Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-162/2022 24.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1964-cü ildə Balakən rayonu Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 253-1.1.1-ci maddəsilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevin 26.04.2022-ci il tarixli qərarı ilə Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.1.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevin 26.04.2022-ci il tarixli qərarında inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsası və səbəbi kimi göstərilir ki, vəzifəli şəxs Şəxs «Yaşıllıqların mühafizəsi haqqında» 02 may 2014-cü il tarixli 957-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 12.2 və 12.3-cü maddələrinin, həmçinin «Yaşıllıqların mühafizəsi haqqında Qanunun tətbiq edilməsi»barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli Fərmanının 3.1-1, 3.3 və 3.4-cü bəndlərinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası»-nın 1.4, 2.4, 2.5 və 3.7-ci bəndlərinin tələblərinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının və bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlar istisna olmaqla, Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhəri üzrə icra nümayəndəliyi tərəfindən digər torpaq sahələrində olan yaşıllıqların uçotunu müvafiq qaydada aparılmalı olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, icra nümayəndəliyinin balansında olan Balakən şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında mövcud olmuş yaşıllıqların 2021-ci il ərzində uçot və monitorinqinin aparılmasını təşkil etməmişdir. Qeyd olunanlar Şəxs izahatı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 05.03.2022-ci il tarixli 17/73 nömrəli məktubu ilə təsdiq edilmişdir. Şəxs izahatında bildirmişdir ki, kütləvi informasiya vasitələrində yayılmış Balakən şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və X2 Muzeyinin arxasında olan 11 ədəd qovaq ağacının qabığının soyulması ilə bağlı video barədə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin baş məsləhətçi-müfəttişi Paşa Koxnayev tərəfindən araşdırma aparılmışdır. Bildirmişdir ki, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı 31 hektardır. 14 hektar daş ərazi olan asfalt, 17 hektar yaşıllıq zonasıdır. Həmin park şəhər icra nümayəndəliyinin balansındadır və parkdakı bütün ağaclara görə o, cavabdehdir. Həmin parkda ağacların kadastr uçotu aparılmamışdır. Qeyd olunmalıdır ki, Şəxs tərəfindən Balakən şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkındakı yaşıllıqların uçotunun vaxtında aparılmaması və ağaclara nəzarətin təşkil edilməməsi həmin parkdakı Bayraq Muzeyinin arxasında olan 11 ədəd qovaq ağacının gövdə hissəsinin qabığının soyulması və bununla da təbiətə 3550 manat məbləğində ziyanın dəyməsi ilə nəticələnmişdir. Ağacların bioloji inkişafının davam etməsini təsbit etmək ancaq yaz mövsümündə mümkün olduğundan törədimliş əməldə cinayət tərkibi məyyən edilməmiş və toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə cinayət işinin başlanması 16.03.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb və əsas, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti tərəfindən daxil olmuş məlumat və həmin məlumat əsasında aparılmış araşdırma zamanı Azərbaycan Respublikası İXM-nin 253-1.1.1-ci maddəsində nəzərdə tutulan xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Nümayəndə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevin 26.04.2022-ci il tarixli qərarını müdafiə edərək, qərarda göstərilənlərə uyğun izahat vermiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 253-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsini və onun barəsində inzibati bənbehin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış vəzifəli şəxs-Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümaynədəsi Şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış vəzifəli şəxs Şəxs iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 253-1.1.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə 26.04.2022-ci il tarixli qərarın geri qaytarılmasını, qanuna görə bu maddə üzrə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarəsi tərəfindən tərtib edilməli olduğunu, hazırki işə baxıldığı təqdirdə isə əməlində həmin inzibati xəta tərkibi olmadığı üçün Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 09.02.2022-ci il tarixli, 17/33 nömrəli məktubunda göstərilir ki, kütləvi informasiya vasitələrində Balakən şəhəri, Heydər Əliyev prospekti Heydər Əliyev adına Mədəniyyət və X5 Muzeyinin arxasında ağacların qabaq hissələrinin soyulması barədə yayımlanmış məlumat 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan, Balakən şəhəri, Heydər Əliyev prospekti Heydər Əliyev adına Mədəniyyət və X5 Muzeyinin arxasında 11 ədəd qovaq ağacının gövdə hissəsinin qabığının soyularaq həmin ağacların bioloji inkişafına xələl gətirilməsi aşkar edilmişdir. Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəxs yazılı izahat və 2022-ci il 07 fevral tarixli 21 nömrəli arayış təqdim edərək, Heydər Əliyev adına Mədəniyyət və X8 şəhərinin inzibati ərazsində yerləşsə də, həmin parkda gözətçi ştatının olmadığını, 11 ədəd ağacın qabığının soyulmasından xəbərsiz olduğunu bildirmişdir. Mövcud vəziyyətlə bağlı 2022-ci il 01 fevral tarixli 73304 nömrəli akt tərtib edilmiş, yaşıllığa 3550 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşən 11 ədəd ağacın qabığının soyulması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şəxs iştirakı ilə 01 fevral 2022-ci il tarixli 73304 nömrəli akt tərtib edilmiş və Şəxs həmin akta imza etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsinin 07 fevral 2022-ci il tarixli 21 nömrəli arayışından görünür ki, Balakən şəhərinin Heydər Əliyev adına Mədəniyyət və X8 şəhəri Heydər Əliyev prospektində yerləşir və Balakən şəhərinin Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında gözətçi ştatı mövcud deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ziyanın hesablanması cədvəlindən görünür ki, 01.02.2022-ci il tarixdə tərtib edilmiş 73304 saylı akta əsasən Balakən rayonu Bayraq Muzeyinin arxasında kök hissələrindən təxminən 10-20 sm hündürlükdə qurutmaq məqsədi ilə qabıqları soyulmuş, müxtəlif diametrlərdə olan qovaq ağaclarına görə təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarına əsasən 3550 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 23 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən rayon prokurorluğunun böyük müstəntiqi X3 tərəfindən hal şahidlərinin iştirakı ilə Balakən şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına baxış keçirilmiş və həmin parkda 11 ədəd ağacın qabığının soyulması müəyyən edilmiş və bu barədə müvafiq fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs izahatından görünür ki, o, həmin izahatında Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının 31 hektar olduğunu, 14 hektar daşı olan ərazi və asfalt, 17 hektarın yaşıllıq zonası olduğunu, həmin parkın şəhər icra nümayəndəliyinin balansında olduğunu və parkdakı bütün ağaclara görə onun cavabdeh olduğunu, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkındakı ağacların kadastr uçotunun aparılmadığını bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevə ünvanladığı 05.03.2022-ci il tarixli 17/73 nömrəli məktubundan görünür ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Balakən rayonu ərazisində yaşıllıqların uçotu və monitorinqinin aparılması, eləcə də müvafiq məlumatların təqdim edilməsinə dair Balakən rayon İcra Hakimiyyətinə 17.12.2021-ci il tarixli 1171 nömrəli məktubla müraciət olunmuş, lakin Balakən rayon İcra Hakimiyyəti tərəfindən hər hansı məlumat daxil olmamışdır. «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikasının 2014-cü il 02 may tarixli 957-İVQ nömrəli Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nöimrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası»nın 2.4-cü bəndinə əsasən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 566 nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrıayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Uçota alınan yaşıllıqlar barədə məlumatlar bu Qaydaların 2.4-cü bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən hər il yanvar ayının 1-nə ümumiləşdirilməli və fevral ayının 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti üzrə yerli qurumuna təqdim edilməli, bundan sonra yaşıllıqların kadastrı aparılmalıdır. Göstərilənlərə əsasən Balakən rayon İcra Hakimiyyəti tərəfindən müvafiq məlumatlar təqdim edilmədiyindən, yaşıllıqların kadastrının aparılması mümkün olmamışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2009-cu il tarixli 208 nömrəli sərəncamından görünür ki, Balakən rayon XDS İcrpaiyyə Komitəsinin 30 noyabr 1983-cü il tarixli 24 saylı qərarına əsasən yaradılmaqla şəhərin S.Gözəlov küçəsi 3 ünvanında yerləşən, H.Əliyev adına Mədəniyyət və X6 kəndinin ərazisi hesabına genişlənərək ümumi ərazisi 22,0 ha olmaqla Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansına verilmiş və dövlət mülkiyyətində saxlanılmış, Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəxs parkın ərazisinə aid texniki sənədlərin hazırlanmasının təmin edilməsi və şəhərin 2011-ci il büdcəsinin gəlir və xərc proqnozlarını hazırlayarkən qeyd olunan dəyişikliyin nəzərə alınması tapşırılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsinin 20 may 2022-ci il tarixli 131 nömrəli arayışından görünür ki, Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev adına Mədəniyyət və X8 rayon İcra Hakimiyyəti başçısının 30.12.2009-cu il tarixli 208 saylı sərəncamı ilə Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansına verilmişdir. Həmin parkda yerləşən yaşıllıqlar nümayəndəliyin yaşıllıqların uçotu jurnalında qeyd edilmişdir. 2021 və 2022-ci illər üzrə parkda olan yaşıllıqların uçotu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya İdarəsinə 19.05.2022-ci il tarixdə rəsmən məlumat verilmişdir. Eyni zamanda bildirilir ki, sözügedən parkdakı yaşıllıqların uçotunun aparılması ilə bağlı Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayənədəsinə Balakən rayon İcra Hakimiyyəti başçısı tərəfindən hər hansı vəzifə həvalə olunmamışdır və bu barədə hər hansı rəsmi sərəncam verilməmişdir. Qeyd: Yaşıllıqların kadastr uçotunun aparılması barədə nümayəndəliyə heç bir idarə və təşkilat tərəfindən yazılı və yaxud da şifahi, rəsmi bildiriş daxil olmamış və məlumat verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 253-1.1.1-ci maddəsində mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən yaşıllıqların uçotu, kadastrı və monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir. «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən yaşıllıqların uçotu, kadastrı və monitorinqi yaşıllıqların növləri üzrə ayrıca aparılır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli 190 nömrəli Fərmanının 3.1-1-ci bəndinə əsasən həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 9.0.6-cı maddəsində, 12.2-ci maddəsində (birinci halda), 13.4-cü maddəsinin ikinci cümləsində, 13.5-ci maddəsinin birinci cümləsində, 13.8-ci və 14.2-ci maddələrində, 15.1-ci maddəsində (birinci halda), 16.1ci maddəsinin birinci cümləsində, 16.2-ci, 18.2-ci, 19.3-cü və 21.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Həmin Fərmanın 3.3-cü bəndinə əsasən həmin Qanunun 12.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrində yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılmasına münasibətdə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli 190 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən həmin Qanunun 12.3-cü maddəsində (birinci halda) və 16.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrindəki (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası» nın 1.4-cü bəndinə əsasən yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən yaşıllıqların uçotu və kadastrı aşağıdakı məqsədlər üçün aparılır: 2.1.1. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması; 2.1.2. yaşıllıqların sanitariyagigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi; 2.1.3. yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması; 2.1.4. yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması. Həmin Qərarın 2.2-ci bəndinə əsasən yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqram təminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmipraktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aşağıdakı ardıcıllıqla aparılır: 2.2.1. yaşıllıq əraziləri barədə məlumatlar yaşıllıqların mühafizə, torpaq, tikinti və şəhərsalma sahəsində normativ hüquqi və texniki normativ hüquqi aktlar nəzərə alınmaqla çöl tədqiqat işləri nəticəsində dəqiqləşdirilir; 2.2.2. çöl tədqiqat işləri nəticəsində yaşıllıqların növləri, ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) birillik və çoxillik olmaqla qruplara ayrılır, müvafiq yaşıllıq ərazisində olan ağacların və kolların sayı, hər birinin diametri (santimetrlə - torpaq səthindən götürülməklə), gül-çiçək və ot bitkilərinin (qazonların) kvadratmetrlə ölçüləri və bioloji inkişaf vəziyyəti araşdırılır, onların nə zaman salınması öyrənilir və ya illik həlqələrinin sayılması yolu ilə yaşı müəyyən edilir; «Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası» nın 2.4-cü bəndinə əsasən istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 566 nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrıayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Həmin Qərarın 2.5-ci bəndinə əsasən bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Yenə də həmin Qərarın 3.7-ci bəndinə əsasən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin «Qeyd» hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 253-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 253-1.1.1-ci maddəsilə düzgün tövsif edilmişdir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati xəta törətməsini vəzifəli şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 253-1.1.1-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi vəzifəli şəxslər üçün min manat miqdarında inzibati cərimə nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (bir min) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-162/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-162/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver