Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-152/2023 10.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X4 Bölməsinin (bundan sonra Balakən RPŞ-nin İTB) sahə rəisi X1, zərərçəkmiş şəxs X2, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Balakən raonu İtitala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu İtitala kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Balakən rayonu İtitala kəndində küçədə qonşusu X5 yaxasından dartıb yerə yıxıb və onun qarın nahiyəsinə ayağı ilə bir neçə dəfə vurub ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10 aprel 2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Balakən rayonu İtitala kəndində aralarında yaranmış şəxsi münasibətlər zəminində X5 yaxasından dartıb yerə yıxmış və onu bir neçə dəfə ayağı ilə vurmuşdur. Hadisə baş verən vaxt orada kənar şəxslər olmamışdır. Sonra aralarında barışıq yaranmışdır. Hazırda zərərçəkmiş şəxs X7 ilə barışmış, aralarında olan narazılıq aradan qalxmışdır. X2 ona qarşı tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərdi ki, 15 mart 2023-cü il tarixdə saat 18 radələrində Balakən rayonu İtitala kəndində heyvanı örüş sahəsinə aparıb otaran zaman spirtli içki qəbul etmiş və evə gələn vaxt yolda qonşusu Şəxs görmüşdür. Orada daşın üstündə oturub telefonunda videogörüntülərə baxan zaman Muxtar motosikletini işə salıb qaz verib ona mane olmağa çalışmışdır. O, Muxtara iradını bildirmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onun boğazından tutub yerə yıxmış, yerə yıxılandan sonra onun qarın nahiyəsinə bir neçə dəfə təpiklə vurmuşdur. Sonra Şəxs çıxıb getmişdir. Hazırda Şəxs ilə barışmış, aralarında olan narazılıq aradan qalxmışdır. Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X10 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 mart 2023-cü il tarixli qərarından görünür ki, Balakən rayonu İtitala kənd sakini X2 şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış HK-1-168 saylı materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 72 nömrəli qərarından görünür ki, X3 müəyyən edilmiş xəsarətlər-döş qəfəsinin sol yan səthində qançır-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını göstərərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxs X7 ilə barışdığını göstərərək, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, zərərçəkmiş şəxs X7 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmasını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X12 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X9 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 109.2, 110- 118 və 128-132-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X9 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-152/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-152/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver