Məhkəmə qərarları › İş №3(019)-147/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-147/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-147/2022 28.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cücüyeva (Haxova) Xumarə İzzət qızının iştirakı ilə xx.xx.1976-cı ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında yaşayan- Cücüyeva (Haxova) Xumarə İzzət qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Cücüyeva (Haxova) Xumarə İzzət qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədi üzrə borclu Cücüyeva (Haxova) Xumarə İzzət qızı yaranmış 2020 manat alimenti tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədinə əsasən 08 iyul 2019-cu il tarixdən başlayaraq 07 iyul 2003-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X1 hər ay 110 manat sabit pul məbləğində aliment tutulub, Zərərçəkmiş şəxs verilməlidir. Cücüyeva (Haxova) Xumarə İzzət qızı 500 manat və 100 manat olmaqla cəmi 600 manat alimenti tələbkara ödəmişdir. Lakin 15.11.2019-cu il tarixli icra sənədi üzrə borclu Cücüyeva (Haxova) Xumarə İzzət qızı yaranmış 2020 manat alimenti tələbkara ödəmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Balakən Rayon Məhkəməsinin 2(019)-700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədinə əsasən xeyrinə aliment tutulan X8 07 iyul 2021-ci il tarixdə yetkinlik yaşına çatmışdır və həmin 07 iyul 2021-ci il tarixdən alimentin tutulması öhdəliyinə xitam verilir. İş üzrə qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cücüyeva (Haxova) Xumarə İzzət qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədinə əsasən 08 iyul 2019-cu il tarixdən başlayaraq 07 iyul 2003-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 110 manat sabit pul məbləğində aliment tutulub, Zərərçəkmiş şəxs verilməlidir. O, müxtəlif vaxtlarda 500 manat və 100 manat olmaqla cəmi 600 manat aliment ödəmişdir. Yaranmış aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur. Belə ki, heç yerdə işləmir, aylıq hər hansı qazanca, gəlirə malik deyildir. Ona məxsus hər hansı daşınmaz əmlak, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya və adında bank əmanəti yoxdur. Pensiya və hər hansı sosial müavinət almır. Tələb yönəldilə biləcək heç bir əmlakı yoxdur. Özünün evi və digər özünə məxsus yaşayış yeri yoxdur. Hazırda bacısının evində və bacısının hesabına yaşayır. Həmçinin bildirir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədinə əsasən xeyrinə aliment tutulan X8 07 iyul 2021-ci il tarixdə yetkinlik yaşına çatmışdır və qanuna görə həmin 07 iyul 2021-ci il tarixdən alimentin tutulması öhdəliyinə xitam verilməlidir. Zərərçəkmiş şəxs ona olan aliment borcunu iddia verməklə məhkəmə qaydasında tələb edə bilər. Həmçinin 07 iyul 2021-ci il tarixdən hesablanmaqla onun İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədinə əsasən 08 iyul 2019-cu il tarixdən başlayaraq 07 iyul 2003-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X1 hər ay 110 manat sabit pul məbləğində aliment tutulub, ona verilməsi qət edilmişdir. Cücüyeva (Haxova) Xumarə İzzət qızı ona 500 manat və bir dəfə də 100 manat olmaqla cəmi 600 manat aliment ödəmişdir. X2 ona olan aliment borcu 2020 manatdır. Həmin borcu tələb edir. X4 barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədindən görünür ki, 08 iyul 2019-cu il tarixdən başlayaraq 07 iyul 2003-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X1 hər ay 110 manat sabit pul məbləğində aliment tutulub, Zərərçəkmiş şəxs verilməlidir.. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədi icraya yönəldilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs imzaladığı qəbzdən, həmçinin Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cücüyeva (Haxova) Xumarə İzzət qızının izahatlarından görünür ki, Cücüyeva (Haxova) Xumarə İzzət tərəfindən 500 manat və 100 manat olmaqla cəmi 600 manat aliment Zərərçəkmiş şəxs ödənilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cücüyeva (Haxova) Xumarə İzzət qızını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Cücüyeva (Haxova) Xumarə İzzət qızının əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cücüyeva (Haxova) X5 Rayon Məhkəməsinin 15.11.2019-cu tarixli, 2(027)-700/2019 saylı icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələlərini yeinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, müxtəlif vaxtlarda 500 manat və 100 manat, cəmi aliment ödəməklə icra sənədini icra etməyə çalışmış, üzrlü səbəbdən, yəni maddi imkanı olmadığından icra sənədini tam icra etməmişdir. Cücüyeva (Haxova) Xumarə İzzət qızının Balakən Rayon Məhkəməsinin 15.11.20190-cu il tarixli, 2(027)- 700/2019 saylı icra sənədinin icra edilməsilə bağlı göstərilən məbləğdə aliment pulunu tələbkara ödəməsi, onun bu icra sənədinin icra edilməsinə yönəlmiş iradə ifadəsi kimi qiymətləndirilməlidir. İcra işi materiallarından da görünür ki, icra məmurunun verdiyi sorğular əsasında Cücüyeva (Haxova) Xumarə İzzət qızının banklarda əmanətləri, xüsusi mülkiyyətində tələb yönələ biləcək daşınmaz və daşınar əmlakı, sahibkarlıq fəaliyyəti ilə məşğu olması, işləməsi, əmək haqqı, pensiya və ya digər sosial müavinət alması və aylıq gəlirə malik olması müəyyən edilməmişdir. Cücüyeva (Haxova) Xumarə İzzət qızı məhkəmədə verdiyi izahatından görünür ki, onun yaranmış aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur, heç yerdə işləmir, aylıq hər hansı qazanca, gəlirə malik deyildir. Ona məxsus hər hansı daşınmaz əmlak, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya və adında bank əmanəti yoxdur, pensiya və hər hansı sosial müavinət almır. Tələb yönəldilə biləcək heç bir əmlakı yoxdur. Özünün evi və digər özünə məxsus yaşayış yeri yoxdur, hazırda bacısının evində və bacısının hesabına yaşayır. İşdə bu halları təkzib edəcək, yəni Cücüyeva (Haxova) Xumarə İzzət qızının alızmi maddi vəsaitə və əmlaka malik olması, lakin məhkəmənin icra sənədini üzrsüz səbəbdən icra etməməsi barədə heç bir mötəbər sübut yoxdur. Belə olan halda Cücüyeva (Haxova) Xumarə İzzət qızının məhkəmənin sözügedən icra sənədini tam icra etməməsinin səbəbləri ilə bağlı bildirdiyi və icra işinin materialları ilə təsdiq olunan həmin hallar; yəni onun icra sənədinin tam icrasıyla bağlı lazımi pul vəsaitinə və tələb yönəldilə biləcək əmlaka malik olmaması əsasları üzrlü səbəb kimi qiymətləndirilməli və qəbul olunmalıdır. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cücüyeva (Haxova) Xumarə İzzət qızının icra sənədini tam icra etməməsinin üzrlü səbəblərlə, yəni onun bu sənədi tam icra etməməsinin işləməməsi, tələb yönəldilə biləcək daşınmaz və daşınar əmalakının, banklarda əmanətlərinin və aylıq gəlirinin olmaması, ağır maddi vəziyyəti ilə bağlı olması barədə gətirdiyi dəlillər inandırıcıdır. İşdəki sübutlarla Cücüyeva (Haxova) Xumarə İzzət qızının üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. İnzibati xəta haqqında iş üzrə icraat başlayan şəxs də bunun əksini, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cücüyeva (Haxova) Xumarə İzzət qızının icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsini, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu halları sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Cücüyeva (Haxova) Xumarə İzzət qızının əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmçinin iş materiallarından görünür ki, Cücüyeva (Haxova) Xumarə İzzət qızı barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qanunda uzanan xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti şəxsin üzərinə qoyulmuş vəzifənin yerinə yetirməli olduğu günün növbəti günündən hesablanır. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədinə əsasən xeyrinə aliment tutulan X8 07 iyul 2021-ci il tarixdə yetkinlik yaşına çatmışdır və qanuna görə həmin 07 iyul 2021-ci il tarixdən həmin icra sənədi üzrə tutulan alimentin ödənilməsinə xitam verilir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. İşdə uşağın yetkinlik yaşına çatması ilə bağlı məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verildikdən sonra hər hansı məbləğdə aliment borcunun Cücüyeva (Haxova) Xumarə İzzət qızından alınıb Zərərçəkmiş şəxs ödənilməsi barədə məhkəmə qətnaməsi yoxdur. Həmçinin işdə Cücüyeva (Haxova) Xumarə İzzət qızına münasibətdə inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətini dayandırmağa əsas verən hallar müəyyən edilməmişdir. Belə olan halda Cücüyeva (Haxova) Xumarə İzzət qızına istinad olunan Balakən Rayon Məhkəməsinin 2(019)-700/2019 saylı, 15.11.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş davam edən inzibati xətaya görə məsuliyyətə cəlb etmənin başlanğıc müddəti 07 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, həmin 07 iyul 2021-ci il tarixdə uşaq yetkinlik yaşına çatdığı üçün məhkəmə qaydasında aliment ödənilməsinə xitam verilir. Ona görə də Cücüyeva (Haxova) Xumarə İzzət qızı həmin 07 iyul 2021-ci il tarixdən başlanaraq üç ay müddətində İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin iş materiallarından görünür ki, Cücüyeva (Haxova) Xumarə İzzət qızı həmin üç ay müddət ötürülməklə onun barəsində 21 aprel 2022-ci il tarixdə İXM-nin 528.1-ci maddəsilə inzibatti xəta haqqında iş üzrə icraat başlanmışdır. Göründüyü kimi, Cücüyeva (Haxova) Xumarə İzzət qızının İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti (üç aylıq müddət) keçmişdir və bu da onun barəsində başlanmış inzibati xəta haqqında hazırki iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən bir əsasdır. Belə ki, Azərbaycan Repsublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:…53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda… Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici «prosessual qənaət» prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. X6 Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər iş materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələbinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Cücüyeva (Haxova) Xumarə İzzət qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Cücüyeva (Haxova) Xumarə İzzət qızı inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Cücüyeva (Haxova) Xumarə İzzət qızının hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Cücüyeva (Haxova) Xumarə İzzət qızına göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 109.2, 112-113, 114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Cücüyeva (Haxova) Xumarə İzzət qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məxcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin; Cücüyeva (Haxova) Xumarə İzzət qızı inzibati məsuliyyətdən azad edilsin. Cücüyeva (Haxova) Xumarə İzzət qızına göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar