Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-17/2022 06.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə baş inspektoru, polis mayoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahin oğlunun iştirakı ilə, xx.xx.1995-ci ildə Balakən rayonu, Tülü kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1ində yaşayan Şəxs Şahin oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim : Şəxs Şahin oğlu 05.01.2022-ci il tarixdə təxminən saat 21:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2106 markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu Qabaqçöl qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirmiş, nəticədə onun idarə etdiyi avtomobil Qaysa kənd sakini Yusubov Əli Məhəmməd oğlunun həyətində olan dəmir lövhələrə dəyib həmin dəmir lövhələri zədələmiş, nəticədə Əli Yusubova maddi ziyan dəymişdir. Şəxs Şahin oğlunun sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə baş inspektoru, polis mayoru Nümayəndə göstərdi ki, 05.01.2022-ci il tarixdə saat 21:00-radələrində Balakən rayonunun Qabaqçöl qəsəbəsində törədilmiş avtoqəza ilə bağlı onun tərəfindən araşdırma aparılmış,barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və ünvan 1i ünvanında yaşayan xx.xx.1995-ci il təvəllüdlü Şəxs Şahin oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs izahatında göstərdi ki, 05.01.2022-ci il tarixdə qohumu Mamed Puçaxova məxsus VAZ-2106 markalı ** VP *** dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu Qabaqçöl qəsəbəsində hərəkətdə olarkən yolu səhf saldığına görə düzgün manevr etməmişdir. Bu zaman onun idarə etdiyi avtomobil tanımadığı şəxsin həyətinin kənarına çəkilmiş dəmir lövhələrə çırpılmış və həmin şəxsə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs Yusubov Əli Məhəmməd oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə X6 oğlunun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs X1 rayon polis şöbəsinə verdiyi izahatında göstərmişdir ki, Balakən rayonu Qaysa kəndində yaşayır. 05.01.2022-ci il tarixdə sat 21 radələrində televizora baxan zaman çöldən güclü səs eşitdim. O,vaxt çölə çıxıb görmüşdür ki, həyətinin kənarında olan dəmir lövhələrə VAZ-2106 markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobil dəymişdir, heç kim xəsarət almamışdır. Ona dəyən ziyanı Elman tam ödəmişdir. Heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 05.01.2022-ci il tarixli 4 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs 05.01.2022-ci il tarixdə saat saat 23:00radələrində sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya –epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə , inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs Şahin oğlunun vurulmuş ziyanı könüllü ödəməsi məsuliyyəti yüngülləşdirən haldır.Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur İnzibati xəta törətmiş Şəxs Şahin oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halı və məsuliyyəti ağırlaşdırılan halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım İnzibati xəta törətmiş Şəxs Şahin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin, nəqliyyat vasitəsini idarə etmək hüququ 2(iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-17/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-17/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver