Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-148/2024 17.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Qazma kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində, Balakən rayonu Qazma kəndində qardaşı X4 məxsus “Mersedes-Benz-300d” markalı **-NH-*** dövlət nömrə nişanlı avtomobilin ön şüşəsinə və kapot hissəsinə əlindəki əşya ilə qəsdən vuraraq, ümumilikdə ona 480 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında göstərdi ki,o, Balakən rayonu Qazma kəndində bacısı Şərqiyyəyə məxsus evdə müvəqqəti olaraq ailə üzvüləri ilə birlikdə yaşayır. 7 ildir qardaşı Mehmanla aralarında ata mülkünə görə mübahisələri, narazılıqları vardır. Dəfələrlə həmin səbəbdən bir-birlərindən şikayətlər etmiş, RPŞ-də araşdırma aparılmışdır. Aralarında olan mülkü mübahisənin bir hissəsi, fındıq bağının, torpaq sahəsinin bölünməsi ilə əlaqədar hazırda məhkəmədə araşdırma aparılır. Ata yurdunda hazırda Mehman anası ilə birlikdə yaşayır. Həmin həyətdə onlar yaşayan evdən əlavə atasının vaxtı ilə tikdiyi başqa bir ev də yerləşir. Həmin evdə hazırda heç kim yaşamır, yaşayış üçün yararsız vəziyyətdədir. O, bacısı Şərqiyyənin evində yaşasa da, hərdən anası ilə görüşmək üçün onun Mehmanla yaşadığı evə gedir.xx.xx.2024-cü ildə Qabaqçöl qəsəbəsində yoldaşlarla çörək yeyən zaman spirtli içki araq içmişdir. Sərxoş vəziyyətdə Qabaqçöl qəsəbəsindən tanımadığı taksi ilə Qazma kəndinə gəlmiş, yaşadığı evə getmədən, saat 19 radələrində anası ilə görüşmək üçün onun Mehmanla yaşadığı evə getmişdir. Anası evdə olmuş, bacısı Şərqiyyənin oğlu Nail isə mətbəxdə oturmuşdur. Anası ilə söhbət edən zaman Mehman evə gəlmiş, ona “sən bu evə nə üçün gəlmisən, bura mənim evimdir və s” demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Mehmanla o,qarşılıqlı olaraq əlləri ilə birbirlərinin müxtəlf nahiyyələrindən vuraraq dava etmişlər. O, yumruqla Mehmanın sağ sifət, gözaltı nahiyyəsindən vurub ona xəsarət yetirmişdir. Mehman da əlləri ilə onu vurub onu yerə yıxmışdır. Nail onları ayırmış, onu evdən həyətə çıxartmışdır. Nail onu evə aparmaq istəmiş, sərxoş olduğuna görə onu eşitməmiş, evə getməmişdir. Nail, Mehmanla harasa getmiş, o, həyətdə qalmışdır. Sonra Mehmanı axtarmış tapa bilməmiş, oradan yaşadığı evə, yəni bacısı Şərqiyyənin evinə getmişdir. Həyətdən balta götürüb saat 21 radələrində yenidən Mehmanın yaşadığı evə qayıtmışdır. Mehman həyət darvazasını, dəmir materialdan olan əl qapısını bağlamışdır. Ona görə əlindəki baltanın küpü ilə əl qapısını bir neçə dəfə vurmuş, sonra həmin əl qapısının yuxarı hissəsinə baltanın küpü ilə vurub dəmir listi qırmış, qapını açıb həyətə girmışdir. O, evə tərəf gedib Mehmanı çağırmış, Mehman ona səs verməmiş, qarşısına çıxmamışdı. Həmin vaxt bacısı Şərqiyyə gəlmiş, Mehmana əsəbləşdiyi üçün əlindəki baltanın küpü ilə evin taxta materialdan olan giriş qapısını, iki ədəd pəncərələrinin şüşələrini vurub qırmışdır. Bacısı Şərqiyyə onu sakitləşdirməyə çalışsa da, onu eşitməmişdir. O,evə daxil olmuş, həmin vaxt Mehman mətbəxdə olmuş və qapını bağlamışdır. Ona görə baltanın küpü ilə mətbəxin qapısını vurub zədələmiş Mehman qapını açıb, baltanı onun əlindən almış və onu yerə yıxmışdır. Lakin, bacısı Şərqiyyə Mehmana onu vurmağa imkan verməmişdir. Həmin vaxt Balakən şəhərində yaşayan bacısı Cəmilə gəlmiş, Mehman onunla söz mübahisəsi etmişdir. O,sındırdığı qapının taxta parçasını (reykanı) yerdən əlinə götürüb Mehmanın baş, boyun nahiyyəsindən vurmuşdur. Sonra Balakən RPŞ-nin əməkdaşları həmin ünvana gəlmiş, onu və Mehmanı RPŞ-nə dəvət etmişdilər. O, Mehmanın maşınına xəsarət yetirməmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 26 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarda göstərilmişdir: “Şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif olunaraq həmin maddə əsasında məhkəmə məsuliyyətinə verilməsi üçün toplanmış materialın sadələşdirilmiş icraat formasında Balakən rayon prokuroru vasitəsilə Balakən rayon Məhkəməsinə göndərilməsi barədə yekun protokolu tərtib edilsin.Toplanmış materialda Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə əsasında cinayət təqibinin başlanması rədd edilsin.Toplanmış materialda Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə əsasında cinayət təqibinin başlanması rədd edilsin. Qərarın surəti Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən Rayon Polis X1 Bölməsinə göndərilsin. Qərarın surəti X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən Rayon Polis X1 Bölməsinə göndərilsin”. İşdə olan və məhkəmə iclasında tədqiq xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Qazma kənd sakini xx.xx.1981-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. İşdə olan Avtoservis”777” tərəfindən verilmiş 20 mart 2024-cü il tarixli aktdan görünür ki, “Mersedes-Benz-300d” markalı **-NH-*** dövlət nömrə nişanlı avtomobilə 480 manat dəyərində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyət yaranır. İşin hallarını, Şəxs Mehman Hüseynova məxsus avtomaşına qəsdən 480 manat məbləğində maddi ziyan vurmasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur və onun inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-36.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Vurulmuş zərər ilə bağlı mübahisə olduğundan hesab edirəm ki, hazırda vurulmuş zərərin ödənməsi ilə bağlı məsələyə baxılması mümkün deyildir, zərərçəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında-480 (dörd yüz səksən) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs X4 izah olunur ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-148/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-148/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver