Məhkəmə qərarları › İş №3(019)-157/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-157/2025

19.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-157/2025 19.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə2 və Balakən rayon YNH baş inspektoru, polis kapitanı Nümayəndə1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Şəxs sürücülük hüququ olmadan-xx.xx.2025-ci il tarixdə saat 15-40 radələrində VAZ- 21102 markalı, 10LO962 dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu Talalar kəndi ərazisində hərəkətdə olarkən manever qaydalarını pozmuş, nəticədə onun idarə etdiyi avtomaşın Zərərçəkmiş şəxs idarə etdiyi Naz-Lifan markalı, 08 BE-975 dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq yol nəqliyyat hadisəsi baş vermiş, bununla əlaqədar rayon polis şöbəsində araşdırma aparılarkən Şəxs polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda uca səslə ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşları Şahid1 və Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin YNH baş inspektoru , polis kapitanı Nümayəndə1 məhkəmə iclasında göstərdi ki, 18 aprel 2025-ci il tarixdə təxminən saat 15:40 radələrində Balakən rayonu Talalar kəndi ərazisində xidmətdə olarkən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi VAZ-21102 markalı 10 LO962 dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşın toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı araşdırma aparılarkən sürücü Şəxs avtomaşını sürücülük hüququ olmadan idarə etməsi və manevr qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir. Balakən şəhər sakini olan xx.xx.1987-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə2 məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPBnin YRX-nin operatoru , polis baş serjantı Şahid1 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin ifadələri alınmış və ünvan 3 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, onun VAZ-21010 markalı 10 LO-962 dövlət nömrə nişanlı avtomaşını vardır, lakin sürücülük hüququ yoxdur. 18 aprel 2025-ci il tarixdə saat 15:40-də Balakən rayonu Talalar kəndi ərazisində VAZ-21010 markalı 10LO-962 dövlət nömrə nişanlı avtomaşınla öz yolu ilə hərəkətdə olarkən Naz-Lifan markalı,**-BL-*** dövlət nömrə nişanlı avtomaşın onun qarşısına çıxmış və maşınlar toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılması ilə bağlı o və digər avtomaşının sürücüsü rayon polis şöbəsinə dəvət edilmişlər. Həmin gün saat 18-20 radələrində rayon polis şöbəsinin inzibati binasına gəlmiş və DYPB-nin xidməti otağında baş vermiş hadisə ilə bağlı aparılan araşdırma ilə bağlı izahat vermişdir.Onun sürücülük vəsiqəsi yoxdur. Sürücülük hüququ olmadan yol nəqliyyat hadisəsi törətdiyi üçün xidməti otaqda olan Balakən RPŞ-nin DYPB-nin rəisi, polis mayoru İlkin Hümbətov ona Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndəriləcəyini zah etmişdir. Bundan sonra o bir qədər aqressiv daşınmış və etdiyi qayda pozuntusuna görə 200 manat cərimə oluna biləcəyini demişdir. Əməlindən peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 18 aprel 2025-ci il tarixdə o, özünə məxsus Naz- Lifan markalı **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən rayonu Talalar kəndi yolunda hərəktədə olarkən dönmə işığını yandırıb dönmə əməliyyatı edərkən arxada hərəkətdə olan VAZ-21102 markalı maşın arxadan gələrək onun avtomaşının qabaq sol hissəsinə vurmuşdur. Hadisə zamanı avomaşında tək olmuş, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki,18 aprel 2025-ci il tarixdə saat 15:40 radələrində Balakən rayonu Talalar kəndi ərazisində VAZ-21010 markalı, 10LO-962 dövlət nömrə nişanlı NAZ-Lifan markalı **-BL-*** dövlət nömrə nişanlı avtomaşınlar toqquşaraq yol nəqliyyat hadisəsi törətmişlər. Baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılması ilə bağlı hər iki avtomaşının sürücüsü rayon polis şöbəsinə dəvət edilmişlər. Həmin gün saat 18:20 radələrində VAZ-21010 markalı avtomaşının sürücüsü, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Şəxs rayon polis şöbəsinin inzibati binasına gəlmiş və DYPB-nin xidməti otağında baş vermiş hadisə ilə bağlı araşdırma aparılan zaman onun avtomaşını sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi və yol nəqliyyat hadisəsi törətməsi məlum olmuşdur. Xidməti otaqda Balakən rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru İlkin Hümbətov ona Azərbaycan Respublikası İXM-nin müvafq maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndəriləcəyini izah etmişdir. Bundan sonra Şəxs onlarla aqressiv daşınmağa başlamış və etdiyi qayda pozuntusuna görə cəmi 200 manat cərimə oluna biləcəyini demişdir . Ona qanunverciliyin tələblərini izah etsələr də o buna məhəl qoymamış,uca səslə ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır.Həmin vaxt DYPB-nin rəisi,polis mayoru İlkin Hümbətov və DYPBnin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 ondan etdiyi davranışa son qoylulmasını tələb etsələr də Şəxs yenə də ünvansız söyuşlər söyməkdə davam etmiş, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq iş rejimini təxminən 15-20-dəqiqə pozmuşdur.Bundan sonra o, bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 aprel 2025-ci il tarixdə saat 19.00-da inzibati qaydada tutulmuş, 19 aprel 2025-ci il tarixdə saat 10:30-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 aprel 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan , xx.xx.1987-ci təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, Şəxs VAZ-21010 markalı, 10LO-962 dövlət nömrə nişanlı avtomaşını sürücülük hüququ olmadan idarə etməsini, onun idarə etdiyi avtomaşın NAZ-Lifan markalı **-BL-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq yol nəqliyyat hadisəsi törətməsini, Balakən rayon Polis Şöbəsinin inzibati binasında inzibati araşdırma aparılarkən Şəxs ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmasını,onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332,4, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs səmimi peşimançılığı məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında 500 manat məbləğində cərimə, bir ayadək müddətə inzibati həbs tənbehi, 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, 15 günədək inzibati həbs; 535.1-ci maddəsinin sanksiyasında isə 200 manat məbləğində cərimə, bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin və 535.1-ci maddələrin saksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulsa da İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin məbləğinin 500 manat məbləğində müəyyən edildiyindən o daha ciddi xəta hesab edilir, ona görə də X1 həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs şəxsiyyətini xarakterizə edən halları-əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirilən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 375 (üç yüz yetmiş beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar