Məhkəmə qərarları › İş №3(019)-172/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-172/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-172/2023 25.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, onun müdafiəçisi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1993-cü ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla Balakən şəhəri H.Əliyev prospektində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Balakən şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində keçmiş qaynanası Zərərçəkmiş şəxs sifət nahiyyəsini dırnağı ilə çırmaqlayaraq qəsdən sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən şəhəri H.Əliyev prospektində yaşayır. 2018-ci ildə Balakən şəhəri H.Əliyev prospektində keçmiş həyat yoldaşı X5 ilə birlikdə bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evini tikintisinə başlamış, 2020-ci ildə həmin evinin inşasını başa çatdırıb, Elnar ilə birlikdə evdə yaşamağa başlamışlar. 2021 -ci ilin dekabr ayında Elnar yaşadıqlarını evin torpaq sahəsini Zərərçəkmiş şəxs satdığını eşitdikdən sonra Elnardan boşanmaq qərarına gəlmişdir. 2022-ci ilin iyun ayında Balakən Rayon Məhkəməsinin qərarı ilə Elnar Sərkərovdan boşanmış, boşandıqdan sonra Elnar ilə birgə nikah dövründə tikdikləri fərdi yaşayış evinin dəyərinin bölünməsilə bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırmış, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsilə iddia qismən təmin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində, Balakən rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları Vidadi Musayev, Hikmət Darçınov, Vəkil, qayınanası Zərərçəkmiş şəxs, qaynatası Şahid2 baldızları Ellarida və Günay onun yaşadığı evin həyətinin giriş qapısının qıfılını və sonradan evin giriş qapısının çəftəsini sındırıb içəri daxil olmuşlar. Daha sonra qonşusu ona zəng vurub evinə qeyd etdiyi şəxslərin daxil olduğunu demiş, sonra anası Kəmalə Emçiyevaya zəng vurub təcili yaşadığı evinə getməsini demişdir. O özü də məktəbdən çıxıb yaşadığı evinə gəlmiş, yaşadığı evinə çatdığı vaxt valideyinləri Kəmalə Emçiyevanın atası Eldar Emçiyevin və icra və probasiya şöbəsinin əməkdaşları Vidadi Musayevin, Hikmət Darçınovin, Vəkil, qaynanası Zərərçəkmiş şəxs, qaynatası Şahid2 baldızları Ellarida və Günayın evinin içərisində olduqları görmüşdür. Onlara öz iradını bildirib və yaşadığı evini tərk etmələrini demiş, bu zaman Esmira onun saçından tutub dartdığı üçün aralarında mübahisələri yaranmış, mübahisə zamanı Esmira, Bayram, baldızları Ellarida və Günay üstünə hücum etdikləri üçün valideyinləri Kəmalə, Eldar mübahisəni sakitləşdirmək istəmiş, lakin mübahisə davam etdiyi üçün özünü müdafiə etmək məqsədilə Esmiranı əli ilə kənara itələmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs sifət nahiyyəsini dırnağı ilə çırmaqlamamış və ona qəsdən fiziki ağrı yetirməmişdir. Mübahisə icra və probasiya işçilərinin gözü qarşısında baş versə də, mübahisəni sakitləşdirmək üçün heç bir cəhd görsətməmişlər. Daha sonra özü müvazimətini itirib yerə yıxılmışdır. Himayəsində bir azyaşlı uşaq vardır. Barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşadığını, 2014-ci ildə Balakən şəhəri H.Əliyev prospektində bir sot yarım torpaq sahəsi aldıqlarını, 2018-ci ildə həmin torpaq sahəsində bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evini tikintisinə başladıqlarını, 2020-ci ildə həmin evinin inşası başa çatdırdıqdan sonra gəlini Şəfa və oğlu Elnar onlarla mübahisə etdikləri üçün inşası başa çatmış evdə yaşamaqlarına müvəqqəti icazə verdiklərini, 2021-ci ilin dekabr ayında Elnar torpaq sahəsini adına keçirmək üçün onunla alqı-satdıq etdiyini, bunu eşidən keçmiş gəlini Şəfanın oğlu Elnardan boşanmaq qərarına gəldiyini, 2022-ci ilin iyun ayında Balakən Rayon Məhkəməsinin qərarı ilə Şəfa oğlu Elnar Sərkərovdan boşandığını, boşandıqdan sonra Şəfanın onun adında olan fərdi yaşayış evinin dəyərinin bölünməsilə bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırdığını, iddianın qismən təmin edildiyini, xx.xx.2023- cü il tarixdə saat 16 radələrində, Balakən rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları Vidadi Musayevin, Hikmət Darçınovun, vəkiləri Vəkil, həyat yoldaşı Şahid2, qızları Şahid1 və Günay Hüseynovayla birlikdə Şəfanın yaşadığı evinin həyətin giriş qapısına gəldiklərini, həmin vaxt vəkilləri Nurlan və icra və probasiya şöbəsinin əməkdaşı Vidadi Musayevin, Şəfanın vəkili Ceyhun Daanova mobil telefon ilə zəng vuraraq, evə gəldiklərini, onlarında evə gəlmələrini xahiş etdiyini, bir neçə saat gözlədikdən sonra Vidadi Musayevin mobil telefona zəng olunaraq məhkəmə qərarının olduğu üçün qərarın icrası həyata keçirməsi deyildiyini, təxminən bir neçə dəqiqə sonra üzdən tanıdıqları və adını bilmədiyləri şəxsin onların olduqları yerə gələrək, Vidadinin vəkilləri Nurlanın və onların iştirakları ilə evin giriş qapısının qıfılını, sonra isə evin qapısının çəftəsini sındırdığını, daha sonra Bayram, qızları Ellarida, Günay, vəkilləri Nurlan, icra və probasiya şöbəsinin əməkdaşı Vidadi Musayevin evə daxil olaraq video çəkilişlər apararaq müvafiq akt tərtib etdiklərini, təxminən bir neçə dəqiqə sonra Şəfanın valideyinləri Eldar və Kəmalənin evə gəlib, onunla mübahisə etməyə başladıqlarını, mübahisə zamanı Eldarın onun baş nahiyyəsinə bir yumruq zərbəsi, Kəmalənin isə onun sacından tutub dartaraq ürək nahiyyəsinə bir yumruq zərbəsi vurduğunu, həmin vaxt Şəfanın evə daxil olub onun üzərinə hücum edərək, sifət nahiyyəsini dırnağı ilə çırmaqladığını, bundan sonra Şəfa, Eldar və Kəmalə tərəfindən döyülməyilə bağlı şikayət etmək üçün Balakən RPŞ-nə getdiyini bildirmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında xx.xx.2023-cü il tarixdə Balakən Rayon Məhkəməsinin manelərin aradan qaldırılması barədə icrası dərhal tələb olunan icra sənədinin xx.xx.2023-cü il tarixdə icra və probasiya şöbəsinə daxil olduğunu, icraata başlama haqqında qərar qəbul edilərək, həmin gün tərəflər Zərərçəkmiş şəxs və Şəxs vəkili Ceyhun Daanova təqdim etdiyini, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində, icra hərəkətinin həyata keçirilməsilə bağlı, tələbkar tərəf Esmiranın ailə üzüvləri olan əri Bayram, qızı Ellarida və Vəkil ilə birlikdə mübahisəli obyekdə olduqlarını, qarşı tərəfin vəkili Ceyhun Daanova zəng vuraraq icra yerinə gəlməsi barədə məlumat verdiyini, lakin Ceyhun Daanovun icra yerinə gəlməkdən imtina etdiklərini və həmin məhkəmə qərarından şikayət edəcəyini bildirdikdə, Ceyhuna qanunla həmin şikayətin hazırki icra sənədinin icraatını dayandırmadığını və borclunun iştirak etməməsinin icra hərəkətlərinin aparılmasına mane olmadığını bildirdiyini, bundan sonra məhkəmə qərarının icrası qərarda göstərilən formada, yəni Balakən şəhəri H.Əliyev prospektində yerləşən Esmira Səkərovaya məxsus 0.0150 ha torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarının, torpaq sahəsinə giriş-çıxışının yaradılmasına borclular tərəfindən yaradılmış manelərin aparılmış icra hərəkətləri nəticəsində aradan qaldırılıb torpaq sahəsinə daxil olduğunda, torpaq sahəsində bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinin olmasını müəyyən edildiyi üçün icra sənədinin icrasının mümkün olmadığını, akt tərtib edilən zaman borclu Şəfa, anası Kəmalə və atası Eldarın evə gəldiklərini, bu zaman Şəfa və Esmira arasında mübahisə yarandığını, mübahisə zamanı Şəfa və Esmiranın bir-birinə xəsarət yetirdiklərini, həmin vaxt mübahisəni Şəfanın atası Eldar və anası Kəmalə sakitləşdirməyə çalışdıqlarında, Şəfa özünü pis hiss etdiyi üçün evin həyətinə çıxıb təcili tibbi yardıma zəng vurduğunu, həmin vaxt Esmiranın həyat yoldaşı Bayram və qızları Ellarida, Günayın evin həyətində dayandıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşadığını, 2014-ci ildə Balakən şəhəri H.Əliyev prospektində bir sot yarım torpaq sahəsi aldıqlarını, 2018-ci ildə həmin torpaq sahəsində bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin tikintisinə başladıqlarını, 2020ci ildə həmin evinin inşası başa çatdırdıqdan sonra gəlini Şəfa və oğlu Elnar onlarla mübahisə etdikləri üçün inşası başa çatmış evdə yaşamaqlarına müvəqqəti icazə verdiklərini, 2021-ci ilin dekabr ayında Elnarın torpaq sahəsini adına keçirmək üçün onunla alqı-satdıq etdiyini, bunu eşidən keçmiş gəlni Şəfanın oğlu Elnardan boşanmaq qərarına gəldiyini, 2022-ci ilin iyun ayında Balakən Rayon Məhkəməsinin qərarı ilə Şəfanın oğlu Elnar Sərkərovdan boşandığını, boşandıqdan sonra Şəfanın onun adında olan fərdi yaşayış evinin dəyərinin bölünməsilə bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırdığını, iddianın qismən təmin edildiyini, xx.xx.2023- cü il tarixdə saat 16 radələrində, Balakən rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları Vidadi Musayevin, Hikmət Darçınovun, vəkiləri Vəkil, həyat yoldaşı Zərərçəkmiş şəxs, qızları Şahid1 və Günay Hüseynovayla birlikdə Şəfanın yaşadığı evinin həyətin giriş qapısına gəldiklərini, həmin vaxt vəkiləri Nurlan və icra və probasiya şöbəsinin əməkdaşı Vidadi Musayev, Şəfanın vəkili Ceyhun Daanova mobil telefon ilə zəng vuraraq, evə gəldiklərini, onlarında evə gəlmələrini xahiş etdiyini, bir neçə saat gözlədikdən sonra Vidadi Musayevin mobil telefona zəng olunaraq məhkəmə qərarı olduğu üçün qərarın icrası həyata keçirməsinin deyildiyini, təxminən bir neçə dəqiqə sonra üzdən tanıdıqları və adını bilmədiyləri şəxsin onların olduqları yerə gələrək, Vidadinin vəkilləri Nurlanın və onların iştirakları ilə evin giriş qapısının qıfılını, sonra isə evin qapısının çəftəsini sındırdığını, daha sonra Esmira, qızları Ellarida, Günay, vəkiləri Nurlanın icra və probasiya şöbəsinin əməkdaşı Vidadi Musayevin evə daxil olaraq video çəkilişlər apararaq müvafiq akt tərtib etdiklərini, təxminən bir neçə dəqiqə sonra Şəfanın valideyinləri Eldar və Kəmalənin evə gəlib, onunla mübahisə etməyə başladıqlarını, mübahisə zamanı Eldarın Esmiranın baş nahiyyəsinə bir yumruq zərbəsi, Kəmalənin isə Esmiranın sacından tutub dartaraq ürək nahiyyəsinə bir yumruq zərbəsi vurduğunu, həmin vaxt Şəfanın evə daxil olub Esmiranın üzərinə hücum edərək, sifət nahiyyəsini dırnağı ilə çırmaqladığını, bundan sonra Şəfa, Eldar və Kəmalə tərəfindən döyülməyilə bağlı Esmiranın şikayət etmək üçün Balakən RPŞ-nə getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 da Şahid2 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət-alının sağ yuxarı hissəsində qançır, sağ göz altında və sifətində sıyrıqlar-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2023-cü ildə əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 83 nömrəli rəyində göstərilmişdir ki, Şəxs müəyyən edilmiş xəsarət-sol döşü üstündə qançır-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinədən 9-11 gün əvvəl əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərarından görünür ki, Balakən şəhəri H.Əliyev prospektində yaşayan Şəxs və Balakən rayonu Qazma kənd sakini Zərərçəkmiş şəxs Bəyabala qızının şikayətləri əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221 -ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə əsasında cinayət işi başlanması rədd edilmiş, qərarın surətinin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlaməti olduğundan həmin şəxs qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin X1, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmış, qərarın surəti Şəxs və Zərərçəkmiş şəxs Bəyabala qızına göndərilməklə onlara qəbul olunmuş qərardan prokurora, yuxarı prokurora və yaxud məhkəməyə şikayət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxsın sifət nahiyyəsini dırnağı ilə çırmaqlamadığı və ona qəsdən fiziki ağrı yetirmədiyi barədə bildirdiklərinə hüquqi qiymət verərək hesab edir ki, bu məlumatlar işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxsın sifət nahiyyəsini dırnağı ilə çırmaqlayaraq ona qəsdən fiziki ağrı yetirməsi Zərərçəkmiş şəxs izahatı, şahidlər X3, Şahid2 və Şahid1 izahatları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyi, Balakən RPŞ-nin TB-nin təhqiqatçısının 05 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və sair sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə himayəsində azyaşlı uşağı olan qadın olaraq inzibati xəta törətməsini və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, himayəsində azyaşlı uşağı olan qadın olaraq inzibati xəta törətməsi və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X9 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar