Məhkəmə qərarları › İş №3(019)-188/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-188/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-188/2022 25.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X37 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə Balakən rayon İstehsal-İstehlak Kooperativinin barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X37 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X37 Xidməti Şəki-Zaqatala regional şöbəsinin əmək müfəttişi tərəfindən Balakən rayon İstehsal-İstehlak Kooperativinin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 19 may 2022-ci il tarixli, MN seriyalı, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, Balakən rayon İstehsal-İstehlak Kooperativi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 3(019)-188/2022 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Balakən rayon X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli 3(107)- 243/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X37 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən rayon X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməsinə dair iş üzrə Balakən Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Balakən rayon X11 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Balakən rayon X2 nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X37 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi-həmin şöbənin baş əmək müfəttişi Nümayəndə3 göstərmişdir ki, Şəxs 29 işçisi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmamışdır. Nəticədə həmin məlumatlarda inzibati xəta əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması məqsədilə Şəxs 19 may 2022-ci il tarixdə saat 10:00-da X37 Xidməti aparatına dəvət olunmuşdur. Lakin Balakən rayon İstehsal -İstehlak Kooperativi ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə 4 işçi ilə, xx.xx.2022-ci il tarixdə 24 işçi ilə bağlı elektron qaydada İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilənin bağlanması və Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə istehsalatda bədbəxt hadisələrin sığortalanması ilə bağlı 39.6 manat,xx.xx.2022-ci il tarixdə istehsalatda bədbəxt hadisələrin sığortalanması ilə bağlı 428.4 manat ödənilməsi barədə hazırda məlumatları olmuşdur. Ona görə də Balakən rayon X11 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunur. Şəxs barəsində qanuni qərar verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqaviləsi”nə qoşmadan görünür ki, Şəxs ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında Şəxs işçiləri X16, X3, X17, X5 ilə bağlı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilə bağlanmış və elektron sistemə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Balakən rayon X11 istehsalatda bədbəxt hadisələrin sığortalanması üçün 39.6 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqaviləsi”nə qoşmadan görünür ki,Balakən rayon İstehsal-İstehlak Kooperativi ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında Balakən rayon İstehsal- İstehlak Kooperativinin işçiləri X22, X1, Sadykhova Oksana, X12, X23,X30,X31,X7, X24,X8, X18, X41, X19, X25, X26, X42, X9, X27, X13, X28, X32, X14, X10 və X4 ilə bağlı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilə bağlanmış və elektron sistemə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Balakən rayon İstehsal-İstehlak Kooperativi istehsalatda bədbəxt hadisələrin sığortalanması üçün 428.4 manat ödəmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon İstehsal-İstehlak Kooperativinin işçisi Firuzə Hüseynova vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 26 may 2022-ci il tarixli MN1064828 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Balakən rayon İstehsal-İstehlak Kooperativi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş Şəxs sədri Nümayəndə2 tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığına görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsilə inzibati xəta törətdiyinə görə 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 3(019)-188/2022 nömrəli qərardadından görünür ki, həmin qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparpılan hüququqi şəxs Balakən rayon X2 barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmidir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinini 03 avqust 2022-ci il tarixli 3(107)-243/2022 nömrəli qərarından görünür ki,həmin qərarla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X37 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindlən verilmiş şikayət qismən təmin edilmiş, Balakən rayon X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməsinə dair iş üzrə Balakən Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X37 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edirəm ki, Balakən rayon X2 barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulur. İş materiallarından görünür ki, Balakən rayon X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin tələblərini pozmuş, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin etməmişdir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X37 Xidməti Şəki- Zaqatala regional şöbəsinin əmək müfəttişi tərəfindən Balakən rayon İstehsal-İstehlak Kooperativinin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 19 may 2022-ci il tarixli, MN seriyalı, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Balakən rayon İstehsal-İstehlak Kooperativinin əməlində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinin tərkibi vardır,onlar barəsində İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol düzgün tərtib olunmuşdur. Eyni zamanda iş materiallarından göründüyü kimi Balakən rayon İstehsal-İstehlak Kooperativinin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN seriyalı, MN ******* №-li inzibati xəta haqqında protokol 19 may 2022-ci il tarixdə tərtib olunmuşdur Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Balakən rayon İstehsal-İstehlak Kooperativinin barəsində 19 may 2022-ci il tarixli MN seriyalı, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunduğu vaxtdan üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-ci maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən hüquqi şəxs Balakən rayon İstehsal-İstehlak Kooperativinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Balakən rayon İstehsal-İstehlak Kooperativi haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar