Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-18/2025 07.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Protokol tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsi Balakən rayonu yol patrul xidməti inspektoru, polis serjantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Balakən şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsilə Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Baş Dövlət Yol Polisi İdarəsi Balakən rayonu yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Balakən şəhəri A.Daanov küçəsində velosipedlə hərəkətdə olarkən yolun kənarında dayanmış nəqliyyat vasitəsinə dəymiş, nəticədə Zərərçəkmiş şəxs məxsus Hyundai Elantra markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomaşına zərər dəymişdir. Məhkəmə iclasında protokol tərtib etmiş yol patrul xidməti inspektoru X1 Yusif Seyfullah oğlunun Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini, inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, 31 dekabr 2024-cü il tarixdə özünə məxsus olan velosipedlə hərəkətdə olduğu zaman yolun əks istiqamətində dayanmış Hyundai markalı maşına vurmuşdur. Hadisə vaxtı hava qaranlıq olmuş, qarşıdan maşın gəldiyindən onunla toqquşmamaq üçün sağa tərəf yönəlmiş, Hyundai markalı maşının ön qanad (krılo) hissəsinə dəymişdir. Hadisə zamanı xəsarət almamışdır. Ona münasibətdə qanuni qərarın çıxarılmasını xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Hazırki işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP6955528 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində durma qaydalarını pozmağa görə İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamə yol vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 10TY276 qeydiyyat nişanlı HYUNDAİ ELANTRA MİNİK markalı avtomaşın xx.xx.2025-ci il saat 11:00-dək idarə oluna bilər. Hadisə anını əks etdirən videogörüntüdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:58:54 radələrində Balakən şəhəri A.Daanov küçəsində velosipedlə hərəkətdə olarkən yolun kənarında dayanmış nəqliyyat vasitəsinə dəymiş, qarşıdan gələn avtomobil isə təxminən 30 saniyə sonra ora çatmışdır. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. 338.4-cü maddəsinə əsasən velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında bildirdiyi Zərərçəkmiş şəxs durma qaydalarını pozması, hadisə vaxtı hava qaranlıq olması, qarşıdan maşın gəlməsi inzibati məsuliyyətdən azad edilməi əsas deyildir. Belə ki, videogörüntüdən də görünür ki, hadisə vaxtı ərazi işıqlı olmuş, qarşıdan gələn maşın isə bir neçə saniyədən sonra ora çatmış, buna görə də həmin maşınla toqquşmamaq üçün sağa tərəf yönəlməsi ilə bağlı dəlili də əsassızdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməli İXMnin 338.7-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-18/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-18/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver