Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-187/2025 07.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Hənifə kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Balakən rayonu Hənifə kəndində yerləşən küçədə keçmiş arvadı Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələrlə söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X1 sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs ərizəsi əsasında Balakən rayonu Hənifə kənd sakini Şəxs ictimai qaydanı pozması ilə bağlı törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü Balakən rayonu Hənifə kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi vardır.Odur ki, onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2018-ci il tarixdə rəsmi məhkəmə qaydasında ayrılmışlar. Bundan sonra məhkəmə ona iki övladı üçün aliment müəyyən etmişdir. 2018-ci ildən bu günədək o,Cəmilət ilə yenidən barışmaq istəmişdir. Lakin o buna razılıq vermir.O,Cəmilətin bu rəftarına əsəsbiləşərək müəyyən vaxtlarda içkili halda onun yaşadığı ünvana getmiş və həmin zaman orada söz söhbət olmuşdur.Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 14 radələrində Cəmilət atasıgilin yaşadığı evdən çıxan zaman o, küçədə onunla söhbət etməyə getmiş və orada aralarında sözlü mübahisə yaranmışdır.Bu zaman o, özündən asılı olmadan ictimai yerdə onu nalayiq ifadələrlə təhqir etmişdir.Bundan sonra o,oradan uzaqlaşaraq getmişdir. Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir.Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs izhatında göstərdi ki,o,Hənifə kənd sakini Şəxs ilə 2013-cü il də ailə həyatı qurmuşdur. Həmin evlilikdən onların iki övladı vardır. Bir neçə il sonra onların ailələrində olan problemlərə görə, Qəhrəman yaşadıqları evdə içkili halda münaqişələr yaratdığına görə o, məcbur olaraq 2018-ci il tarixdə rəsmi qaydada onunla ayrılmışdır. Bundan sonra məhkəmə Qəhrəmandan iki övladı üçün aliment tutulması müəyyən edilmişdir.O, Qəhrəmanla rəsmi qaydada ayrıldıqdan sonra Qəhrəman mütəmadi olaraq onu narahat etmiş, dəfələrlə küçədə qarşını kəsərək onu nalayiq ifadələrlə ictimai yerdə təhqir etmiş, eyni zamanda ona sözlə hədə-qorxu gəlmişdir. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə o, Balakən rayonu Hənifə kəndində atasıgilin yaşadığı evdən küçəyə çıxan zaman Qəhrəman oraya gələrək onun qarşını kəsmiş və küçədə ictimai yerdə onu ucadan nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxtı küçədə tanımadığı xeyli sayda insanlar olmuşdur.Bu səbəbdən o,ərizə ilə Rayon Polis Şöbəsinə müraciət etmişdir.O, Qəhrəmandan şikayətçidir. Onun barəsində ciddi tədbir görülməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 may 2025-ci il tarixdə saat 19:00-da tutulmuş, 07 may 2025-ci il tarixdə saat 16:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Hənifə kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Şəxs inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını,hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir,onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını,törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,05 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 06 may 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-187/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-187/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver