Məhkəmə qərarları › İş №3(019)-186/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-186/2022

21.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-186/2022 21.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Hüseynağa qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, subay , işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri H.Aslanov küçəsi ev 10-da yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Camal oğlu Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 nömrəli 09.07.2018-ci il tarixli icra sənədinə əsasən 01.03.2018-ci il tarixdən başlayaraq 15.08.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (yüz on ) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir. O qərəzli olaraq alimenti ödəməmiş, onun 3940 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi onun etirafedici ifadəsi, icra məmurunun ifadəsi və iş materiallarında olan sənədlərlə aşagıdakı qaydada tam təsdiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə göstərdi ki, Omarov X3 Rayon Məhkəməsinin 2(019)-481/2018 nömrəli 09.07.2018-ci il tarixli icra sənədinə əsasən 01.03.2018-ci il tarixdən başlayaraq 15.08. 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (yüz on ) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir . Şəxs alimenti ödəməmiş, hazırda onun 3940 manat aliment borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış,əksinə qaçıb gizlənmişdir. Onun barəsində axtarış elan edilmiş, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Balakən rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Hazırda da o alimenti qərəzli olaraq ödəmir. Odur ki,onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)- 481/2018 nömrəli 09.07.2018-ci il tarixli icra sənədinə əsasən 01.03.2018-ci il tarixdən başlayaraq 15.08.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (yüz on ) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir .İşləmədiyi, maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmişdir. Gələcəkdə hissə-hissə aliment borcunu ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Omarov X3 Rayon Məhkəməsinin 2(019)-481/2018 nömrəli 09.07.2018-ci il tarixli icra sənədinə əsasən 01.03.2018-ci il tarixdən başlayaraq 15.08. 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (yüz on ) manat sabit pul məbləğində alimenti ona ödəməlidir . Şəxs alimenti ödəməmiş, hazırda onun 3940 manat aliment borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış,əksinə qaçıb gizlənmişdir. Hazırda da o alimenti qərəzli olaraq ödəmir. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 nömrəli 09.07.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 01.03.2018-ci il tarixdən başlayaraq 15.08. 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (yüz on ) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs verməlidir. İş materiallarından görünür ki, 2(019)-481/2018 nömrəli 09.07.2018-ci il tarixli icra sənədi icraya yönəldilmişdir. Həmin icra sənədi Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata qəbul edilmiş, borcluya könüllü icra üçün 10 gün vaxt müəyyən edilmiş,qərarın surəti bildirişlə birlikdə borcluya göndərilmişdir. Həmçinin Şəxs aliment borcu 3940 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən müxtəlif orqanlara sorğular göndərilmiş və həmin sorğulara cavablar nəticəsində Şəxs adına daşınmaz əmlak, əmək haqqı, pensiya və sosial müavinətlər alması, bank əmanətləri, ümumiyyətlə tələb yönəldilə biləcək əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdırılan hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 21 may 2022-ci il tarixdən saat 12:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar