Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-164/2021 21.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, X2 tərəfindən verilmiş Bakı şəhəri Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən ona yazılmış cərimənin və cərimə balının silinməsinə köməklik göstərilməsi barədə ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X5 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən ona yazılmış cərimənin və cərimə balının silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş ərizə (şikayət) ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Adı çəkilən qanun normalarından göründüyü kimi protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qərardaddan şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilən qanun normalarının analogiya üzrə tətbiq edilməklə müəyyən olunur ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi göstərilmişdir. Azərbaycan Respublikası İXM-də inzibati xəta haqqında protokoldan şikayət verilməsi və protokolun ləğv edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda X2 tərəfindən inzibati xəta haqqında qərarın özü şikayət ərizəsinə əlavə edilməmişdir. İş materialları ilə Bakı şəhəri Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən X2 barəsində 31.03.2021-ci il tarixli, İXP3868891 nömrəli inzibati xəta haqqında ptorokol tərtib edilməsi ehtimal edilsə də, inzibati xəta haqqında qərarın qəbul edilib-edilməməsi aydın deyildir. X1 tərəfindən 31.03.2021-ci il tarixli, İXP3868891 nömrəli inzibati xəta haqqında ptorokol və onun əsasında tərtib olunmuş inzibati xəta haqqında qərarın özü şikayət ərizəsinə əlavə edilməmişdir. Bu da işə mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X2 tərəfindən verilmiş Bakı şəhəri Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən ona yazılmış cərimənin və cərimə balının silinməsinə köməklik göstərilməsi barədə ərizəsi (şikayəti) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub qərara aldım: X2 tərəfindən verilmiş Bakı şəhəri Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən ona yazılmış cərimənin və cərimə balının silinməsinə köməklik göstərilməsi barədə ərizəsi (şikayəti) geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-164/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-164/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver