Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-190/2024 23.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Balakən rayonu Katex kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Katex kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 232-1-cı maddəsi ilə icraatı başlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Balakən rayonu Katex kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki yardımçı tikilidə olan soyuducunun 4 ədəd mis materialı borularını qəsdən sındıraraq Zərərçəkmiş şəxs 50 manat məbləğində maddi ziyan vurmuşdur. Balakən RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 24 aprel 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış və yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirillməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Balakən rayonu Katex kəndində onun yaşadığı evin həyətindəki yardımçı tikilidə olan soyuducunun 4 ədəd mis materialını qəsdən sındıraraq ona 50 manat məbləğində maddi ziyan vurduğunu və Şəxs tərəfindən həmin 50 manat məbləğində maddi ziyanın ona ödənilmədiyini bildirmişdir. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 mart 2024-cü il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığından Balakən rayonu Katex kəndində yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə müraciəti əsasında toplanmış NK-1-141 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələri əsasında cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus olan soyuducunun motorunun 4 ədəd mis materialı borularını sındıran naməlum şəxsin (şəxslərin) şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin davam etdirilməsi üçıün qəbul edilmiş qərarın surətinin Balakən RPŞnin CAB-nə göndərilməsi, Zərərçəkmiş şəxs məxsus olan soyuducunun 4 ədəd mis materialı borularını qəsdən sındıraraq sonuncuya 50 manat məbləğində maddi ziyan vuran naməlum şəxsin (şəxslərin) şəxsiyyətinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi əsasında inzibati tədbir görülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Balakən RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Balakən rayonu Katex kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki yardımçı tikilidə olan soyuducunun 4 ədəd mis materialı borularını qəsdən sındıraraq Zərərçəkmiş şəxs 50 manat məbləğində maddi ziyan vurması iş materiallarında olan Şəxs Balakən RPŞ-də verdiyi izahatı, Balakən RPŞnin TB-nin təhqiqatçısı X3 RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raport, 29.02..2024-cü il tarixli baxış keçirilməsi barədə protokol və işdə olan sair sənədlərlə təsdiq olunur. İş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Balakən rayonu Katex kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki yardımçı tikiliyə daxil olaraq Zərərçəkmiş şəxs məxsus soyuducunun 4 ədəd mis materialı borularını qəsdən sındırmaqla ona vurduğu maddi ziyanın 50 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementləri kimi şəxsin hərəkətinin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə yönəlməsi, bu nəticənin baş verməsi və özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsində ifadə olunan nəticə ilə şəxsin əməli arasında səbəbli əlaqənin olması və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Balakən rayonu Katex kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki yardımçı tikiliyə daxil olaraq Zərərçəkmiş şəxs məxsus soyuducunun 4 ədəd mis materialı borularını qəsdən sındırıb ona 50 manat məbləğində maddi ziyan vurmuş, bununla da İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif edlilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Məhkəmə tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar və Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Zərərçəkmiş şəxs 50 (əlli) manat məbləğində maddi ziyan vurulmuş və bu faktı Şəxs polis şöbəsində verdiyi izahatında etiraf etmişdir. Bu fakt işdə olan sübutlarla tam təsdiq olunur. Ona görə də hazırki işdə vurulmuş ziyanın ödənilməsi məsələsinə də baxılmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs vurulmuş 50 (əlli) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən halların və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin hesab edirəm ki, Şəxs vurulmuş 50 (əlli) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş 50 manat məbləğində ziyanın iki misli məbləğdə (100 manat) cərimə edilsin; Şəxs vurulmuş 50 (əlli) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-190/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-190/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver