Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-160/2022 26.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuş, orta təhsilli, subay,fərdi əməklə məşğul olan, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Muğanlı kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Zaqatala rayonu Muğanlı kəndində yaşayan Şəxs 23 aprel 2022-ci il tarixdə saat 24 radələrində qanunsuz olaraq satış məqsədi olmadan, 1 ədəd kağız bükümdə, şəxsi istehlak miqdarında- təmiz çəkisi 0.21 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış,üzərində saxlamışdır. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilovun raportu əsasında inzibati xəta haqqında icraatın aparılması ona həvalə edilmiş, onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, şahidlərin ifadələri alınmış və Zaqatala rayonu Muğanlı kənd sakini xx.xx.1993-cü-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs göstərdi ki,Zaqatala rayonu Muğanlı kəndində yaşayır,çoban işləyir, himayəsində xəstə anası vardır.22.04.2022-ci il tarixdə axşam saatlarında yaşadığı kəndin ərazisində olan vaxtı yerdən 1 ədəd kağız büküm tapmış,həmin bükümün içərisinə baxdıqda bükümün içərisində narkotik olduğunu görüb bükümü əynində olan gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Bundan sonra həmkəndlisi X2 zəng edib ondan onu Zaqatala şəhərinin mərkəzinə aparmasını xahiş etmiş, Pərviz ilə Zaqatala şəhərinin mərkəzinə gedərək “Bazarstore” adlanan mağazanın qarşısında düşmüşdür. Oradan piyada Zaqatala şəhəri ərazisində yerləşən “Ağ Saray” adlanan yerə gedib tanışı ilə görüşmək istəmiş, lakin görüş baş tutmadığı üçün yenidən Pərvizin avtomaşınına tərəf qayıdaraq Pərvizə onu gəzmək üçün Balakən rayonuna aparmağını xahiş etmişdir. Pərvizin idarə etdiyi VAZ- 2106 markalı **-BE-*** nömrəli avtomaşın ilə Balakən rayonunun mərkəzinə dairəvi yola gəlmiş, yol kənarında Pərvizin avtomaşını saxlayıb mağazaya gedib bir qədər keçdikdən sonra mağazadan çıxıb avtomaşına yaxınlaşdığı vaxt 2 nəfər polis əməkdaşları ona və Pərvizə yaxınlaşaraq onların hər ikisini avtomaşın ilə birlikdə RPŞ-yə gətirmişlər.Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından X3 onun hüquqlarının müdafiə etməsini istəmiş, seçdiyi müdafiəçi Hidayət Muradovun iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və ya əşya predmet olubolmadığı soruşulduqda üzərində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd kağız bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Aşkar edilmiş həmin içərisində narkotik vasitə olan kağız büküm bir ədəd kağız zərfdə polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları Pərviz Bayramovun idarə etdiyi avtomaşına da baxış keçirtmiş, lakin avtomaşında heç bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Üzərində narkotik vasitə saxlaması barədə Pərviz Bayramova heç bir söz deməmiş, baş verənlərdən Pərvizin məlumatı olmamışdır. Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24.04.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1-248 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs barəsində inzibati tədbir görülməsi üçün rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin X4 23 aprel 2022-ci il tarixli 17/355 nömrəli ekspert rəyində “vət. Şəxs üzərində aşkar edilmiş 1 ədəd kağız bükümdə….”sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğu göstərilmişdir. (Marixuananın təmiz çəkisi-0.21 qr. tədqiqata sərf edildi- 0,02 qr,qalıq-0,19 qr). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır,onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Balakən Rayon Polis Şöbəsində saxlanılan, Şəxs üzərindən aşkar edilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,19 qram olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Balakən Rayon Polis Şöbəsində saxlanılan, Şəxs üzərindən aşkar edilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,19 qram olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-160/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-160/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver