Məhkəmə qərarları › İş №3(019)-150/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-150/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-150/2023 08.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun vəkili Vəkil2 iştirakları ilə Vəzifəli şəxs Şəxs- xx.xx.1986-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, VÖEN ********** olan, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Şambul kəndində yaşayan barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Vəzifəli şəxs Şəxs (VÖEN **********) Şəki Kommersiya Məhkəməsinin e-16(117)- 15/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə lizinq müqaviləsi əsasında verilmiş “Belarus-892” traktorunun və PGD diskli malanın (28 diskli) istifadəsi məhdudlaşdırılaraq istismarının qadağan edilməsi və istifadəsindən götürülərək müvəqqəti olaraq dayanacağa yerləşdirilməsindən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Vəzifəli şəxs Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə göstərdi ki, Şəki Kommersiya Məhkəməsinin e-16(117)-15/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs lizinq müqaviləsi əsasında verilmiş “Belarus-892” traktorunun və PGD diskli malanın (28 diskli) istifadəsi məhdudlaşdırılaraq istismarı qadağan edilməsi və istifadəsindən götürülərək müvəqqəti olaraq dayanacağa yerləşdirilməlidir. Şəxs bu barədə xəbərdar edilmiş, lakin nəticəsi olmamış və icra sənədini icra etməkdən imtina etmişdir.Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) göstərdi ki, Şəki Kommersiya Məhkəməsinin e-16(117)- 15/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə lizinq müqaviləsi əsasında ona verilmiş “Belarus-892”traktorunun və PGD dickli malanın (28 diskli) istifadəsi məhdudlaşdırılaraq istismarı qadağan edilmiş və istifadəsindən götürülərək müvəqqəti olaraq dayanacağa yerləşdirilməlidir. Hazırda texnikalar onda deyildir, həmin texnikalar onda olmadığına görə təhvil verə bilmir. Texnikanın yeri müəyyən edilən kimi təhvil veriləcəkdir. Eyni zamanda o, icra məmurunun hərəkətsizliyindən şikayət vermiş, şikayətə baxıldıqdan sonra texnikaları təhvil verəcəkdir.Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan Şəki Kommersiya Məhkəməsinin 6-16(117)-15/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, vəzifəli şəxs Şəxs (VÖEN **********) lizinq müqaviləsi əsasında verilmiş “Belarus-892” traktorunun və PGD dickli malanın (28 diskli) istifadəsi məhdudlaşdırılaraq istismarı qadağan edilmiş və istifadəsindən götürülərək müvəqqəti olaraq dayanağa yerləşdirilməsi qərara alınmışdır. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin 21 dekabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Şəki Kommersiya Məhkəməsinin e- 16(117)-15/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə xx.xx.2019-cu il tarixdə qeydiyyat № (VÖEN)********** Şəxs adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,1200 (bir min iki yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar