Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-182/2021 26.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Balakən rayonu Qabaqçöl bələdiyyəsinin nümayəndəsi-sədri X4 iştirakı ilə Balakən rayonu Qabaqçöl bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsinin baş əmək müfəttişi Nümayəndə2 tərəfindən Balakən rayonu Qabaqçöl bələdiyyəsi barəsində Şahid Balakən rayon Qabaqçöl bələdiyyəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 25 iyun 2021-ci il tarixli, MN seriyalı, 1053002№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Balakən rayon Qabaqçöl bələdiyyəsinin nümayəndəsi-sədri X6 izahatında göstərmişdir ki, Şahid ilə Balakən rayon Qabaqçöl bələdiyyəsi arasında bələdiyyəyə aid maliyyə hesabatlarının uçotunun aparılması və həmin məsələ ilə bağlı digər lazımı işlərin görülməsi məqsədi ilə 01 may 2019-cu il tarixdə 6 (altı) ay müddətinə xidməti müqaviləsi bağlanmışdır. Xidmət müqaviləsinin müddəti 01 noyabr 2019-cu il tarixdə bitmiş və Şahid ilə həmin işlərin görülməsi məqsədi ilə 01 fevral 2020-ci il tarixinədək növbəti xidmət müqaviləsi bağlanmışdır. Şahid Balakən rayon Qabaqçöl bələdiyyəsinin sədrinin 01 fevral 2020-ci il tarixli, 01 nömrəli əmrinə əsasən Balakən rayon Qabaqçöl bələdiyyəsində mühasib vəzifəsinə təyin edilmiş və sonuncu ilə 01 fevral 2021-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır. 01 fevral 2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün Balakən rayon Qabaqçöl bələdiyyəsinin sədrinin 01 fevral 2021-ci il tarixli, 01 nömrəli əmrinə əsasən Şahid yenidən Balakən rayon Qabaqçöl bələdiyyəsində mühasib vəzifəsinə təyin edilmiş və sonuncu ilə 01 fevral 2022-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır. Şahid ilə bağlanmış əmək müqaviləsinə əsasən ona vaxtı-vaxtında əmək haqqı ödənilmiş və məcburi dövlət sosial siğorta haqqı məbləği müvafiq hesaba köçürülmüşdür. 2021-ci ilin iyun ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsinin əməkdaşlarının apardığı yoxlama zamanı məlum olmuşdur ki, Şahid ilə bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsinin əməkdaşları 05 iyul 2021-ci il tarixdə onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 3.000 (üç min) manat inzibati cərimə etmişlər. Daha sonradan ona məlum olmuşdur ki, X7 Xidməti Qax regional ərazi şöbəsinin əməkdaşları Balakən rayon Qabaqçöl bələdiyyəsi barəsində də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi adı altında 25 iyun 2021-ci il tarixdə, MN seriyalı ******* nömrəli protokol tərtib edərək, baxılması üçün aidiyyatı üzrə Balakən Rayon Məhkəməsinə göndərmişlər. Hazırki iş üzrə məhkəmə prosesinin gedişatında, yəni 15 iyul 2021-ci il tarixdə Şahid ilə bağlanmış əmək müqaviləsi barədə məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. Hesab edir ki, Balakən rayon Qabaqçöl bələdiyyəsinin sədrinin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati cərimə olunması və hazırda baxılan protokolun tərtib olunmasına əsas olmuş Şahid ilə bağlanmış əmək müqaviləsi barədə məlumatların elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi səbəbindən Balakən rayon Qabaqçöl bələdiyyəsi barəsində aparılan inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsinin baş əmək müfəttişi Nümayəndə2, Balakən rayon Qabaqçöl bələdiyyəsinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Balakən rayon Qabaqçöl bələdiyyəsi barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 192.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Balakən rayon Qabaqçöl bələdiyyəsi Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Balakən rayon Qabaqçöl bələdiyyəsi barəsində qanuni tədbir görülməsini xahiş etmişdir Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Balakən rayonu Qabaqçöl bələdiyyəsinin nümayəndəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədlərə hüquqi qiymət verməklə hesab edir ki, inzibati xəta tərkibinin olmaması əsası ilə hazırki başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Bakalavr diplomu”ndan görünür ki, Şahid Bakı Dövlət Universitetində, Dövlət Attestasiya komissiyasının 04 iyul 2018-ci il tarixli qərarı ilə “Coğrafiya” ixtisası üzrə bakalvar ali peşə-ixtisas dərəcəsi”ni almışdır. İş materiallarında olan “Xidmət göstərilməsi haqqında müqavilədən” görünür ki, Şahid ilə Balakən rayon Qabaqçöl bələdiyyəsi arasında bələdiyyəyə aid maliyyə hesabatlarının uçotunun aparılması və həmin məsələ ilə bağlı digər lazımı işlərin görülməsi məqsədi ilə 01 may 2019-cu il tarixdə 6 (altı) ay müddətinə xidməti müqavilə bağlanmışdır. İş materiallarında olan “Xidmət göstərilməsi haqqında müqavilədən” görünür ki, Şahid ilə Balakən rayon Qabaqçöl bələdiyyəsi arasında bələdiyyəyə aid maliyyə hesabatlarının uçotunun aparılması və həmin məsələ ilə bağlı digər lazımı işlərin görülməsi məqsədi ilə 01 noyabr 2019-cu il tarixdə 3 (ay) ay müddətinə xidməti müqavilə bağlanmışdır. İş materialarında olan, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 01.02.2020-ci il 1№-li əmrinin surətindən görünür ki, Şahid 01.02.2020-ci il tarixindən Balakən rayonu Qabaqçöl bələdiyyəsinin mühasibi vəzifəsinə təyin edilmişdir. İş materialarında olan, 01 fevral 2020-ci il tarixli ““Əmək müqaviləsi”nin surətindən görünür ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsi ilə Şahid arasında sonuncunun bələdiyyənin mühasibi vəzifəsini icra etməsi məqsədi ilə 01 fevral 2021-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır. İş materialarında olan, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 01.02.2021-ci il 1№-li əmrinin surətindən görünür ki, Şahid 01.02.2021-ci il tarixindən Balakən rayonu Qabaqçöl bələdiyyəsinin mühasibi vəzifəsinə təyin edilmişdir. İş materialarında olan, 01 fevral 2021-ci il tarixli “Əmək müqaviləsi”nin surətindən görünür ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsi ilə Şahid arasında sonuncunun bələdiyyənin mühasibi vəzifəsini icra etməsi məqsədi ilə 01 fevral 2022-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsi ilə Şahid arasında bağlanmış 01.02.2021-ci il tarixli əmək müqaviləsi barədə məlumatlar elektron informasiya sisteminə 15 iyul 2021-ci il tarixdə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsinin rəisi X5 inzibati tənbeh vermə haqqında 05 iyul 2021-ci il tarixli, ******* №-li qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materillarında olan Balakən rayonu Qabaqçöl bələdiyyəsinin 16 yanvar 2020-ci il tarixli, 01 saylı protokolundan çıxarışdan görünür ki, X1 rayonu Qabaqçöl bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan “Əmək haqqının hesablanmasının qeydiyyat kitab”larından və “Əmək haqqı hesablama” cədvəlinin surətlərindən görünür ki, Şahid fəaliyyət göstərdiyi dövrdə əmək haqqı hesablanmışdır. İş materiallarında olan “Hesabdan çıxarış”dan görünür ki, Şahid kart hesabına 2019-cu ilin noyabr ayından 2021-ci ilin iyul ayınadək müxətlif vaxtlarda əmək haqqı ödənilmişdir. İş materiallarında olan Balakən rayonu Qabaqçöl bələdiyyəsinin sədrinə ünvanlanmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 14 iyul 2021-ci il tarixli, **********742000 nömrəli arayışında qeyd olunur ki, vergi orqanının uçot baza məlumatlarına və tərəfindən təqdim olunan bəyannamə məlumatlarına əsasən Balakən rayonu Qabaqçöl bələdiyyəsində əmək müqaviləsi əsasında muzdla çalışan işçi X2 (FİNxxxxxxx; SSN**********865) adına 2019cu il ərzində mək haqqı və məcburi dövlət sosial siğorta haqqı hesablanmamışdır. 2020-ci il ərzində işçi Şahid adına aylıq 250 manat olmaqla 3000 manat əmək haqqı və əmək haqqı məbləğinə müvafiq olaraq 750 manat məcburi dövlət sosial siğorta haqqı məbləği hesablanmışdır. Arayış Balakən Rayon Məhkəməsinə təqdim etmək üçün verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-2-ci maddisənə əsasən, bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunan 3 (üç) hala görə inzibati xəta tərkibinin olmaması əsası ilə hazırki İXM-nin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: İ. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsinin iddia etdiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı Balakən rayonu Qabaqçöl bələdiyyəsinin sədri X6 törətmiş və o, X7 Xidməti Qax regional ərazi şöbəsinin rəisi X5 inzibati tənbeh vermə haqqında 05 iyul 2021-ci il tarixli, ******* №-li qərarı ilə 3000 (üç min) manat cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qax regional ərazi şöbəsi tərəfindən həm də Balakən rayonu Qabaqçöl bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati törətməsi adı altında protokol tərtib edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırda iddia olunan inzibati xətanı ya vəzifəli şəxs olan Balakən rayonu Qabaqçöl bələdiyyəsinin sədri X6, ya da hüquqi şəxs olan Balakən rayonu Qabaqçöl bələdiyyəsi törədə bilər. Hər iki şəxsin eyni bir hərəkət görə inzibati məsuliyyətə cəlb edilməsi qanunçuluq və ədalətlilik prinsiplərinə ziddir. İİ. Yenə də iş materiallarından aydın olur ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsi 2020-ci il ərzində işçi Şahid adına aylıq 250 manat olmaqla 3000 manat əmək haqqı və əmək haqqı məbləğinə müvafiq olaraq 750 manat məcburi dövlət sosial siğorta haqqı məbləği ödəmişdir. Bu hal isə ona dəlalət edir ki, həm Dövlət Vergi Xidmətinin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların Şahid Balakən rayonu Qabaqçöl bələdiyyəsində mühasib vəzifəsini icra etməsindən xəbəri olmuş, lakin əmək müqaviləsi barədə məlumatların elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi sonuncudan tələb edilməmiş və yaxud bu barədə xəbərdar edilməmişdir. Həmçinin Balakən rayonu Qabaqçöl bələdiyyəsi həmin şəxslə yazılı müqavilə bağlamaqla, həmin işçinin əmək haqqını və məcburi dövlət sosial sığorta haqqı məbləğini ödəməklə, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsində hər hansı qəsdi olmamışdır. Yəni onun əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olmamışdır. İİİ. İş materiallarından məlum olur ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsi ilə Şahid arasında arasında bağalanmış 01.02.2021-ci il tarixli əmək müqaviləsi barədə məlumatlar elektron informasiya sisteminə 15 iyul 2021-ci il tarixdə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. Bu isə onu deməyə əsas verir ki, hətta belə bir inzibati xəta mövcud olmuş idisə belə, hazırda həmin pozuntu aradan qaldırılmış, yəni şərait dəyişmişdir. İşin bu halı da iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şəraitin dəyişməsi əsası ilə inzibati məsuliyyətdən azad etmə nəzərdə tutulmadığı üçün hazırki işdə qanunvericilik norması kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74cü maddəsi analogya üzrə tətbiq edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Repsublikasının Konsitusiya Qanununun 13.1-ci maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Məcəllənini 13.2-ci maddəsinə əsasən, əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Həmin Məcəllənini13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsində hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları mövcud olmadığı üçün, həmin qanun normasının analogiya üzrə tətbiqinə mane olan hal mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, inzibati xəta tərkibinin olmaması əsası ilə Balakən rayonu Qabaqçöl bələdiyyəsi barəsində Azərbaycan Respublikası İXM-nin 192-1ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Balakən rayonu Qabaqçöl bələdiyyəsi inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1, 38, 53, 105.1, 112-114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati xəta tərkibinin olmaması əsası ilə Balakən rayonu Qabaqçöl bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin . Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində bu qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Balakən Rayon Məhkəməsinin hakimi:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-182/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-182/2021
26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver