Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-154/2025 16.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Zaqatala rayonu Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zaqatala rayonu Göyəm kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30-da Balakən rayonu Kortala kəndində küçədə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:30-da Balakən RPŞ-nin PPXB-nin əməkdaşları Balakən rayonu Kortala kəndi ərazisində xidmətdə olduqları zaman küçədə, yolun qaranlıq hissəsində dayanmış 1 nəfər şəxsi aşkar etmiş və həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Ancaq həmin şəxs özünü təqdim etmək istəməmiş, davamında isə uca səslə ünvansız söyüşlər söyməyə başlamışdır. Barəsində protokol tərtib edilmiş, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində tanışını görmək üçün Balakən rayonu Kortala kəndinə getmişdir. Saat təxminən 23 radələrində Kortala kəndində çatmışdır. Kəndin ərazisində yolun qaranlıq hissəsində dayandığı zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşdı və onlar özlərini təqdim etdikdən sonra ondan da özünü təqdim etməyini istədilər. O, polis əməkdaşlarına Zaqatala rayon sakini olmağını bildirsə də, özünü təqdim etməkdən imtina etmiş və onlarla mübahisə etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:30-da Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elgiz Əliyevlə birlikdə Balakən rayonu Kortala kəndi ərazisində xidmətdə olduqları zaman küçədə, yolun qaranlıq hissəsində dayanmış 1 nəfər şəxsi aşkar etmiş və həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Ancaq həmin şəxs Zaqatala rayon sakini olmasını bildirsə də özünü təqdim etmək istəməmiş, davamında isə uca səslə ünvansız söyüşlər söyməyə başlamışdır. Hadisənin ictimai yerdə baş verməsini nəzərə alaraq həmin şəxsdən etdiyi davranışa son qoymasını tələb etmiş və barəsində qanuna uyğun tədbir görülməsi üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər. Yoxlama zamanı onun Zaqatala rayonu Göyəm kənd sakini Şəxs olması məlum olmuşdur. Məhkəmə iclasında şahid X3 izahatı X2 izahatı ilə eyni məzmunlu olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 17:00-da azad edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqları var. İş materiallarını, proses iştirakçılarının, şahidlərini izahatını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlindən peşman olması, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-154/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-154/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver