Məhkəmə qərarları › İş №3(019)-148/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-148/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-148/2025 11.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə, Zərərçəkmiş şəxs nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Balakən rayonu Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, VÖEN: **********, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Vəzifəli şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 11 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2- 2(107)-5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi icra etməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə izahatında göstərmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. O, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etmir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, təkzib olunmalı məlumatların hansı sosial şəbəkədə paylaşılması barədə material təqdim olunmadığı üçün icra sənədini icra etmir. Həmin materiallar nə vaxt təqdim edilsə, paylaşdığı məlumatları da həmin vaxt təkzib edəcək. Ona münasibətdə qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi izahatında bildirmişdir ki, qətnamə üzrə yazılan şərhlərdən bəziləri “İnstagram” hesabında var. Paylaşdıqlarını bir sosial şəbəkədə təkzib etsə kifayət edir. Lakin əsassız olaraq müxtəlif bəhanələr gətirərək imtina edir. Ona görə barəsində tənbeh tədbirinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs barəsində “instagram”, “Youtube” və “Tiktok” sosial şəbəkəsində yayılmış “Azestetikin nə qədər dolandırıcı, ikiüzlü olduğunu bizim kimi dolandırılanlar bilir, müştərilərinə atdıqları küçə qadınları kimi danışan tərbiyəsiz danışıqlarını da biz çox gözəl bilirik. Videolar üçün kimlərə nə qədər pul verdiklərini, şikayət etmiyək deyə yalvarıb elədikləri təklifləri də gözəl bilirik sadəcə hardan necə dəstək alırlarsa maddi cəhətdən güclüdülər, güclüdülər ki şikayət olunmasın deye necə müştərinin kreditini bağıladılar. Onlarda dürüstlük, vicdan bu kimi şeylər yoxdu yaxşı daydayıları var kimdisə, əslində layiq olduqları sözlər tam başqadı etikanı pozmamaqçün qalıb”, “Azestetik ne qeder biabır edəcək görəsən özunu, biri onlara ne qədər gülünc olduqlarını başa salmalı, bu videonun bənzərinin çəkilişini mənə də təklif etmişdilər əvəzində yeni cihaz və dəymiş ziyanın ödənməsi, çox şükür biz şerefimizi, vicdanımızı pula satmırıq”, “Ne bilək ne qədər şirinlik veriblər, azestetik oyrenib onsuzda 3- 5 min kredit borcu silərək şikayətləri öz lehinə çevirməyə”, “Siz bir də menim səhifəmə baxın, dolandırıcılıqlarından fraqmentlər paylaşmışam, sürü halında yığılıblar bir binada mütəşəkkil dəstədilər. Allah bəlalarını versin”, “Azestetik fakt menim özümə işlənmiş cihaz satıb modelin adını da gizlədərək, utamadan cihazın içinə də gps yerləşdirib iki il ərzində cihazı qıraqdan keyfi istəyən cürə idarə edib pulumu yeyiblər, uzun sözün qısası mən o dələduzlara görə 30.000 ziyandayam, yalandan ekran xarabdı deyə 2500 manata ekran satıblar, cihazın ustunde verilməli olan filteri oğurlayıb 190 manatdan satıblar, cihazın en baha detalı olan barı temir adı ilə məndən oğurlayıb yerinə işlənmiş sroku bitmiş bar qoyublar, daha ne sayım?” kimi məlumatlar, həmin məlumatların paylaşıldığı sosial şəbəkələrdə cavabdeh Şəxs tərəfindən təkzib edilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-5/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs inzibati məsuliyyətinə cəlb olunması haqqında xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Şəxs məcburi qaydada Balakən rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınmış, icra sənədində göstərilən tələb də onun bu fəaliyyətdən irəli gəlmişdir. Odur ki, Şəxs hazırki iş üzrə vəzifəli şəxs hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin o, izahatında təkzib olunmalı məlumatların hansı sosial şəbəkədə paylaşılması barədə material təqdim olunduqdan sonra təkzib edəcəyini bildirmişdir. Lakin bu dəlil məhkəmə tərəfindən əsassız hesab edilir və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb deyildir. Bundan başqa o, zərərçəkmiş şəxsin paylaşımları yalnız bir sosial şəbəkədə təkzib etməsi təklifi ilə də razılaşmamış, bu da onun icra sənədini icra etmək niyyətinin olmamasını göstərir. Məhkəmə onun özünü təqsirli bilməməsini özünümüdafiə xarakteri daşıyan və məsuliyyətdən azad olunmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar