Məhkəmə qərarları › İş №3(019)-16/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-16/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-16/2024 09.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Türkiyə Respublikası vətəndaşı, xx.xx.1970-ci ildə Türkiyə Respublikasının Osmaniye vilayetinin Bahçe rayonunda anadan olmuş, evli, orta təhsilli, Türkiyə Respublikasının Osmaniye vilayeti, Düziçi rayonu, Üzümlü məhəlləsi, Yudum küçəsi, ev 17 ünvanında qeydiyyatda olan və yaşayan (pasport:TUR № U25609065 seriyalı, xx.xx.2021ci il tarixdə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilib)- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 480-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2023-cü il tarixdə, təxminən saat 13.00 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan «Mersedes-Benz» markalı,33AKA722/33AKH451 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmış, Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını, yalnız şəxsi əşyalarının olduğunu bildirmiş, bundan sonra «Lyama» ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə «Mersedes-Benz» makalı 33AKA722/33AKH451 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasında cihazlar panelinə reaksiya verdiyi üçün həmin hissəyə əsaslı gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı cihazlar panelindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş çəkməcənin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 50 (əlli) qutu «PARLİAMENT Night Blue» markalı siqaretlər aşkar olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə onun iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan Balakən Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti mayoru X1 Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Elçin Rüstəmova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 13.00 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan «Mersedes-Benz» markalı,33AKA722/33AKH451 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmış, Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını, yalnız şəxsi əşyalarının olduğunu bildirmiş, bundan sonra «Lyama» ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə «Mersedes-Benz» makalı 33AKA722/33AKH451 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasında cihazlar panelinə reaksiya verdiyi üçün həmin hissəyə əsaslı gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı cihazlar panelindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş çəkməcənin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 50 (əlli) qutu «PARLİAMENT Night Blue» markalı siqaretlər aşkar olunmuş və aşkar olunmuş siqaretlər protokol əsasında götürülmüşdür. xx.xx.2023-cü il tarixdə, təxminən saat 13.00 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan «Mersedes-Benz» markalı,33AKA722/33AKH451 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Şəxslə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılması, Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını, yalnız şəxsi əşyalarının olduğunu bildirməsi, bundan sonra «Lyama» ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə «Mersedes-Benz» makalı 33AKA722/33AKH451 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlamasının həyata keçirilməsi, kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasında cihazlar panelinə reaksiya verdiyi üçün həmin hissəyə əsaslı gömrük yoxlamasının həyata keçirilməsi, yoxlama zamanı cihazlar panelindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş çəkməcənin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 50 (əlli) qutu «PARLİAMENT Night Blue» markalı siqaretlərin aşkar olunması, aşkar olunmuş siqaretlərin protokol əsasında götürülməsi xx.xx.2023-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlaması haqqında protokolla, 06 noyabr 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolla, məhkəməəmtəəşünaslıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli 9/8842 nömrəli rəyi ilə, 25 dekabr 2023-ci il tarixli, 00500-00502/23 №-li inzibati xəta haqqında protokolla və digər iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında xx.xx.2023-cü il tarixində saat təxminən 13.00 radələrində idarə etdiyi avtomaşınla Gürcüstandan «Mazımqara» gömrük postuna daxil olduqda idarə ediyi «Mersedes-Benz» makalı 33AKA722/33AKH451 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasında, cihazlar panelindəki əşyaları qoymaq üçün nəzərdə tutulmuş çəkməcənin arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilmiş 50 (əlli) qutu «PARLİAMENT Night Blue» markalı siqaretlərin aşkar olunduğunu etiraf etmiş, həmin siqaretlərin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını, həmin siqaretlərin sayı çox olduğu üçün gömrük postlarından keçərkən buraxılışına icazə verilməyəcəyini düşündüyündən gizlətdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 dekabr 2023-ci il tarixli, 9/8842 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunəyə əsasən 50 qutu «PARLİAMENT Night Blue» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan siqaretlərin xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ümumilikdə təxminən 350,0 (50 qutu x 7man) manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-ci il tarixli, 9/8842 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda,Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, Şəxs fiziki şəxs olduğu üçün iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsində saxlanılan 50 (əlli) qutu «PARLİAMENT Night Blue» markalı siqaretlər müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin); iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar