Məhkəmə qərarları › İş №3(019)-153/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-153/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-153/2025 16.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi,inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikasının X6nin X1 nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Bərəkət” kafenin sahibi Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-5NVNDON olan, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1i ünvanında yaşayan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikasının X6 X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Bərəkət” kafenin sahibi Şəxs xx.xx.2025-ci il tarixdə “Bərəkət” kafesində istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən Azərbaycan Respublikasının X6nin X1 vəzifəli şəxsləri- Nümayəndə2 və X8 tərəfindən ŞZRB-YP-055 nömrəli, xx.xx.2025-ci il tarixli yoxlamanın aparılması haqqında Qərara və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış KY252284015 nömrəli xx.xx.2025-ci il tarixli çıxarış əsasında nəzarət qaydasında planlı yoxlamanın həyata keçirilməsinə şərait yaratmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki,2020-ci ildə vergi orqanlarında sahibkarlıqla məşğul olan fiziki şəxs qismində qeydiyyatdan keçərək Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Bərəkət” kafesini icarəyə götürərək işlətməyə başlamışdır.O,üç ay kafeni işlətmiş,sonra fəaliyyətini dayandırmışdır.Eyni zamanda fəaliyyətini dayandırması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə ərizə vermiş, bu müraciəti əsasında onun sahibkarlıq fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır.2025-ci ilin yanvar fevral aylarında o, ay yarım yenidən həmin kafeni işlətmiş, mart ayında “Orucluq”la bağlı yenidən fəaliyyətini dayandırmışdır. 11 mart 2025-ci ildə Azərbaycan Respublikasının X6 X1 əməkdaşları ona zəng edərək obyektdə yoxlama aparılması üçün şərait yaratmasını demişlər. O, həmin şəxslərə obyektin bağlı olduğunu,15-20 gün əvvəl fəaliyyətini dayandırdığını və obyektin sahibinə təhvil verdiyini bildirmiş və obyektin olduğu yerə gəlməmişdir.Sonradan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Bərəkət” kafenin sahibi Şəxs həmin inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də onun həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu. İnzibati xəta haqqında icraat başlamış Azərbaycan Respublikasının X6 X1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikasının X6 X1 əməkdaşları tərəfindən Balakən şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən Şəxs məxsus “Bərəkət” kafedə 11-xx.xx.2025-ci il tarixlərində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur.Sözügedən ünvanda yerləşən “Bərəkət” kafedə xx.xx.2025-ci il tarixində AQTA-nın X1 əməkdaşları getmiş, obyekt bağlı olduğuna görə sahibkarla telefon vasitəsi ilə əlaqə saxlanılmış, sahbikar fəaliyyətini 15-20 gün öncə dayandırdığını və obyekti sahibinə təhvil verdiyini bildirmiş, lakin fəaliyyət göstərməməsinə dair hər hansı bir sənəd təqdim edə bilməmişdir. Bununla əlaqədar yoxlama xx.xx.2025-ci il tarixədək dayandırılmış və “Bərəkət” sahibkarlıq obyektində kimin fəaliyyət göstərməsinin müəyyən edilməsi üçün Dövlət Vergi Xidmətinin 13 saylı ərazi Vergilər İdarəsinə məktub ünvanlanmışdır.Dövlət Vergi Xidmətinin 13 saylı ərazi Vergilər İdarəsinin 3-21-2-19/2- 6788/2025 nömrəli xx.xx.2025-ci il tarixli cavab məktubunda Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Bərəkət” kafe adlı sahibkarlıq obyektində hal-hazırda Şəxs fəaliyyət göstərdiyi qeyd edilmişdir.Təkrar olaraq xx.xx.2025-ci il tarixində sözügedən ünvana gedilmiş, X4 ünvana çağırılmış və o, yenidən fəaliyyət göstərmədiyini bildirərək yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. ”Bərəkət” kafenin sahibi Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikasının X6 X1 25 fevral 2025-ci il tarixli ŞZRB-YP-055 nömrəli yoxlamanın aparılması haqqında qərarından görünür ki,həmin qərarla fiziki şəxs Şəxs məxsus Balakən şəhəri H.Əliyev prospekti, Balakən Rayon Mərkəzi Xəstəxanası ilə üzbəüz obyektdə 11 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək yoxlama aparılması qərara alınmışdır. İşdə olan 24 fevral 2025-ci il tarixli KY252284015 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının X6 tərəfindən sahibkar Şəxs məxsus Balakən şəhəri, H.Əliyev prospekti, Balakən Rayon Mərkəzi Xəstəxanası ilə üzbəüz kafedə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə yoxlama aparılması qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının X6 X1 12 mart 2025-ci il tarixli ŞZRB-YP-055 nömrəli yoxlamanın dayandırılması barədə qərarından görünür ki, yoxlamanın 10 aprel 2025-ci il tarixədək (13 (on üç) iş günü müddətində) dayandırılması və bu barədə məlumatın Azərbaycan Respublikası Ədlliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi qərara alınmışdır. İşdə olan 11 mart 2025-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının X6 X3 tərəfindən Balakən şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən Şəxs məxsus kafede yoxlamaya şərait yaradılmamış,Sahibkar yoxlamaya şərait yaratmadığına görə İXM-nin 544.1-ci maddəsi ilə protokol tərtib edilməsi barədə xəbərdar edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X6 X1 rəisi Samid Ağayevə ünvanlanmış 14 mart 2025-ci il tarixli 3-21-2-19/2-6788/2025 nömrəli məktubdan görünür ki,Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Bərəkət” kafe adlı sahibkarlıq obyektində Şəxs (VÖEN:**********) fəaliyyət göstərir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəxs ünvanlanmış 11 aprel 2025-ci il tarixli 3-21-2-19/2-9653/2025 nömrəli məktubda göstərilmişdir ki, “vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki,sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarınız xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır.Hazırda fəaliyyətiniz dayandırılmış vəziyyətdədir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İstehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətatı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Bərəkət” kafe adlı sahibkarlıq obyektində fəaliyyət göstərəməməsi, obyekti sahibinə təhvil verməsi, həmin obyekti başqa şəxsin işlətməsi barədə Şəxs göstərdiyi dəlilləri əassız hesab edərək məhkəmə qeyd edir ki,Şəxs özü göstərdi ki,o,Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Bərəkət” kafe adlı sahibkarlıq obyektini 2020-ci ildə üç ay işlətmiş, sonra fəaliyyətini dayandırmış, fəaliyyəti dayandırılmış vəziyyətdə olmasına baxmayaraq 2025-ci ilin yanvar-fevral aylarında kafeni yenidən ay yarım işlətmişdir. Şəxs 2020-ci ildə kafeni üç ay işlədib sonra sahibinə təhvil verməsi, 2025-ci ildə yenidən ay yarım işlədib yenidən sahibinə təhvil verməsi inandırıcı deyildir. Məhkəmənin qənaətinə görə “Bərəkət” kafe adlı sahibkarlıq obyekti 2020-ci ildən yoxlama keçirilənə kimi olan müddətdə Şəxs sahibliyində və istifadəsində olmuşdur. Belə ki, Şəxs göstərdiyi xüsusatların aydınlaşdırılması üçün ona təklif olunmuşdur ki,zəruri sənədləri,obyektin sahibinin və onu işlədən yeni sahibin məhkəmə iclasına dəvət edilib dindirilməsi üçün zəruri məlumatları məhkəməyə təqdim etsin.O,göstərdiyi faktları təsdiq edən sənədləri təqdim edəcəyini, kafeni işlədən yeni sahibkarın məhkəmə iclasında dindirilməsini təmin edəcəyini bildirsə də, kafeni sahibinə təhvil verməsi, oranı başqa şəxsin işlətməsi barədə heç bir sübutu məhkəməyə təqdim edə bilmədi.Odur ki,məhkəmə onun göstərdiyi xüsusatları məsuliyyətdən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəxs ünvanlanmış 11 aprel 2025-ci il tarixli 3-21-2- 19/2-9653/2025 nömrəli məktubla bağlı məhkəmə qeyd edir ki, həmin uçota dair arayış vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən tərtib olunmuşdur və reallığı əks etdirmir. Belə ki, məhkəmə iclasında Şəxs özünün etirafına görə o, 2025-ci ilin yanvar –fevral aylarında həmin kafeni işlətmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Balakən şəhəri H.Əliyev prospekti ünvanında yerləşən “Bərəkət” kafenin sahibi Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinsin,3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on)gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar