Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-147/2025 09.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin sahə rəisi X2, Balakən rayon YPX inspektoru X4, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Balakən RPŞ-nin sahə rəisi X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli, Balakən rayon YPX inspektoru X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:05 radələrində Balakən şəhəri, H.Əliyev prospektində küçədə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu hərəkətlərinin dayandırılmasını tələb edərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:01-də idarə etdiyi “VAZ-21011” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşını Balakən şəhəri, Ə.Ansuxski küçəsində qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmış, yol hərəkəti qaydalarını davamlı olaraq pozmuşdur. Məhkəmə iclasında Balakən rayon YPX inspektoru X9 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:00-da o və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X14 şəhəri Ə.Ansuxski küçəsində xidmət aparan zaman Vaz-2101 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobilə konstruksiya dəyişikliyi etdiyi üçün tərəflərindən saxlanılmışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etdilər və avtomobilə konstruksiya dəyişikliyi etdiyi üçün onlarla duracağa getməli olduğunu izah etmişlər. Sürücü onlarla razılaşmayaraq avtomobili qəflətən sürətləndirib davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxararaq əhalinin dincliyini nümayişkaranə şəkildə pozmağa başladı və yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq onların saxla əmrlərinə tabe olmamışdır. Onlar sürücüyə dəfələrlə saxla işarəsi verdikdən sonra o, avtomobili Balakən şəhəri H.Əliyev prospektində saxladı və avtomobildən yerə düşərək küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən təxminən 5 dəqiqə tabe olmamışdır. Buna görə də onlar radioötürücü vasitəsi ilə köməyə PPXB-nin əməkdaşlarını çağırmışlar və onların köməyi ilə sürücünü xidməti avtomobilə mindirib özlərilə birlikdə Balakən RPŞ-yə gətirmişlər. RPŞ-də həmin şəxsin Şəxs olduğu məlum oldu. Odur ki, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Balakən RPŞ-nin sahə rəisi X7 izahatında Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün barəsində inzibati xəta haqqında protokollar tərtib edilməsini, inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, protokolda qeyd olunanlarla razıdır. Əsəbi olduğu üçün belə əməl törətmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Himayəsində xəstə övladı və anası vardır. Etdiyi əmələ görə üzr istəmiş və barəsində inzibati cərimə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:00-da o və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X15 şəhəri Ə.Ansuxski küçəsində xidmət aparan zaman Vaz-2101 markalı **- BK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobilə konstruksiya dəyişikliyi etdiyi üçün tərəflərindən saxlanılmışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etdilər və avtomobilə konstruksiya dəyişikliyi etdiyi üçün onlarla duracağa getməli olduğunu izah etmişlər. Sürücü onlarla razılaşmayaraq avtomobili qəflətən sürətləndirib davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxararaq əhalinin dincliyini nümayişkaranə şəkildə pozmağa başladı və yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq onların saxla əmrlərinə tabe olmamışdır. Onlar sürücüyə dəfələrlə saxla işarəsi verdikdən sonra o, avtomobili Balakən şəhəri H.Əliyev prospektində saxladı və avtomobildən yerə düşərək küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən təxminən 5 dəqiqə tabe olmamışdır. Buna görə də onlar radioötürücü vasitəsi ilə köməyə PPXB-nin əməkdaşlarını çağırmışlar və onların köməyi ilə sürücünü xidməti avtomobilə mindirib özlərilə birlikdə Balakən RPŞ-yə gətirmişlər. RPŞ-də həmin şəxsin Şəxs olduğu məlum oldu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:05-də o və RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X12 şəhəri H.Əliyev prospektində xidmətdə olduqları zaman YPX-nin əməkdaşları radioötürücü vasitəsi ilə onları köməyə H.Əliyev prospektinə çağırmışlar. Onlar ora yaxınlaşan zaman bir nəfər şəxsin küçədə uca səslə ünvansız nalayiq ifadələr işlədərək YPX-nin inspektorları ilə mübahisə etdiyini görmüşlər. O, həmin şəxsi dəfələrlə nizamintizama dəvət etsə də, o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən təxminən 5 dəqiqə tabe olmamışdır. Buna görə də o sürücünü xidməti avtomobilə mindirib özlərilə birlikdə Balakən RPŞ-yə gətirmişdir. RPŞ-də həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, rayon daxili taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 17:00-da Balakən şəhəri Ə.Ansuxski küçəsində olan zaman bir göy rəngli vaz-21011 markalı avtomobilin avtoxuliqanlıq hərəkətləri etdiyini görmüşdür. Həmin vaxtı həmin avtomobilin arxasınca YPX-nin avtomobili də gedirdi. Dəfələrlə həmin sürücüyə saxla əmri verilsə də o, yüksək sürətlə avtomobili idarə edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13, X1 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, “VAZ-21011” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq sağ və sola doğru hərəkət istiqamətini dəyişərək yol hərəkəti qaydalarını pozmuşdur. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2015ci il təvəllüdlü Muhamməd adlı azyaşlı uşağı var. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ. bəndinə əsasən yol hərəkətinin iştirakçıları 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin İ. bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək - üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Məhkəmə işin hallarını, tərəflərin, şahidlərin izahatını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Məhkəmə inzibati xətaları törətməsindən səmimi peşmançılığını, himayəsində azyaşlı uşağının olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXMnin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tətbiq edilməli, onun inzibati həbs müddətinin əvvəli 08 aprel 2025-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Balakən rayon Vəkil Bürosunun vəkili X8, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından vəkil X5 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 18 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 08 aprel 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Vəkil X8 tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 18 manat Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-147/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-147/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver