Məhkəmə qərarları › İş №3(019)-185/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-185/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-185/2022 14.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, Zərərçəkmiş şəxsy qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-766/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 03 may 2018-ci il tarixdən başlayaraq 12 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 27 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxsy qızına ödəməlidir.O,alimenti ödəməmiş, onun 1668 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşagıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-766/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 03 may 2018-ci il tarixdən başlayaraq 12 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 27 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxsy qızına ödəməlidir.O,alimenti ödəməmiş, onun aliment borcu yaranmışdır.O, aliment borcundan ödənişlər etmiş,hazırda onun 1668 manat borcu qalmışdır. Qalan aliment borcunu birdəfəyə ödəyə bilmir,lakin hissə-hissə ödəyəcəkdir.Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxsy qızı göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-766/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 03 may 2018-ci il tarixdən başlayaraq 12 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 27 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxsy qızına ödəməlidir. O,alimenti vaxtında ödəməmiş,onun 1668 manat aliment borcu qalmışdır. O,borcunun tam ödənməsini tələb edir. Şəxs şikayətçidir, onun barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş edir. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-799/2018 nömrəli xx.xx.2081-ci il tarixli icra sənədindən görünür ki, Şəxs həmin icra sənədinə əsasən Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-766/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 03 may 2018-ci il tarixdən başlayaraq 12 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 27 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxsy qızına ödəməlidir. İş materiallarından görünür ki, Şəxs aliment borcunun ödənməsi ilə bağlı xəbərdarlıq edilməsinə, izahatı alınmasına baxmayaraq aliment borcunu ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 14 iyul 2022-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar