Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-159/2022 27.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, Balakən rayon X10 Patrul Xidməti inspektoru polis serjantı Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Balakən rayon X10 Patrul Xidməti İnspektoru polis serjantı Nümayəndə 14 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 rayon X10 Patrul Xidməti İnspektoru polis serjantı Nümayəndə 14 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin şikayətə 16 may 2022-ci il tarixdə Balakən Rayon Məhkəməsində baxılaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayəti təmin edilmiş, Balakən rayon Polis Şöbəsinin DYPB-nin inspektoru , polis serjantı Nümayəndə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək,60 manat məbləğində cərimə edilməsi ilə bağlı 14 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Balakən Rayon Polis X8 Polis Bölməsinin inspektoru, polis serjantı Nümayəndə və onun müdafiəçisi X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 3(019)-159/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. “Mercedes Vito” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir.14 aprel 2022-ci il tarixdə idarə etdiyi “Vito” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkətdə olduğu zaman Füzuli küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində sfetoforun yaşıl işığında yavaş keçmişdir. Bir neçə dəqiqədən sonra onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna mesaj gəlmiş, mesajda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməklə 60 manat cərimə edilməsi göstərilmişdir. Həmin qərarın surətinin ona təqdim edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin DYP Bölməsinə şəxsən müraciət etmişdir. Lakin bölmədən elektron qərarın surətini verməkdən imtina etmişlər.Oradan ona bildirmişlər ki, Balakən şəhəri H.Əliyev prospekti istiqamətində hərəkətdə olduğu zaman Füzuli küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində qurulan kamera vasitəsi ilə qeydə alınmışdır.Telefonuna göndərilmiş inzibati xəta haqqında qərarda inzibati xətanın xüsusi texniki vasitənin köməkliyi ilə,yəni kamera vasitəsi ilə qeydə alındığı göstərilməmiş, həmin xətanın bilavasitə YPX inspektoru Nümayəndə tərəfindən aşkar edilməsi göstərilmişdir.Hadisə törədildiyi yer üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr yoxdur. Eyni zamanda həmin hadisə YPX əməkdaşı tərəfindən bilavasitə aşkar edilməmişdir. Hər bir halda barəsində olan inzibati xəta haqqında iş üzrə inzibati Xətalar Məcəlləsinin 122-ci və 124-cü maddələrinin tələbləri pozulmuşdur. Buna görə də hesab edir ki, onun əməlində inzibati xəta hadisəsi və tərkibi olmamışdır. Hesab edir ki, Balakən rayon X10 Patrul Xidməti İnspektoru Nümayəndə onu əsassız inzibati məsuliyyətə cəlb etməklə onun hüquqlarını pozmuşdur. Balakən rayon X10 Patrul Xidməti İnspektoru Nümayəndə 14 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. X3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon X10 Patrul Xidməti İnspektoru polis serjantı Nümayəndə məhkəmə iclasında şikayətə etiraz edərək göstərdi ki, şikayət əsassızdır. Belə ki, X4 14 aprel 2022-ci il tarixdə saat 18:53-də idarə etdiyi Mercedes Vito” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhəri, H.Əliyev prospektində sfetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş,bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun bu inzibati xətanı törətməsi videogörüntü ilə qeydə alınmışdır. Bu əməlinə görə Asif Gündüzzadə xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Şikayət əsassızdır, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis serjantı Nümayəndə xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, həmin qərar ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Balakən rayon X10 Patrul Xidməti İnspektoru polis serjantı Nümayəndə izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki,X4 xx.xx.2022-ci il tarixdə saat 18:53də Balakən şəhəri H. Əliyev prospektində “Mersedes benz vito 115 cdi” minik markalı, 08BJ919 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Svetaforun və nizamlayıcının qadağanedici işarəsi (qırmızı rəngli işıq yanarkən) verilərkən hərəkətini davam etdirmişdir. Bu əməlinə görə o, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir X4 qərarın əsassız olduğunu göstərərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati məsuliyyət müəyyən edilərək altmış manat məbləğində cərimə tənbehi nəzərdə tutulmuşdur. X3 şikayəti əsassızdır, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İşin hallarını,hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Balakən rayon X10 Patrul Xidməti inspektoru, polis serjantı Nümayəndə 14 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də X3 şikayəti təmin edilməməli, Balakən rayon X10 Patrul Xidməti inspektoru, polis serjantı Nümayəndə 14 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar yoxdur.Ona görə də X3 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayəti təmin edilməsin, Balakən rayon X10 Patrul Xidməti inspektoru, polis serjantı Nümayəndə 14 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-159/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-159/2022
27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver