimi Şəxs adına tələb yönəldilə biləcək əmlak və hər hansı gəlir yoxdur. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonradan sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş və mülki iş apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan, Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh X1 3000 (üç min) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 3030 (üç min otuz) manat alınıb iddiaçı Zərərçəkmiş şəxs qızma ödənilməsi qət edilmişdir. İş materiallarında olan, Balakən Rayon Məhkəməsinin 8(019)-7/2021 saylı, 17.02.2021-ci il tarixli qərardadından görünür ki, tələbkar Zərərçəkmiş şəxs ərizəsi təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(019)-520/2020 nömrəli qətnaməsində və 20 avqust 2020-ci il tarixli, 2(019)-520/2020 nömrəli icra sənədində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamədə və icra sənədində “cavabdeh X2” sözlərinin “cavabdeh Şəxs” kimi oxunması qərara alınmış və həmin qərar tərəflərə göndərilmişdir. İş materiallarında olan, Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(019)- 520/2020 saylı icra vərəqəsindən görünür ki, 20 avqust 2020-ci il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(019)-520/2020 nömrəli qərardadından görünür ki, Balakən Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(019)-520/2020 nömrəli qətnaməsindən cavabdeh Şəxs verdiyi apellyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 may 2021ci il tarixli, MN seriyalı, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 nömrəli 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən 3000 (üç min) manat pulu və ödənilmiş 30 manat dövlət rüsumu xərcini, cəmi 3030 (üç min otuz) manat pulu iddiaçı Zərərçəkmiş şəxs ödəməkdən imtina edir,bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra sənədinin verilməsinə əsas olmuş Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 saylı,20 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh Şəxs apelyasiya şikayəti vermiş,onun verdiyi apellyasiya şikayəti Balakən Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(019)-520/2020 nömrəli qərardadı ilə baxılması üçün iş materialları ilə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-147/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-147/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver