Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-149/2023 04.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1979-cu ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Balakən şəhəri, H.Əliyev küçəsində anası Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir edərək ictimai qaydanı pozması əsası ilə Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510ci maddəsilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən şəhəri, H.Əliyev küçəsi ev 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O və həyat yoldaşı Aksana heç vaxt anası Ayşəni nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməmiş və onu narahat etməmişlər. O, heç vaxt anasını söyməmiş və onu narahat etməmişdir. Bu barədə qonşulardan da soruşula bilər. Anası Ayşə onun və həyat yoldaşının evdən çıxmasını istəyir. Anasının bildirdiyinə görə onlar evdən çıxmalı, o, vəfat etdikdən sonra evə qayıdıb ondan qalmış mirası qəbul etməlidirlər. Bununla bağlı da aralarında tez-tez mübahisələr olur. Əməlində inzibati xəta tərkibi yoxdur. Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə başlanmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında oğlu Elxanın ailəsi ilə birlikdə yaşayır. Onun oğlu Elxan və Elxanın həyat yoldaşı Aksana onu mütəmadi olaraq narahat edir və rahat yaşamağa imkan vermirlər. Oğlu Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində Balakən şəhəri, H.Əliyev prospektində küçədə onu nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Elxan və onun arvadı Aksana ilə evlə bağlı mübahisələri vardır. O, onların ona məxsus evdən çıxmasını və sonra evə qayıdıb mirası qəbul etmələrini istəyir. Lakin Elxan və Aksana onun evindən çıxmırlar. Ona görə də Elxandan şikayətçidir və şikayət etmişdir. Elxanın həbs olunmasını istəmir, lakin onun barəsində qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Şəxs onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə qaynanasıdır. Şəxs ilə bir ildir ki, ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan bəri qaynanası ilə aralarında mübahisələr olur. Belə ki,qaynanası Ayşə onun Elxanla evdən çıxmasını, o, vəfat etdikdən sonra isə evə qayıdaraq mirası qəbul etmələrini istəyir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində küçədə Şəxs anası Zərərçəkmiş şəxsını söyməmiş, təhqir etməmiş, ictimai qaydanı pozmamışdır. O da Zərərçəkmiş şəxs söyməmiş və təhqir etməmişdir. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli, MN-1665249 №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 aprel 2023-cü il tarixdə saat 11.00-da inzibati qaydada tutulmuş və 04 aprel 2023-cü il tarixdə, saat 11.00-da azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 3 saylı Şəki-Zaqatala regional filialının 04 aprel 2023-cü il tarixli 3-17-1/2-70067/2023 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü Şəxs filial tərəfindən xx.xx.2023-cü il tarixə heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X4 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində ictimai yerdə hər hansı hərəkəti ilə ictimai qaydanı pozmamış; nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan, ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməmiş, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər etməmiş, kiminsə ünvanına söyüş söyməmiş, cəmiyyətdə hökm sürən əxlaq və birgəyaşayış qaydalarını pozmamış, onun niyyətinin buna yönəlməsi müəyyən olunmamışdır. İşdəki sübutlarla həmin vaxt, yəni xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Balakən şəhəri, H.Əliyev küçəsində Şəxs ictimai qaydanı pozmasının nədə ifadə olunması müəyyən olunmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid X1 izahatları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 raədələrində Balakən şəhəri, H.Əliyev küçəsində Zərərçəkmiş şəxs söyməmiş, onu təhqir etməmişdir. Həmin şəxslərin izahatları ilə həmçinin müəyyən olunur ki, Zərərçəkmiş şəxs ilə Şəxs və onun arvadı Aksana Paçalova arasında evlə bağlı vaxtaşırı mübahisələr olmuş, Zərərçəkmiş şəxs Şəxs və Aksana Paçalovanın evdən çıxmalarını, o, vəfat etdikdən sonra evə qayıdaraq mirasını qəbul etmələrini istəmişdir. Bu faktı zərərçəkmiş şəxs Ayşa Paçalova da məhkəmədə verdiyi izahatında təsdiq etmişdir. Göründüyü kimi, Şəxsla Zərərçəkmiş şəxs arasında bu mübahisələr şəxsi münasibətlər zəminində baş verimş, lakin həmin mübahisələr zamanı Şəxs və Aksana Paçalova Zərərçəkmiş şəxs söyməmiş və təhqir etməmişlər. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində küçədə Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsi və bunu xuliqanlıq niyyəti ilə etməsi hər hansı şahid izahatı, hər hansı sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspert rəyi, maddi sübutlar və ya digər mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, iş üzrə bu halı təsdiq edəcək heç bir şahidin adı göstərilməmiş, bu şahidin izahatı alınmamış, xüsusi texniki vasitənin göstəricisi işə əlavə edilməmiş və digər hər hansı sübut əldə edilib məhkəməyə təqdim olunmamışdır. Bu xüsusda xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və Zərərçəkmiş şəxs izahatı Şəxs İXM-nin 510-cu maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin protokol Balakən RPŞ-nin sahə rəisi tərəfindən bilavasitə hadisə yerində ehtimal olunan hadisənin vizual görüntüsü əsasında tərtib edilməmişdir. Həmçinin həmin protokol sözügedən inzibati xətanın hər hansı mötəbər sübutlarla bilavasitə təsdiqi əsasında tərtib edilməmiş və bu mötəbər sübutlar həmin protokola əlavə edilməmişdir. İstinad olunan protokol yalnız Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında tərtib olunmuşdur ki, həmin şikayət ərizəsində göstərilən guya Şəxs ictimai yerdə onun ünvanına söyüşlər söyməsi barədə məlumatlar da hər hansı mötəbər sübutla təsdiqini tapmır. Eynilə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində küçədə Şəxs onu söyməsi və bununla da ictimai qaydanı pozması barədə izahatı işdə olan heç bir mötəbər sübutla təsdiqini tapmır. Qeyd edildiyi kimi tərəflər arasında evlə bağlı mübahisə vardır və Zərərçəkmiş şəxs oğlu Şəxs arvadı Aksana ilə birlikdə onun evini tərik etməsini tələb edir. Zərərçəkmiş şəxsin məhkəmədə verdiyi izahata görə bu hal Zərərçəkmiş şəxs Şəxs şikayət etməsini şərtləndirmişdir. Şəxs hərəkətlərinin ictimai qaydanı pozmağa yönəlməsi (inzibati xətanın obyektiv tərəfi), bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi və onun niyyətinin xırda xuliqanlığın törədilməsinə yönəlməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bunun əksini, yəni Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs ünvanına söyüş söyməklə ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə (İXM-nin 8-ci maddəsi) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşdə mötəbər sübutlar olmadığı halında Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 raədələrində küçədə Zərərçəkmiş şəxs ünvanına söyüş söyməklə ictimai qaydanı pozması əsaslı şübhələr yaradır ki, qanun normasının tələbinə əsasən də həmin əsaslı şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xeyrinə həll olunmalıdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 105.1, ***-**** və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-149/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-149/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver