Məhkəmə qərarları › İş №3(019)-175/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-175/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-175/2023 02.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, xx.xx.1946-cü il təvəllüdlü, Azerbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: 10 mart 2023-cü il tarixində Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına Şəxs (GÖÖEN #**********) ünvanına idxal olunan 300 kg mebel yükü gətirən Bolqarıstan Respublikası vətəndaşı X2 idarə etdiyi “MERCEDES-BENZ 1844” markalı, CB2650PC/CT4585EH dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Mazımqara” gömrük postunda "VAİS" sistemində qeydiyyata alındıqdan sonra “HCVG vizual SMİTH détection” rentgen yoxlama baxış sistemindən keçməsi üçün sürücü avtomobili qurğunun konteynerinə sürmüş, sürücü yük müşayət sənədlərini gömrük əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsi skan edilmişdir. Avtomobil skan olunduqdan sonra yük müşayiət sənədində göstərilən malların siyahısı ilə monitordakı görüntü arasında eyniləşdirmə aparılmış və bu zaman manitorda yük müşayiət sənədlərində göstərilən mallara uyğun olmayan predmetin olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də “Mazımqara” gömrük postunun terminalında “MERCEDES-BENZ 1844” markalı, CB2650PC/CT4585EH dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı yük müşayiət sənədlərində göstərilməyən,yəni gömrük orqanına bəyan olunmayan üzərində 1 (bir) ədəd üzərində “TWİNS cabernet souvignor & cabernet souvignon 0.75 İ” markalanma yazısı çaxır, 1 (bir) ədəd üzərinds “SLİVENSKA PERLA 0.5 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərinds “X3 1 İ” markalanma yazısı olan tekila, 1 (bir) ədəd üzərinds “MERUL estate sélection 2015 thracian valley 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “KATARZYNA question mark 2013 0.75 İ” markalanma yazısı olar çaxır, 1 (bir) ədəd üzərində “MİDALİDARE cabernet sauvignon & petit verdot 0.75 İ markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “RESERVE ORNAMENT caberne Franc 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “X1 2016 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Metaxa th( original greek spirit 70 cl” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Martini l'aperitivo 11” markalanma yazısı olan içki, 1 (bir) ədəd 1.5 litrlik plastik qabda qablaşdırılmış kustar üsülla hazırlanmış çaxır aşkar edilmiş, aşkar olunmuş hüquqpozma predmeti protokol əsasında götürül, bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 17 aprel 2023-cü il tarixli, 11000- 01751/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə teleqramla müraciət edərək, 02 may 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı verdiyi izahatını təsdiq etdiyini bildirmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 02 dekabr 2022-ci il tarixində Türkiyə və Gürcüstanı tranzit keçməklə Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına Şəxs (GÖÖEN #**********) ünvanına idxal olunan 300 kg mebel yükü gətirən Bolqarıstan Respublikası vətəndaşı X2 idarə etdiyi “Mersedes-Benz” markalı, CB2650PC/CT4585EH qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirilərkən gömrük orqanına bəyan olunmayan üzərində 1 (bir) ədəd üzərində “TWİNS cabernet souvignor & cabernet souvignon 0.75 İ” markalanma yazısı çaxır, 1 (bir) ədəd üzərinds “SLİVENSKA PERLA 0.5 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərinds “X3 1 İ” markalanma yazısı olan tekila, 1 (bir) ədəd üzərinds “MERUL estate sélection 2015 thracian valley 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “KATARZYNA question mark 2013 0.75 İ” markalanma yazısı olar çaxır, 1 (bir) ədəd üzərində “MİDALİDARE cabernet sauvignon & petit verdot 0.75 İ markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “RESERVE ORNAMENT caberne Franc 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “X1 2016 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Metaxa th (original greek spirit 70 cl” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Martini l'aperitivo 11” markalanma yazısı olan içki və 1 (bir) ədəd 1.5 litrlik plastik qabda qablaşdırılmış kustar üsülla hazırlanmış çaxırın aşkar edilməsi iş materiallarında olan «Mazımqara» gömrük postunun rəisinin xx.xx.2023-ci il tarixli raportu, çıxarış edilməsi haqqında xx.xx.2023-ci il tarixli protokol, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 13 mart 2023-ci il tarixli qərardad, məhkəmə-əmttəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2149 №-li rəyi və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXMnin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, iş matertiallarından görünür ki, 10 mart 2023-cü il tarixində Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına Şəxs (GÖÖEN #**********) ünvanına idxal olunan 300 kg mebel yükü gətirən Bolqarıstan Respublikası vətəndaşı X2 idarə etdiyi “MERCEDES-BENZ 1844” markalı, CB2650PC/CT4585EH dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Mazımqara” gömrük postunda "VAİS" sistemində qeydiyyata alındıqdan sonra “HCVG vizual SMİTH détection” rentgen yoxlama baxış sistemindən keçməsi üçün sürücü avtomobili qurğunun konteynerinə sürmüşdür. Sürücü yük müşayət sənədlərini gömrük əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsi skan edilmişdir. Avtomobil skan olunduqdan sonra yük müşayət sənədində göstərilən malların siyahısı ilə monitor'dakı görüntü arasında eyniləşdirmə aparılmış və bu zaman manitorda yük müşayət sənədlərində göstərilən mallara uyğun olmayan predmetin olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də “Mazımqara” gömrük postunun terminalında “MERCEDES- BENZ 1844” markalı, CB2650PC/CT4585EH dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı yük müşayiət sənədlərində göstərilməyən, yəni gömrük orqanına bəyan olunmayan üzərində 1 (bir) ədəd üzərində “TWİNS cabernet souvignor & cabernet souvignon 0.75 İ” markalanma yazısı çaxır, 1 (bir) ədəd üzərinds “SLİVENSKA PERLA 0.5 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərinds “X3 1 İ” markalanma yazısı olan tekila, 1 (bir) ədəd üzərinds “MERUL estate sélection 2015 thracian valley 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “KATARZYNA question mark 2013 0.75 İ” markalanma yazısı olar çaxır, 1 (bir) ədəd üzərində “MİDALİDARE cabernet sauvignon & petit verdot 0.75 İ markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “RESERVE ORNAMENT caberne Franc 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “X1 2016 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Metaxa th( original greek spirit 70 cl” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Martini l'aperitivo 11” markalanma yazısı olan içki, 1 (bir) ədəd 1.5 litrlik plastik qabda qablaşdırılmış kustar üsülla hazırlanmış çaxır aşkar edildi. Aşkar olunmuş hüquqpozma predmeti protokol əsasında götürüldü. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısına verdiyi izahatında ona gələn yükün arasında gömrük orqanına bəyan olunmayan üzərində 1 (bir) ədəd üzərində “TWİNS cabernet souvignor & cabernet souvignon 0.75 İ” markalanma yazısı çaxır, 1 (bir) ədəd üzərinds “SLİVENSKA PERLA 0.5 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərinds “X3 1 İ” markalanma yazısı olan tekila, 1 (bir) ədəd üzərinds “MERUL estate sélection 2015 thracian valley 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “KATARZYNA question mark 2013 0.75 İ” markalanma yazısı olar çaxır, 1 (bir) ədəd üzərində “MİDALİDARE cabernet sauvignon & petit verdot 0.75 İ markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “RESERVE ORNAMENT caberne Franc 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “X1 2016 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Metaxa th( original greek spirit 70 cl” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Martini l'aperitivo 11” markalanma yazısı olan içki və 1 (bir) ədəd 1.5 litrlik plastik qabda qablaşdırılmış kustar üsülla hazırlanmış çaxırın aşkar edildiyini etiraf edərək, aşkar edilmiş spirtli içkilərin siyahıya alınmamasından onun xəbərinin olmadığını, gömrük qaydalarının pozulduğunu bildiyini, həmin malların müsadirə olunmasını etiraz etmədiyini bildirib, digər məişət əşyalarını götürməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2023-cü il tarixli, 9/2149 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş fotoşəkillərə əsasən 11 adda alkoqollu içkilərin ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 251,00 manat müəyyən edilir. Həmin alkoqollu içkilərin ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 04 aprel 2023-cü il tarixli, 9/2149 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutları araşdırıb, işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsində saxlanılan 1 (bir) ədəd üzərində “TWİNS cabernet souvignor & cabernet souvignon 0.75 İ” markalanma yazısı çaxır, 1 (bir) ədəd üzərinds “SLİVENSKA PERLA 0.5 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərinds “X3 1 İ” markalanma yazısı olan tekila, 1 (bir) ədəd üzərinds “MERUL estate sélection 2015 thracian valley 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “KATARZYNA question mark 2013 0.75 İ” markalanma yazısı olar çaxır, 1 (bir) ədəd üzərində “MİDALİDARE cabernet sauvignon & petit verdot 0.75 İ markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “RESERVE ORNAMENT caberne Franc 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “X1 2016 0.75 İ” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Metaxa th( original greek spirit 70 cl” markalanma yazısı olan çaxır, 1 (bir) ədəd üzərində “Martini l'aperitivo 11” markalanma yazısı olan içki və 1 (bir) ədəd 1.5 litrlik plastik qabda qablaşdırılmış kustar üsülla hazırlanmış çaxır müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlət mülkiyyətinə keçirilsin); iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar