Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-158/2023 12.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Balakən rayonunun Yevlax rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Balakən rayonu Hənifə kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 20 mart 2023-cü il tarixdə saat 12radələrində Balakən rayonu Hənifə kəndi ərazisində hərəkətdə olan sərnişin avtobusunun içərisində aralarında yaranmış mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs Soltanəzəz qızına dərəcəsi təyin olunmayan xəsarət yetirməklə onu döymüşdür. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Qasım Hüseynovun xx.xx.2023-cü il tarixli raportu və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və Balakən rayonu Hənifə kəndində yaşayan xx.xx.1989-cu təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da , Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Yeddi uşağı vardır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Balakən şəhər ərazisindən Hənifə kəndinə gedən avtobus marşurutuna əyləşmiş, həmin vaxt Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs onun azyaşlı övladına oturacaqda oturmağına imkan verməmişdir. Buna görə o, Minurəyə öz iradını bildirmiş, Minurə ona kobud cavab verdiyi üçün aralarında mübahisələri yaranmışdır. Mübahisə zamanı Minurə onun saçından tutduğu üçün o, da Minurənin saçından tutub yerə yıxmış, həmin vaxt Minurə baş və sifət nahiyyəsindən xəsarət almışdır.Bundan sonra o avtobusdan yerə düşüb piyada yaşadığı evinə getmişdir.Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla anası Zərniş Həbilova ilə birlikdə yaşayır.xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Balakən şəhər ərazisindən Hənifə kəndinə gedən avtobus marşurutuna əyləşmişdir. Həmin vaxt ünvan 5 ünvanına əsassız yerə kobud ifadələr işlətmişlər. O, Firuzəyə qızına acıqlanmasını demiş, bu zaman Firuzə onun üzərinə hücum edərək saçından tutub onun yerə yıxmış, o baş və sifət nahiyyələrindən xəsarətlər almışdır.Bundan sonra o Firuzənin saçından tutub yolmuş, daha sonra o avtobusdan yerə düşüb RPŞ-nə gəlib döyülməyi barədə şikayət etmişdir.Şəxs ilə barışmamışdır, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 rayon MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 30 nömrəli rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət—burnunun uc səthində sıyrıqlar-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2023-cü ildə əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, “Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs Balakən rayon Polis Şöbəsinə etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilsin. Qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan həmin şəxs qeyd edilən maddə əsasında inzibatı məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilsin.”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı,məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-158/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-158/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver