Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-18/2022 21.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi ilə Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 Balakən Rayon Polis Şöbəsinin 25.02.2021-ci il tarixli MN №1016029 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsinə iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Polis Şöbəsinin MN №1016029 nömrəli, 25.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi təqsirli bilinib 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 Rayon Polis Şöbəsinin MN №1016029 nömrəli, 25.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, eyni zamanda vəsatət verərək qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Onun şikayəti 10 yanvar 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. X1 Rayon Polis Şöbəsinin MN №1016029 nömrəli, 25.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatətini onunla əsaslandırmışdır ki, o, barəsində qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN №1016029 nömrəli 25.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolu və qərarı almamışdır. Bu barədə elektron ödəniş portalında sorğu etdiyi zaman xəbər tutmuşdur. Barəsində yazılmış protokol və qərarı 2022ci ilin yanvar ayının 05-də özü Polis Şöbəsindən almışdır. Ona görə də ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O,məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini göstərmişdir. Vəsatətə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətinə və işdə olan sənədlərə baxaraq hesab edirəm ki, X2 şikayət vermə müddətinin bərpası barədə vəsatəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayətinə Balakən Rayon Polis Şöbəsinin 25.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqında protokolunu və 25.02.2021-ci il tarixli MN №1016029 nömrəli inzibati tənbeh vermə haqqında qərarını əlavə etmişdir.O, həmin protokolu və qərarı 05 yanvar 2022-ci il tarixdə aldığını göstərsə də bunu təsdiq edən sübutu ərizəsinə əlavə etməmişdir. Eyni zamanda o şikayət vermə müddətini üzürlü səbəbdən buraxmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İşin hallarını, İnzibati Xətalar Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edirəm ki,barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Balakən Rayon Polis Şöbəsinin 25.02.2021-ci il tarixli MN №1016029 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386-cı maddəsini rəhbər tutub məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Balakən Rayon Polis Şöbəsinin 25.02.2021-ci il tarixli MN №1016029 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-18/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-18/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver