Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-155/2025 18.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, X1 Balakən Rayon Polis Şöbəsinin DYPB-in xx.xx.2025-ci il tarixli, İXP-7030232 nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 ərizə ilə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP-7030232 nömrəli protokolun ləğv edilməsi və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə baxaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi qanunverici inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsini müəyyən etmişdir. X2 isə inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət vermiş və ərizəsinə də protokolun surətini əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin yuxarıda qeyd edilən hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X1 barəsində yazılmış xx.xx.2025-ci il tarixli, İXP-7030232 nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldım: X1 Balakən Rayon Polis Şöbəsinin DYPB-in xx.xx.2025-ci il tarixli İXP-7030232 nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-155/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-155/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver