Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-148/2023 31.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X1, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Hənifə kəndi qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Balakən rayonu Talalar kəndində X2 yaşadığı sahədə 1 ədəd əl arabası, 5 ədəd yataq örtüyü, 2 ədəd odun sobası, 2 ədəd palto, 3 ədəd qaz balonu, 1 ədəd balta, 1 ədəd bağ qayçısı, 1 ədəd dəhrə və 2 ədəd əl beli oğurlayaq ona 365 manat maddi ziyan vurmuşdur. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-cu maddəsilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ay əvvəl bacısının əri X12 və bibisi oğlu X6 ilə birlikdə Balakən rayonu Qabaqçöl qəsəbəsinə ona məxsus at arabası ilə dəmir yığmaq üçün getmişlər. Həmin gün saat 14 radələrində Balakən rayonu Talalar kəndinə çatan zaman yol kənarında kolluq ərazi görmüş, onlar həmin əraziyə baxdıqda orada çoxlu sayda zibillik və müxtəlif əşyalar olduğunu görmüşlər. Həmin vaxt üçü arabadan düşərək həmin yerə baxmış və orada olan 1 ədəd qırmızı rəngli əl arabası, 5 ədəd yataq üzlükləri, 2 ədəd odun sobaları, 2 ədəd palto, 1 ədəd çaynik, 1 ədəd metrə, 3 ədəd qaz balonları, 1 ədəd balta, 1 ədəd bağ qayçısı, 2 ədəd dəhrə və 2 ədəd əl belini və müxtəlif xırda əşyaları götürərək, at arabasına yığmış, daha sonra oradan uzaqlaşmışlar. Onlar həmin yeri gördükdə oranın kiməsə məxsus olmasını bilməmiş, çünki həmin yer zibillikdən ibarət olmuş və orada hər-hansı tikili olmamış, həm də kolluq sahənin kənarları tam bağlı olmamışdır. Onlar həmin zibillik əraziyə daxil olduqda orada bir ədəd inək-heyvan da olmuşdur. Həmin gün götürdükləri əşyaları onun yaşadığı evə gətirmiş, sonra onların üçü Balakən rayonu Qazma kəndində Arif adlı şəxsin işlətdiyi mağazaya iki dəfə ayrı-ayrı vaxtlarda gedərək ümumilikdə 02 ədəd qadın xalatı, 02 ədəd qaz balonları, 01 ədəd çaynik və 03 ədəd xrustal qab, 01 ədəd əl beli və 01 ədəd dəhrəni vermiş və mağazadan ilk olaraq 40 manat pul və 10 manatlıq ərzaq, sonrakı dəfə mağazaya gedərək əşyalar verdikdə isə 10 manat pul və 10 manatlıq ərzaqlar götürmüşlər. Onlar pulu və ərzaqları öz aralarında bölmüşlər. Onlar ikinci dəfə mağazaya getdikləri gün mağazadan çıxdıqdan sonra Balakən rayonu Qazma kənd sakini olan Xanlar adlı şəxsə 1 ədəd qırmızı rəngli əl arabasını 20 manata sataraq həmin pulu da öz aralarında bölmüşlər. Onların götürdükləri 2 əl bellərindən biri və paltarlardan bəziləri çürüdüyü üçün tualetə atmış, 2 ədəd odun sobalarından birini isə Kamran götürmüşdür. Arzuman isə 1 ədəd baltanı götürmüşdür. Götürdüyü bütün əşyalır polis şöbəsinə təhvil vermişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxs X8 məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış və yaxud belə vəsatət rədd edilməmişdir. Hazırki işə zərərçəkmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTBnin sahə rəisi X7, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu, həmçinin Şəxs həmin oğlurluq əşyaları zərərçəkmiş şəxsə verilməsi üçün Balakən RPŞ-yə təhvil verdiyini bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Balakən RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı, X9 21 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Balakən rayonu Talalar kəndində yaşayan X2 şikayəti əsasında toplanmış HK-1-93 saylı material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.1 və 177.2.3-cü maddələrinin tərkibi əlamətləri olmadığından material üzrə həmin maddələr əsasında cinayət işinin başlanlması rədd edilmiş, qərarın surətinin Balakən RPŞ-nin İTByə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və X4 göndərilməsi qərar alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15.00-də tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 15.00-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 3 saylı Şəki-Zaqatala regional filialı tərəfindən 31 mart 2023-cü il tarixdə verilmiş 3-17-1/2-66486/2023 nömrəli arayışdan görünür ki, Şəxs filial tərəfindən heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İş materiallarından həmçinin görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadəvə ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməl İXM-nin 227-ci maddəsilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və üç ayadək müddətə inzibati inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1-1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılıq çəkməsi və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılıq çəkməsi və ilk dəfə inzibati xəta törətməsi kimi kimi məsuliyyətini yüngülləşdirilən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını, onun xx.xx.2023cü il tarixdə saat 15.00-dən xx.xx.2023-cü il tarixdə saat 15.00-dək inzibati qaydada tutulduğunu nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri qaydasında ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X10 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X5 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və xx.xx.2023-cü il tarixdə saat 15.00-dən xx.xx.2023-cü il tarixdə saat 15.00-dək inzibati qaydada tutulduğu nəzərə alınaraq Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri qaydasında barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X5 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-148/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-148/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver