Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-180/2023 22.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə X4 Balakən Rayon Yol Patrul Xidməti inspektoru X11 06 mart 2023-cü il tarixli TP- 5605431 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 RPŞ-nin Yol-Patrul Xidmətinin inspektoru X11 06 mart 2023-cü il tarixli TP- 5605431 nömrəli qərarından ştikayət verərək, Balakən RPŞ-nin Yol-Patrul Xidmətinin inspektoru X11 barəsində verdiyi 06 mart 2023-cü il tarixli TP-5605431 nömrəli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətə əlavə verərək 06 mart 2023-cü il tarixli TP-5605431 nömrəli qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, o, etibarnamə əsasında VAZ-2106 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşını idarə edir. Həmin avtomaşını o, 2022-ci ilin oktyabr ayında baş etibarnamə əsasında almışdır. Avtomaşının texniki pasportu və onun sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, yaşadığı Balakən rayonu Sarıbulaq kəndinin Qabaqçöl-Balakən yolu ilə saatda 40-50 km sürətlə gəlmişdir. Balakən rayonu Talalar kəndi ərazisində onu Balakən RPŞ-nin X20 X18 Xidmətinin inspektoru X2. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2 2 maddəsi ilə Protokol tərtib etmişdir. Barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 342.2.2 maddəsi ilə çıxarılmış TP-5605431 nömrəli qərardan və İXP ******* nömrəli Protokoldan və İnzibati Xəta haqqında TP-5605431 nömrəli qərardan İXP ******* nömrəli Protokoldan narazıdır. Qərar qanunsuz və əsassızdır. Aşağıdakılara əsasən ləğv edilməlidir. l)Belə ki, TP-5605431 nömrəli qərarda qeyd olunur ki, o, təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitələrini idarə etməyə görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normatik tələblər pozulmaqla avadanlığın quraşdırılması qeyd olunmuşdur. Birincisi, o, təhlükəsizlik kəmərini taxmışdır. İkincisi, onun avtomaşında heç bir əlavə avadanlıq quraşdırılmayıb. Onun avtomaşınında heç bir əlavə avadanlıq quraşdırmadığı halda Balakən RPŞ Yol Patrul Xidmətinin əməkdaşları onun avtomaşınını Balakən RPŞnin həyətinə apardılar. 4 saat saxladıqdan və o, 102 xidmətinə zəng etdikdən sonra buraxdılar. Odur ki, o, AR İXM-nin 329.1 və 342.2.2 maddəsi ilə özünü təqsirli bilmir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, X20 Bölməsinə dəfələrlə şikayət edib barəsində çıxarılmış İXM 329.1 və 324.2.2 maddələri ilə olan qərarı tələb etsə də, həmin qərarı ona verməmişlər. O, rəsmi məktubla müraciət edəndən sonra qərarı ona poçt vasitəsi ilə göndərdilər. Balakən RPŞ-nin Yol Polisi inspektoru X11 xx.xx.2023-cü il tarixli qərarını xx.xx.2023-cü il tarixində almışdır. Həmin vaxtdan 10 gün müddətinə şikayət vermək hüququ vardır. Məhkəmə iclasında X8 şikayətini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin olunmasını, Balakən Rayon Yol Patrul Xidməti inspektoru X11 06 mart 2023-cü il tarixli TP-5605431 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinə, Balakən Rayon Polis X16 Xidməti inspektoru X14 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, polis şöbəsinin nümayəndəsi, X15 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış həmin şəxlərrin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Polis X16 Xidməti inspektoru X11 X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə bağlı inzibati xəta haqqında 06 mart 2023-cü il tarixli TP-5605431 nömrəli qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Balakən Rayon Polis X16 Xidməti inspektoru X11 xx.xx.2023cü il tarixli, TP5605431 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, X4 idarə etdiyi VAZ-2106 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşın saxlanması üçün xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin duracağına qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, X3 Mansur Məhəmməd oğluna VAZ- 2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək barədə etibarnamə vermiş və etibarnamədə onun 6 ay 25 gün müddətinə verilməsi və xx.xx.2023-cü il tarixədək qüvvədə olması göstərilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə həmin Məcəllənin 342.2.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarına əsasən X4 06 mart 2023-cü il tarixdə saat 18.26-da VAZ-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etməsi, nəqliyyat vasitəsinə avadanlıq quraşdırması və ya dəyişdirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı müəyyən olunmur. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X16 Xidməti inspektoru X15 tərəfindən də X4 06 mart 2023-cü il tarixdə saat 18.26-da VAZ-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etməsi, nəqliyyat vasitəsinə avadanlıq quraşdırması və ya dəyişdirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsini təsdiq edən hər hansı mötəbər sübut; şahidlərin izahatları,xüsusi texniki vasitənin göstəricisi və sair sübut əldə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Hətta həmin vəzifəli şəxs tərəfindən ehtimal olunan bu xəta hadisəsinin baş verməsini təsdiq edən qanunun tələblərinə cavab verən xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntü belə məhkəməyə təqdim olunmamışdır. Belə olan halda hesab edirəm ki, X4 06 mart 2023-cü il tarixdə saat 18.26-da VAZ-2106 markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etməsi, nəqliyyat vasitəsinə avadanlıq quraşdırması və ya dəyişdirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli olması müəyyən edilmir. Lakin bütun bunlara baxmayaraq, heç bir mötəbər sübut olmadan Balakən Rayon Polis X16 Xidməti inspektoru X15 tərəfindən əsassız olaraq X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və 06 mart 2023-cü il tarixli, TP5605431 inzibati xəta haqqında qərarla Mansur Muradov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlar Balakən Rayon Polis X16 Xidməti inspektoru X11 X4 barəsində qəbul etdiyi 06 mart 2023-cü il tarixli, TP5605431 inzibati xəta haqqında qərarın tamamilə qanunsuz və əsassız olduğunu göstərir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, yekun olaraq bu nəticəyə gəlirəm ki, X4 şikayəti təmin edilməli, Balakən Rayon Polis X16 Xidməti inspektoru X11 X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə inzibati xəta haqqında 06 mart 2023-cü il tarixli, TP5605431 nömrəli qərarı ləğv edilməli, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcələnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar oldluqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:…134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında… Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,105.1, 109.2, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X4 şikayəti təmin edilsin. Balakən Rayon Polis X16 Xidməti inspektoru X11 X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə inzibati xəta haqqında 06 mart 2023-cü il tarixli, TP5605431 nömrəli qərarı ləğv edilsin; X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-180/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-180/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver