Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-172/2024 22.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Balakən şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan , deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs 21 aprel 2024-cü il tarixdə saat 13:00 radələrində Balakən şəhəri M.Müşviq küçəsində narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarında qəbul etmişdir.O, həmin vaxt Balakən şəhəri M.Müşfiq küçəsi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahid ifadəsi və iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon PŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ifadəsi alınmış və Balakən şəhər sakini xx.xx.1992-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs göstərdi ki, o, ünvan 3 ünvanında yaşayır. 20 aprel 2024-cü il tarixdə axşam o spirtli içki qəbul etmiş, səhəri günü- xx.xx.2024-cü il tarixdə günorta saatlarında yenidən spirtli içki qəbul etmişdir. O,sərxoş olduğundan ucadan ünvansız nalayiq sözlər işlətmişdir.Orada olan polis əməkdaşı ona yaxınlaşmış və onu nizam-intizama dəvət etmişdir. Sonra isə həmin polis əməkdaşı onu rayon polis şöbəsinə gətirmişdir.O,narkotik vasitə qəbul etməmişdir.Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ünvan 4 ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşmış və özünü təqdim etmişdir. Bu zaman həmin şəxsin narkotik vasitənin təsiri altında olduğunu hiss etmişdir. Həmin şəxsi özü ilə birlikdə rayon Polis Şöbəsinə gətirmiş və növbətçi hissəyə təhvil vermişdir.Rayon Polis Şöbəsində bu şəxsin ünvan 5 ünvanında yaşayan Şəxs olduğu məlum olmuşdur.Bundan sonra həmin şəxs barəsində tədbir görülməsi üçün raportla rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21.04. 2024-cü il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 14:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “Uğur Med” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə sənədində göstərilmişdir ki, Şəxs sidiyində OPİ,MTD,MET və TML-neqativ, THC pozitivdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki,ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətdə cəlb edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 21 aprel 2024-cü il tarixdə saat 13:00 radələrində Balakən şəhəri M.Müşviq küçəsində narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarında qəbul etmişdir.O, həmin vaxt Balakən şəhəri M.Müşfiq küçəsi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Narkotik vasitə qəbul etməməsi barədə Şəxs məhkəmə iclasında göstərdiyi xüsusat digər sübutlarla təkzib olunduğundan sübut kimi qəbul edilmir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Balakən rayonu M.Müşfiq küçəsində gəzərkən yerdən kibrit qutusu tapmışdır. Kibrit qutusunu açmış, kibrit qutusunun içərisində narkotik vasitə olduğunu görmüşdür. O, əvvəllər narkotik vasitə istifadə etməmişdir. Həmin vaxt o, narkotik vasitə marixuananı istifadə etmiş və onu istifadə etdikdən sonra halı pisləşməyə başlamışdır. O, narkotik vasitənin təsiri altında ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan başqa işdə olan xx.xx.2024-cü il tarixli müayinə sənədi ilə müəyyən olunur ki, Şəxs sidiyində THC aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan Şəxs həmin maddə ilə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, törədilmiş xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-172/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-172/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver