Məhkəmə qərarları › İş №3(019)-17/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-17/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-17/2024 22.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə , hüquqi ünvanı AZ1123, Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 294/Q mənzil 46 olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: 29 oktyabr 2023-cü il tarixində saat 16.30 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan və Türkiyə Respublikasının İğdır vilayətində fəaliyyət göstərən «TURKUAZ KOSMETİK VƏ KİMYA SAN.LTD.ŞTİ» şirkətindən Azərbaycan Repsublikasının Bakı şəhərində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına idxal olunan təmizlik bezi yükünü daşıyan Yıldırım İlhanın idarə etdiyi «Mersedes Benz» markalı, 27AFN906/27U7188 dölət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə «HCMG vizual SMİTH detection» rentgen qurğusunda baxış keçirilən zaman həmin nəqliyyat vasitəsinin yük yerində mal müşayiət sənədlərində göstərilən mallara uyğun olmayan şübhəli predmetlər olduğu müşahidə edilmişdir. Bu səbəbdən də «Mazımqara» gömrük postunun terminalında Türkiyə Respublikasının vətəndaşı Yıldırım İlhanın idarə etdiyi «Mersedes Benz» markalı 27AFN906/27U7188 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerinə gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisində mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olmayan 1 (bir) ədəd «LİNX 4900» markalı etiket çıxaran aparat aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən 28 dekabr 2023-cü il tarixli, 00500-00378/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 29 oktyabr 2023-cü il tarixində saat 16.30 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan və Türkiyə Respublikasının İğdır vilayətində fəaliyyət göstərən «TURKUAZ KOSMETİK VƏ KİMYA SAN.LTD.ŞTİ» şirkətindən Azərbaycan Repsublikasının Bakı şəhərində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına idxal olunan təmizlik bezi yükünü daşıyan Yıldırım İlhanın idarə etdiyi «Mersedes Benz» markalı, 27AFN906/27U7188 dölət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə «HCMG vizual SMİTH detection» rentgen qurğusunda baxış keçirilən zaman həmin nəqliyyat vasitəsinin yük yerində mal müşayiət sənədlərində göstərilən mallara uyğun olmayan şübhəli predmetlər olduğunun müşahidə edilməsi, bu səbəbdən də «Mazımqara» gömrük postunun terminalında Türkiyə Respublikasının vətəndaşı Yıldırım İlhanın idarə etdiyi «Mersedes Benz» markalı 27AFN906/27U7188 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerinə gömrük yoxlamasının həyata keçirilməsi və gömrük yoxlaması zamanı yüklərin içərisində mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olmayan 1 (bir) ədəd «LİNX 4900» markalı etiket çıxaran aparatın aşkar edilməsi iş materiallarında olan «Mazımqara» gömrük postunun rəisi X2 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova ünvanladığı xx.xx.2023-cü il tarixli raport, yoxlama və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokol, sürücü Yıldırım İlhanın izahatı, Şəxs nümayəndəsi X1 izahatı, 28 dekabr 2023-cü il tarixli 00500-00378/23 nömrəli inzibati xəta haqqında protokol, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8542-5/1595 nömrəli rəyi və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədilməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan «Mazımqara» gömrük postunun rəisi X2 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 29 oktyabr 2023-cü il tarixində saat 16.30 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan və Türkiyə Respublikasının İğdır vilayətində fəaliyyət göstərən «TURKUAZ KOSMETİK VƏ KİMYA SAN.LTD.ŞTİ» şirkətindən Azərbaycan Repsublikasının Bakı şəhərində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına idxal olunan təmizlik bezi yükünü daşıyan Yıldırım İlhanın idarə etdiyi «Mersedes Benz» markalı, 27AFN906/27U7188 dölət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə «HCMG vizual SMİTH detection» rentgen qurğusunda baxış keçirilən zaman həmin nəqliyyat vasitəsinin yük yerində mal müşayiət sənədlərində göstərilən mallara uyğun olmayan şübhəli predmetlər olduğu müşahidə edilmişdir. Bu səbəbdən də «Mazımqara» gömrük postunun terminalında Türkiyə Respublikasının vətəndaşı Yıldırım İlhanın idarə etdiyi «Mersedes Benz» markalı 27AFN906/27U7188 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerinə gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisində mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olmayan 1 (bir) ədəd «LİNX 4900» markalı etiket çıxaran aparat aşkar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli yoxlama və götürmə haqqında haqqında protokoldan görünür ki, 29 oktyabr 2023-cü il tarixində saat 16.30 radələrində gömrük yoxlaması zamanı «Mazımqara» gömrük postunun terminalında Türkiyə Respublikasının vətəndaşı Yıldırım İlhanın idarə etdiyi «Mersedes Benz» markalı 27AFN906/27U7188 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerinə gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisində mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olmayan 1 (bir) ədəd «LİNX 4900» markalı etiket çıxaran aparat aşkar edilərək götürülmüşdür. İşdə olan Mersedes Benz» markalı 27AFN906/27U7188 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücü Yıldırım İlhanın izahatı və Şəxs nümayəndəsi X1 izahatında 29 oktyabr 2023-cü il tarixində saat 16.30 radələrində gömrük yoxlaması zamanı «Mazımqara» gömrük postunun terminalında Türkiyə Respublikasının vətəndaşı Yıldırım İlhanın idarə etdiyi «Mersedes Benz» markalı 27AFN906/27U7188 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması zamanı yüklərin içərisində mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olmayan 1 (bir) ədəd «LİNX 4900» markalı etiket çıxaran aparatın aşkar edilməsi və həmin aparatın Şəxsnə məxsus olması təsdiq olunmuşdur. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 dekabr 2023-cü il tarixli 9/8542- 5/1595 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd İngiltərə istehsalı olan «LİNX 4900» markalı, EF226 seriyalı, 2007-ci il buraxılışlı etiket çıxaran aparatın istifadədə olması və üzərindəki qüsurları nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2500,00 manat müəyyən edilir; təyin «Tədqiqat hissəsi»ndə göstərilənlər nəzərə alınsa ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş –«Aşkar olunmuş 1 (bir) ədəd «LİNX 4900» markalı etiket çıxaran aparatın təyinatı nədir və hal-hazıradək işlək vəziyyətdədirmi?» məzmunlu sual məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8542-5/1595 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəisnə əsasən bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutları araşdırıb, işin hallarını və hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, o cümlədən onun maliyyə və əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat hüquqi şəxs Şəxsndən alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İXM-nin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 01 ədəd İngiltərə istehsalı olan «LİNX 4900» markalı, EF226 seriyalı, 2007-ci il buraxılışlı etiket çıxaran aparat müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin); iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat hüquqi şəxs Şəxsndən alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar