Məhkəmə qərarları › İş №3(019)-161/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-161/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-161/2022 17.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X7 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki- Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsi X18 iştirakı ilə X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X12 inzibati tənbeh vermə haqqında 15 aprel 2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətinin təmin olunmasını, X23 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi əvəzinin MN ******* nömrəli, 15.04.2022-ci il tarixli inzibati 42Ş-1-22 nömrəli, 04.04.2022-ci i tarixli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X14 şikayətini müdafiə edib, onunla əsaslandırmışdır ki, X23 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, 15.04.2022-ci i tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM)192.1-ci maddəsinə (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) əsasən 4000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, DƏMX Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, 15.04.2022-ci il tarixli qərarı qanunsuzdur və ləğv olunaraq, onun barəsində tərtib olunmuş 42Ş-1-22 nömrəli, 04.04.2022-ci i tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: 1. Onun tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. DƏMX Şəki- Zaqatala Regional Ərazi Şöbəsi pozuntu olaraq protokolda X11 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı islərin (xidmətlərin) verinə yetirilməsinə cəlb etdiyini qeyd etmişdir. Lakin o, Nizami Vəliyevi hər hansı isə cəlb etməmişdir. Belə ki, Nizami Vəliyev ailəsi olmayan, dəfələrlə həbs həyatı yaşayan bir şəxsdir. Onu uzun illərdir tanıyır. O, yaşadığı evə gələrək heç bir məşğuliyyətinin olmadığını, anası və qardaşı ilə tez tez mübahisələrinin olduğunu, buna görə də Balakən rayonundan uzaqlaşmaq, onun Qax rayonunda yerləşən fermasına getmək, başını sakitləşdirmək istədiyini bildirdi. O, Nizamini əvvəllər də tanıdığına, mərhum atasının ona böyük köməyi dəydiyinə görə onu Qax rayonunda yerləşən fermasına aparmışdır. Bir neçə gün o, fermada qalmış, lakin ondan hər hansı iş tələb olunmamışdır. Onun təsərrüfatı qoyunçuluq təsərrüfatıdır. Nizami Vəliyev isə qoyunçuluq təsərrüfatından anlayışı olmayan bir insandır. Qoyun sağmaq, otarmaq, qırxmaq və, s. qoyunculuqla baqlı heç bir işdən anlayışı yoxdur. Nizami bir müddət orda qaldıqdan sonra yaşadığı Balakən rayonuna qayıtmışdır. Rayona qayıtdıqdan sonra Nizami ondan dəfələrlə borc pul istəmiş, Nizaminin onun heç bir islə məşğul olmadığını, öhdəliyini yerinə yetirməyəcəyini bildiyinə görə ona pul verməmişdir. Buna görə də Nizami ondan qərəzli olaraq belə məzmunlu ərizə ilə şikayət etmişdir. 2. İş üzrə izahat verərkən prokurorluq işçisi öz sözləri ilə cümlə quraraq onun adından izahat yazmış, o isə hüquqi savadı olmadığından və həmin ərəfədə Nizami Vəliyevə əsəbi olduğundan yazılmış izahatı dəqiqliklə oxumadan imza etmisdir. Prokurorluq işçisi tərəfindən ondan izahat alınarkən onun özünə qarşı izahat verməmək hüquququn olması ona izah edilməmişdir. Həmin izahatın etibarsız hesab olunmasını və şikayətinin nəzərə alınmasını, təkrar Nizami Vəliyevin dəvət olunaraq işin araşdırılmasını və ədalətli qərar çıxarılmasını xahiş edir. Hesab edir ki, onun hər hansı təqsiri olmadığından, inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadığından və ümumiyyətlə inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İXM-nin maddi və prosessual normalarının pozuntularına yol verilməklə aparıldığından inzibati xəta haqqında iş üzrə qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən şikayətinin təmin olunmasını, barəsində çıxarılmış 15 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, X23 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi əvəzinin MN ******* nömrəli, 15.04.2022-ci i tarixli inzibati 42Ş-1-22 nömrəli, 04.04.2022-ci i tarixli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsi X31 izahatında göstərmişdir ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-cı maddəsi ilə 4000 manat inzibati cərimə edilməsi haqqında DƏMX-nin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi tərəfindən 15 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materialları ilə X7 Nizami Vəliyev adlı şəxsi əmək müqaviləsi bağlamadan öz fermasında işlərə cəlb etməsi və Azərbaycan Respublikası İXM-nin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. DƏMX-nin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisinin 15.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki- Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X12 X14 barəsində 15.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki- Zaqatala Regional Ərazi Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X19 tərəfindən qəbul edilmiş 15.04.2022-ci il tarixli, ******* saylı inzibati təhbeh vermə haqqında qərardan görünür ki, X14 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Balakən rayon prokurorluğunun 12 may 2022-ci il tarixli, 506xid- 22 nömrəli məktubunda göstərilir ki, Nizami Vəliyev və qeyrilərinin X32 rayonunda yerləşən fermasında müxtəlif vaxtlardan əmək müqaviləsi olmadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı xüsusat üzrə toplanmış materiallar baxılması üçün ərazi aidiyyəti üzrə 18.03.2022-ci il tarixdə Qax rayon prokurorluğuna göndərilmişdir. X7 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında material Balakən rayon prokurorluğunda toplanmamışdır. İş materiallarında olan Qax rayon prokuroru Rəşad Bəşirovun 04.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında göstərilir ki, 09.09.1966-cı ildə Gürcüstan Respublikası Qurdabani rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X14 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, X7 inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi məqsədilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə X23 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinə göndərilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. İş materiallarında olan Qax rayon prokurorunun 04.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında istinad olunan X9 izahatında göstərilir ki, uzun müddətdir ki, müxtəlif yerlərdə çobanlıq etmişdir. Kəmalə xanım və əri Cavanşir Musayevlə 2022-ci ilin yanvar ayında onların Qax rayonunda yerləşən fermasında işləyəcəyi barədə razılığa gəlmişdir. Belə ki, 28 yanvar 2022-ci il tarixdə Kəmalə əri Cavanşirlə onun yaşadığı evə gələrək, Qax rayonunda yerləşən fermasında işləməyi təklif etmiş, bunun müqabilində aylıq 200 manat pul müqabilində çoban olaraq qoyunlara baxması ilə bağlı razılığa gəlmişlər. 29 yanvar 2022-ci il tarixdə Kəmalə Həsənova və əri X33 rayonu ərazisində yerləşən fermasında qoyunlara baxmaq üçün gedib işə başlamışdır. Lakin orada nə qədər müddət işləyəcəyi ilə bağlı razılığa gəlməmişlər. Həmin fermada 01 ay 06 gün işləmiş, Kəmalə və sonuncunun əri etibar etdiyi ailə olduğuna görə onlara inanaraq əmək müqaviləsi bağlamamışdır. Fermada ilk olaraq orada çalışan işçilərin yemək-içməyinə baxmaqla məşğul olmuş, daha sonra qoyunları otarmışdır. Fermanın həyətində yerləşən evdə yaşamış, 1000-dən artıq qoyuna 6 nəfər şəxs baxmışdır. Kəmalə Həsənova əri ilə birlikdə həftənin 5-ci günləri fermaya gələrək 1-ci günləri geri qayıtmışlar. Onun həmin fermada işlədiyini onunla birlikdə fermada yaşamış Zaqatala rayonu Əlibayramlı kənd sakini Əkrəm adlı şəxs, qoyunlara baxan Zaqatala rayon sakini Nəzir adlı şəxs, Şəki rayonu Şorsu kənd sakinləri Zöhrab və Arif adlı şəxslər, Balakən rayonu Bedağar kənd sakini Cəmil təsdiq edə bilər. Əkrəm, Nəzir, Zöhrab və Cəmil adlı şəxslər təxminən 4-5 ildir həmin fermada işləmiş, Arif adlı şəxs isə 01 fevral 2022-ci il tarixdən fermada işə başlamışdır. Fermada işləyən bütün şəxslər qoyunlara baxmaq, onları otarmaqdan əlavə fermanın digər işlərini də görmüş, odunları yarmış və fermanı təmizləmişlər. O, Əkrəmlə birgə qoyunları hər gün səhər tezdən saat 8-də dağa aparmış, axşam saat 6-da dağdan geri qaytarmışlar. Digər 4 nəfər şəxs isə qoyunları sağmış, qoyunları otarmağa aparmışdır. Özü istisna olmaqla, digər şəxslərin ona söylədiklərinə əsasən əmək müqaviləsi olmuşdur. X4 rayon prokurorluğuna verdiyi izahatında həmçinin onun bır ay üçün qalan 130 manat, 6 gün üçün 48 manat olmaqla cəmi 178 manat pulunu qaytarıl ması barədə tələbinin olduğunu bildirmişdir. İş materiallarında olan Qax rayon prokurorunun 04.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında istinad olunan X7 izahatında göstərilir ki, Nizami Vəliyevi ailəsi ilə dost olduğu üçün tanımışdır. Nizami Vəliyev uzun illərdir onlarla dost olduğu üçün ona ailənin uşağı kimi baxmış, hər ehtiyacı olanda köməklik edib müxtəlif məbləğlərdə pul vermişlər. Nizami Vəliyev uzun müddətdir ki, çox vaxt onlarda yaşamışdır. Hətta aylarla onlarda yaşamış, onlarda qaldığı müddətdə ailənin bir üzvi kimi Qax rayonu Acınohur qışlağında yerləşən fermasında köməklik göstərmişdir. Belə ki, Nizami Vəliyev hərdənbir gedib fermanı təmizləmiş, orada olan ağacları budamış və s. köməklik elmişdir. Nizami Vəliyev onların işçisi olmamış, başqa yerə isə gedib-gəlsə də, onlarda işləməmişdir. Həmin şəxsin çox ehtiyacını onlar qarşılamışdır. Nizami Vəliyevlə aylıq 200 manat pul müqabilində onların fermasında çoban işləməsi ilə bağlı razılaşmamışlar. Nizami Vəliyevin evinə getməkdə səbəb isə sonuncunun ailəvi tanışları olması idi. Nizami Vəliyevə 70 manat pulu iş üçün deyil, onun ailəsinə köməklik məqsədilə vermişdir. Nizami Vəliyevi işçi olaraq götürməmiş, ailələrindən bir şəxs olduğuna inandığına görə evindəki işlərdə köməklik etmiş, həmçinin arabir onu fermaya aparmışlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X14 haqqında İXM-nin 192.1-ci maddəsilə 04.04.2022-ci il tarixi inzibati xəta haqqında iş üzrə icraat başlanarkən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X19 tərəfindən inzibati tənbeh vermə haqqında 15 aprel 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərkən işin vacib faktiki halları araşdırılmamış, həmin şəxsə ona istinad olunan inzibati xətaya aidiyyətini təsdiq edən bütün sübutlar toplanmamış, X9 izahatında olan ziddiyyətli hallar aydınlaşdırılmamış, həmçinin X7 verdiyi izahatında göstərilən bir sıra halların həqiqətə uyğun olub-olmaması aydınlaşdırılmamış, X14 ilə X9 izahatlarında olan ziddiyyətlər aradan qaldırılmamışdır. Belə ki, X4 rayon prokurorluğunda verdiyi izahatında 2022-ci ilin yanvar ayında Kəmalə Həsənova ilə onun əri Cavanşir Musayevlə onların Qax rayonunda yerləşən fermasında işləyəcəyi barədə razılığa gəlməsi, bu məqsədlə Kəmalənin və əri Cavanşirin onların yaşadığı evə gələrək aylıq 200 manat pul müqabilində fermalarında işləməyi təklif etmələri, sonra 29 yanvar 2022-ci il tarixdə onların fermasına getməsi və etibar etdiyi üçün onlarla (yəni Kəmalə Həsənova və Cavanşir Musayevlə) əmək müqaviləsini bağlamamasını bildirdiyi halda, həmin vacib xüsusatlar üzrə ehtimal olunan hadisənin şahidi olmuş Cavanşir Musayevin izahatı alınmamışdır. Bundan başqa X15 prokurorluqda verdiyi izahatında onun həmin fermada işləməsinin Zaqatala rayonu Əlibayramlı kənd sakini Əkrəm adlı şəxs, qoyunlara baxan Zaqatala rayon sakini Nəzir adlı şəxs, Şəki rayonu Şorsu kənd sakinləri Zöhrab və Arif adlı şəxslər və Balakən rayonu Bedağar kənd sakini Cəmilin təsdiq edə biləcəyini və həmin şəxslərin əmək müqaviləsi olduğunu göstərsə də, nədənsə işin vacib faktiki hallarını təsdiq edə biləcək həmin şəxslərin həqiqətənmi həmin fermada əmək müqaviləsi ilə Nizami Vəliyevlə birlikdə işləyibişləməməsi, Nizami Vəliyevin həqiqətən də 29 yanvar 2022-ci il tarixdə işləmək üçün həmin fermaya gəlməsi, burada 1 ay 06 gün işləməsi və əvvəl fermada işləyən şəxslərin yemək-içməyinə baxması, sonra qoyunları otarması və odunları yarması, fermanı təmizləməsi barədə bildirdiklərinin həqiqətə uyğun olub-olmaması ilə bağlı xüsusatlar üzrə həmin şəxslərin izahatları alınmamışdır. Bundan başqa Nizami Vəliyevin izahatında Kəmalə və onun əri Cavanşirlə qoyunlarla baxması ilə bağlı aylıq 200 manat müqabilində razılığa gəldiyini göstərdiyi hal ilə onun əvvəl fermada yemək-içmək işinə baxması, odun yarması barədə qeyd etdiyi hallarla ziddiyyət təşkil edir. Belə ki, o, izahatında Kəmalə və Cavanşirlə işçilərin yemək-içmək işinə baxması və odun yarması barədə deyil, qoyunlara baxması ilə bağlı razılığa gəldiyini göstərir. Yemək-içmək işinə baxılması və odun yarılması işi qoyunlara baxmaq işindən tamamilə fərqli olduğu üçün qoyunlara baxmaq işi kimi ehtiva oluna bilməz. X24 izahatında göstərdiyi işçilərin yemək-içmək işinə baxması və odun yarması, o cümlədən ağacların budanması xüsusatları üzrə də Kəmalə Həsənova İXM-nin 192.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Kəmalə Həsənova prokurorluqda verdiyi izahatında Nizami Vəliyevlə qoyunlara baxması və ona aylıq 200 manat pul verməsi ilə bağlı razılaşmadıqlarını bildirmiş, Nizami Vəliyevə öz uşağı kimi baxdığını və ona maddi kömək kimi həmişə pul verdiklərini, onu əmək müqaviləsi olmadan işə cəlb etmədiklərini bildirmişdir. X25 göstərdiyi bu xüsusatlar, onların ailəsi ilə Nizami Vəliyevin və ailəsi arasında bundan əvvəl hansı münasibətlərin olduğu, onların bir-birini tanıyıb-tanımaması, Kəmalə Həsənova və əri Cavanşir Musayev tərəfindən bundan əvvəl Nizami Vəliyevə hansı məbləğdə maddi yardım məqsədilə pul verilib-verilməməsi, Kəmalə Həsənovanın və Cavanşir Musayevin 28 yanvar 2022-ci il tarixdə həqiqətən məni qoyunlara baxmaq üçün Nizami Vəliyevlə evdə razılığa gəlib-gəlməmələri xüsusatı araşdırılmamış, bununla bağlı Cavanşir Musayevin və bu halı təsdiq edə biləcək digər şahidlərin izahatları alınmamış, X28 Həsənovanın izahatları arasında bu ziddiyyətilər aradan qaldırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, X14 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən İXM-də göstərilən tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, onun bir sıra hüquqları pozulmuş, ona aid sənədlər kobud qanun pozuntuları ilə əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;61.1.8.inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq… Azərbaycan Respublikası İXM-nin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 79.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nin 79.3-cü maddəsinə əsasən mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İXM-nin 80.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-nin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Azərbaycan Respublikası İXM-nin 83.2-ci maddəsinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 83.3-cü maddəsinə əsasən müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, müvafiq araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən X7 Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri, o cümlədən sübutlar təqdim etmək, vəsatətlər və etirazlar vermək hüquqları izah edilməmiş, özünə qarşı izahat verməmək hüququ barədə Azərbaycan Respublikası Konstitusiyasının 63 və 66 -cı maddələrinin, İXM-nin 8-ci maddsinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinin tələbləri izah edilməmiş, həmin şəxsin müdafiə hüquqları pozulmuşdur. Belə ki, istər Balakən rayon prokurorluğunda, istərsə Qax rayon prokurorluğunda X8 izahat alınarkən özünə qarşı izahat verməmək hüququ, həmçinin Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində və digər maddələrində nəzərdə tutulmuş hüquqlarının ona izah edilməsi barədə nə həmin izahatlardla heç bir müddəa qeyd edilməmiş, nə də bu barədə hər hansı digər sənəd hazırlanıb işə əlavə edilməmişdir. 15 aprel 2022-ci il tarixdə X14 barəsində inzibati xəta haqqında işə baxılarkən də eyni qanun pozuntularına yol verilmişdir. Belə ki, işə baxılarkən X10 Azərbaycan Respublikası İXM-də və yuxarıda istinad olunmuş qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqları, o cümlədən özünə qarşı izahat verməmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, həmçinin müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları izah edilməmiş, həmin hüquqlardan istifadə edilməsinə şərait yaradılmamış, öz seçdiyi müdafiəçi və ya dövlət hesabına təyin edilmiş müdafiəçi vasitəsilə hüquqi yardım almaq hüququ təmin edilməmişdir. Bununla da X3 barəsində inzibati xəta haqqında icraat başlamış orqan (vəzifəli şəxs) və işə baxılmasını həyata keçirən orqan (vəzifəli şəxs) qarşısında əlverişsiz vəziyyətə salınmışdır. Belə ki, inzibati xəta haqqında icraat başlamış və işə baxmış orqanlar (vəzifəli şəxslər) bu sahə üzrə müvafiq hüquqi biliklərə və təcrübəyə malik peşəkarlardır. Kəmalə Həsənova isə hüquqşünas və bu sahə üzrə hüquqi biliklərə malik olan şəxs deyildir. Ona görə də X5 istinad edilən inztibati xəta üzrə öz müdafiəsini təşkil etmək hüququndan və bunun üçün qanunda nəzərdə tutulmuş imkanların həyata keçirilməsindən məhrum edilmişdir. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 60, 61, 63 və 127-ci maddələrində, həmçinin Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir;hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır; qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir; hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır; cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində isə işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müavafiq baxılması, ədalət mühakiməsinin vətəndaşların qaqnun və məhkəmə qarşısında bərabərdliyi əsasında həyata keçirilməsi, işlərin icraatının çəkişmə prisnipi əsasında həyata keçirilməsi, icraatın istənilən mərhələsində hər kəsin müdafəi hüququnun təmin olunması, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyasına əsaslanması təsbit edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənək təqsirsiz hesab edilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:a) ona qarşı irədli sürülmüş ittihamın xparakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafəi etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək; d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə verimş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə şahidlər çağrılması və dindirilməsi hüququna malik olmaq; e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək. Bu konteksdə qeyd edilməlidir ki, Avropa Konvensiyası ilə milli qanunvericilikdə Avropa Konvensiyasının 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan cinayət ittihamı anlayışı birbirindən fərqlənir. Belə ki, Avropa Məhkəməsinin presedentlərinə görə işin bir sıra parametrlərinə əsasən inzibati xəta da cinayət ittihamı sayılır. Bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi 6-cı maddənin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan üç meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. Əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayəthüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X26rşı işdə (32-34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd) Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X20rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X13rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı protokolunun 2-ci maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. X14 barəsində icraatı başlanmış Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzədə tutulmuş inzibati xəta milli qanunvericilikdə cinayət əməli kimi nəzərdə tutulmasa da, 2-ci və 3-cü Engel meyarlarına görə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndinin mənası baxımından cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəldilmişdir və bu səbəbdən onun ağırlıq dərəcəsi yüksəkdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyası xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Belə ki, həmin maddənin sanksiyasında fiziki şəxslər üçün min manatdan iki manatadək məbləğdə, vəzifəli şəxslər üçün üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər üçün iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur ki, həmin cəza da Azərbaycan Respublikasında 2022-ci il yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu 219 manat olduğu halında ağır monetar cəza sayıla bilər. O da xüsusi olaraq nəzərə çatdırılmalıdır ki, Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Belə olan halda Müqavilələr Haqqında 1961-ci il tarixli Vyana Konvensiyasının 3-cü maddəsinə və Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə (hazırki halda Salduz Türkiyəyə qarşı işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarı) iştirakçı dövlətlər üçün məcburi xarakter daşıdığı üçün Avropa Konvensiyasının 6-cı maddəsində müəyyən olunmuş təminatlar X14 barəsində İXM-nin 192.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə də tətbiq edilməlidir. İşin araşdırılan hallarından məlum olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsi tərəfindən işə baxılarkən X14 barəsində inzibati araşdırma aparılıb inzibati xəta haqqında iş üzrə icraat başlanarkən onun özünə qarşı izahat verməmək, sübutlar təqdim etmək, etirazlar və vəsatətlər vermək və sair hüquqlarının ona izah edilməməsi, bu hüquqlarından istifadə edilməsinə şərait yaradılmaması, işin tam faktoloji hallarının müəyyən olunması baxımından vacib şahidlər olan Cavanşir Musayevin, Zaqatala rayonu Əlibayramlı kənd sakini Əkrəm adlı şəxsin, qoyunlara baxan Zaqatala rayon sakini Nəzir adlı şəxsin, Şəki rayonu Şorsu kənd sakinləri Zöhrab və Arif adlı şəxslərin və Balakən rayonu Bedağar kənd sakini Cəmil adlı şəxsin izahatlarının alınmaması, Nizami Vəliyevin izahatında olan ziddiyyətlərin və onun izahatı ilə Kəmalə Həsənovanın izahatı arasında zidiyyətli halların aradan qaldırılmaması, hüquqları izah edilmədən, ən əsası özünə qarşı izahat verməmək hüququ izah edilmədən və bu hüququn həyata keçirilməsinə şərait yaradılmadan bu hüququ pozulmaqla Kəmalə Həsənovadan özünə qarşı izahatın alınması nəzərə alınmadan, həmçinin İXM-nin 109.1.6-cı maddəsinə əsasən yuxarıda göstərilənlərə uyğun olaraq təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən onları tamamlamaq mümkün olmadığı əsası ilə işi inzibati xəta haqqında iş üzrə icraat başlamış orqana qaytarmaq hüququnun olmasına baxmayaraq bu hüquqdan istifadə edilmədən, bu xüsusda iş üzrə əldə edilmiş sübutların mötəbər olub-olmamasına və həmin sübutların mötəbərliyi və qanuniliyi və aidiyyəti baxımından şəxsin ona istrnad olunan inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsinə hüquqi qiymət vermədən, heç bir hüququ əsaslandırma olmadan Kəmalə Həsənova İXM-nin 192.1-ci maddəsilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. İşə baxılarkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsi tərəfindən də qanun pozuntularına yol verilmiş, Nizami Vəliyevə işə baxılmasının müddəti və yeri haqqında rəsmi bildiriş təqdim edilməmiş, Nizami Vəliyevin iştirakı təmin edilməmiş, X7 özünə qarşı izahat verməmək, sübutlar təqdim etmək, etirazlar və vəsatətlər vermək və sair hüquqları izah edilməmiş, X2 prokurorluqdakı izahatında göstərdiyi xüsusatların dəqiqləşdirilməsi və aydınlaşdırılması üçün suallar vermək, onun izahatında göstərdiyi ziddiyyətləri halları aydınlaşdırmaq və sair hüquqların həyata keçirilməsinə imkan yaradılmamış, işin tam faktoloji hallarının müəyyən olunması baxımından vacib şahidlər olan Cavanşir Musayevin, Zaqatala rayonu Əlibayramlı kənd sakini Əkrəm adlı şəxsin, Zaqatala rayon sakini Nəzir adlı şəxsin, Şəki rayonu Şorsu kənd sakinləri Zöhrab və Arif adlı şəxslərin və Balakən rayonu Bedağar kənd sakini Cəmilin izahatları alınmamış, yuxarıda göstərilən Nizami Vəliyevin izahatında olan ziddiyyətlər və onun izahatı ilə Kəmalə Həsənovanın izahatları arasında zidiyyətli hallar aradan qaldırılmamış, qeyd edilən natamam hallar işə baxılarkən tamamlanaraq aradan qaldırılmamışdır. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsi tərəfindən X7 təqsirsizlik prezumpsiyası hüququ pozulmaqla ondan alınmış izahatına istinad olunmaqla, bununla da sübut etmək yükü onun üzərinə qoyulmaqla o, İXM-nin 192.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki qanunvericiliyin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardlan şəxsin təqsirli bilinməsi üçün istifadə edilə bilməz. Digər tərəfdən işə baxılarkən işdə olan Qax rayon prokurorunun köməkçisinin tərtib etdiyi 04.04.2022-ci il tarixli protokolun da qanunvericiliyin tələbinə əsasən mötəbər sübut olmaması halının fərqinə varılmamışdır. Belə ki, həmin 04.04.2022-ci il tarixli protokol orada göstərilənlərə əsasən Kəmalə Həsənovanın inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və iş materialları ilə tanış olunması və həmin qərarın onun tərəfindən alınması ilə bağlı tərtib edilmişdir. Digər tərəfdən həmin protokol İXM-də sübutların siyahısına daxil olan sənəd sayıla bilməz. Belə ki, həmin protokol müvafiq rekvizitlərə malik olmamaqla rəsmi sənəd deyildir. Həmçinin bu protokol Kəmalə Həsənovanın izahatına və ya digər sübutlara istinad edilməməklə işin hər hansı faktoloji halını təsdiq edən məlumat mənbəyi deyildir. Belə ki, qanunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan xətanı törətməsi və bunda təqsirli olub-olmaması məsələsi həmin şəxsin izahatı ilə müəyyən oluna bilər (İXM-nin 78-ci maddəsi). Həmin protokol isə inzibati xətanın törədilməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kəmalə Həsənovanın izahatı deyildir. Kəmalə Həsənova isə Balakən rayon prokurorluğunda və Qax rayon prokurorluğunda verdiyi izahatlarında, həmçinin hazırki məhkəmə iclasında verdiyi izahatında ona istinad olunan İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsini göstərmiş, həmin xətanın törədilməsində özünü təqsirli bilməmişdir. Kəmalə Həsənova izahatlarında İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilmədiyi halda həmin protokolda heç bir digər sübuta istinad olunmadan onun İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini bildirməsinin qeyd edilməsi qanunvericilin tələbinə ziddir və qanunda nəzərdə tutulmuş sübut növü olmayaraq Kəmalə Həsənovanın İXM-nin 192.1-ci maddəsilə təqsirli bilnməsi üçün mötəbər sübut sayıla bilməz. İşə baxan orqan tərəfindən Kəmalə Həsənovanın İXM-nin 192.1-ci maddəsilə təqsirli bilinməsi üçün Nizami Vəliyevin izahatına istinad olunmasının da işin faktoloji halları və hüquqi əsasları baxımından düzgün olmaması halına da hüquqi qiymət verilməmişdir. Belə ki, qeyd edildiyi kimi, Nizami Vəliyevin izahatı ziddiyyətlidir və bu ziddiyətli hallar aradan qaldırılmamışdır. Həmçinin onun qeyd etdiyi halların təsdiq olunması üçün izahatında göstərdyi 5 nəfər şahidin heç biri dindirilməmiş, izahatları alınmamışdır. İşə baxan orqan tərəfindən qərar verilərkən Kəmalə Həsənovanın İXM-nin 192.1-ci maddəsilə təqsirli bilinməsi üçün işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanmaqla işdə olan sübutlar obyektiv qiymətləndirilməmiş, hansı qanuni əsaslarla hansı sübutların mötəbər olması, hansı sübutların isə mötəbər olmaması, hansı mötəbər sübutlarla hansı faktoloji halların müəyyən olunması aydınlaşdırılmamış, işin hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60, 63 və 127-ci maddələri, Avropa Konvensiyasının 6-cı maddəsi və onun tətbiqi təcrübəsi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərində (Dombo Beheer BV Belçikaya qarşı iş, Ofner və Norfingerin işi və sair) ədalətli məhkəmə araşdırması hüququ əsasən iki təməl prinsipin real olaraq mövcudluğunu özündə ehtva edir: 1) ilkin şərtlərin bərabərliyi prinsipi;2) çəkişmə prinsipi. Bu prinsiplərin mahiyyəti ondan ibarətdir ki, işə baxan orqan və ya vəzifəli şəxs tərəfindən tərəflərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmalı, qanunda nəzərdə tutulmuş bütün prosessual hüquqi təminatlar hər iki tərəf üçün eyni qaydada təmin olunmalı, həmçinin tərəflərin işə baxılmasında iştirakı təmin olunmaqla işdə olan bütün sübutların araşdırılması, o cümlədən hər bir tərəfin təqdim etdiyi sübutlarla müəyyən olunmuş halların digər tərəfin təkzib edilməsi üçün tərəflərə tam imkanlar yaradılmalı, bu zaman işə baxan orqan işə qərəzsiz, obyektiv və ədalətli baxmaqla yalnız arbitr funksiyasını yerinə yetirməlidir. Həmin standartları hazırki işə tətbiq edərək, hesab edirəm ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti barədə nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da X7 Azərbaycan Respublikası Konstitusiyasının 60, 63 və 127-ci maddələrində və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Göstərilənlərin işığında şübhəsizdir ki, X7 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmalı, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmələ aidiyyətinin olub-olmaması, həmin əməldə onun təqsirinin olubolmamasının müəyyənləşdirilməsi üçün müvafiq araşdırma aparılmalı, onun əməlinə düzgün hüquqi qiymət verilməli və son nəticədə iş üzrə ədalətli və qanuni qərar qəbul edilməlidir. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 15 aprel 2022-ci il tarixli sözügedən qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməliir. Həmin orqan (vəzifəli şəxs) tərəfindən işə yenidən baxılarkən təqdim edilmiş materialların natamam olub-olmaması və işə baxılarkən tamamlamaq mümkün olubolmaması və materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və ona əlavə olunmuş materialların ona tərtib etmiş orqana (vəzifəli şəxsə) qaytarılıb-qaytarılmaması məsələsi həll edilməli, həmçinin iş araşdırılarkən və işə baxılarkən X1 nəzərdə tutulmuş hüquqları, o cümlədən təqsirsizlik prezumpsiyası hüququ, ona istinad olunan inzibati xəta üzrə sübutetmə yükünün onun üzərinə qoyula bilinməməsi, özünə qarşı izahat verməmək hüququ, sübutlar təqdim etmək, etirazlar və vəsatətlər vermək, özünün seçdiyi və ya lazımi vəsaitə malik olmadığı halda dövlət hesabına təyin edilmiş müdafiəçinin hüquqi yardımından istifadə etmək və sair hüquqları izah edilməli, bu hüquqların həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanlar yaradılmalı, müvafiq hüquqlar təmin edilməklə Kəmalə Həsənovanın izahatı və Nizami Vəliyevin izahatı yenidən alınmalı Kəmalə Həsənovanın əri Cavanşir Musayevin həmçinin Nizami Vəliyevin öz izahatında göstərdiyi şəxslərin-Zaqatala rayonu Əlibayramlı kənd sakini Əkrəm adlı şəxsin, Zaqatala rayon sakini Nəzir adlı şəxsin, Şəki rayonu Şorsu kənd sakinləri Zöhrab və Arif adlı şəxslərin və Balakən rayonu Bedağar kənd sakini Cəmil adlı şəxsin izahatları alınmalı, həmin şəxslərlə əmək müaviləsi bağlanıb-bağlanmamasını müəyyən etmək üçün Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbəsi sorğu verməli, yuxarıda qeyd edilən Nizami Vəliyevin izahatında olan ziddiyyətlər və onun izahatı ilə Kəmalə Həsənovanın izahatı arasında zidiyyətli hallar aradan qaldırılmalı, işə baxılarkən Nizami Vəliyevin və Kəmalə Həsənovanın iştirakı təmin edilməli, İXM-nin 75-ci maddəsində nəzərdə tutulmuş halların olub-olmaması ilə bağlı əldə edilmiş sübutların mötəbər və qanuni olub-olmaması müəyyənləşdirilməli, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanmış obyektiv qiymət verilməli və iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. İşin araşdırılmış halları ona deməyə tam əsas verir ki, işə baxan orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması…135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X7 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X12 X14 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında 15 aprel 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki- Zaqatala Regional Ərazi Şöbəsinə göndərilməlidir. Şikayət X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsində isə təmin edilməməlidir.Belə ki, X7 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmadan, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmələ aidiyyətinin olubolmaması, həmin əməldə onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün müvafiq araşdırma aparılmadan, digər sübutlar müəyyən olunmadan və həmin sübutlara hüquqi qiymət verilmədən və iş üzrə bütün ziddiyyətli hallar və əsaslar aradan qaldırılmadan X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törədib-törətməməsi qənaətinə gəlmək hazırki halda mümkün deildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49-51, 115 və 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X7 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X12 X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında haqqında 15 aprel 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin; inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Şəki- Zaqatala Regional Ərazi Şöbəsinə göndərilsin; şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar