Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-171/2024 01.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sumqayıt şossesi 15 km ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 485.2-ci maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Balakən Rayon Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində 17 aprel 2024-cü il tarixli, 00500-00218/24 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Sumqayıt şossesi 15 km ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 01CTG22/01GD599 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə idxal olunan və Balakəni Gömrük İdarəsinin «Qəbələ» gömrük postuna təyinat alaraq **********6806 sorğu nömrəli gömrük bəyannaməsi üzrə rəsmiləşdirilən «Karbon dioksid qazı» yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsinin elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Həm də Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan Qəbələ gömrük postunun inspektoru X1 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova ünvanladığı xx.xx.2024-cü il tarixli raportdan, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsindən, İNVOİCE-dən, 08 yanvar 2024-cü il tarixoli çıxarış edilməsi haqqında protokoldan, Balakən Gömrük İdarəsinin rəisinin Şəxs-yə ünvanladığı 29 mart 2024-cü il tarixli 3-33-1400/2-000392/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-33-1400/2- 000413/2024 saylı məktublardan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş 17 aprel 2024-cü il tarixli, 00500-00218/24 nömrəli inzibati xəta haqqında protokoldan və işdə olan digər sənədlərdən görünür ki, həmin sübutlarla xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Sumqayıt şossesi 15 km ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 01CTG22/01GD599 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə idxal olunan və Balakəni Gömrük İdarəsinin «Qəbələ» gömrük postuna təyinat alaraq **********6806 sorğu nömrəli gömrük bəyannaməsi üzrə rəsmiləşdirilən «Karbon dioksid qazı» yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsinin elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün min manat məbləğində, hüquqi şəxslər üçün min beş yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati xəta nəticəsində hüquq şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini,hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-171/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-171/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver