Məhkəmə qərarları › İş №3(019)-192/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-192/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-192/2022 24.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X6, zərərçəkmiş şəxs X1. zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X10, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 30.10.1988-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 09.05.2022-ci il tarixdə, saat 21.00 radələrində Balakən rayonu Gərəkli kəndində oğlu X3 əli ilə sifətinə vurmaqla ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 may 2022-ci il tarixli, MN seriyalı, 1372688№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Qullar kəndində tək yaşayır. 2007-ci ildə Gərəkli kənd sakini X17 ilə rəsmi olaraq ailə qurmuş, həmin evlilikdən onun bir oğlu və bir qızı olmuşdur. Günay ilə münasibətləri alınmadığına görə 5-6 il əvvəl Günaydan məhkəmə qaydasında boşanmış, məhkəmə tərəfindən iki uşağa görə 220 manat aliment təyin edilmişdir. İşlədiyi yer olmadığına görə uşağına olan alimenti ödəyə bilmədiyindən yaşadığı evi oğlu Eyvazın adına sənədləşdirərək yaşamaları üçün vermişdir. Lakin keçmiş arvadı Günayın iki uşağı ilə kirayədə yaşamışdır. X8 adını dəyişdirərək, Nicat qoymasını eşitmişdir. O, bir neçə dəfə uşaqlarını görmək üçün Gunaya zəng etməsinə baxmayaraq Günay onun zənglərinə cavab vermədən telefonunu söndürmüşdür. 09.05.2022-ci il tarixdə yaşadığı evdə bir şüşə araq içərək saat 20 radələrində keçmiş arvadı Günayın yaşadığı ünvana uşaqlarını görmək üçün getmiş, oraya gedəndə evdə oğlu Nicat olmuşdur. Günay və qızı qonşuya getmişdir. 15 yaşlı oğlu Nicata evi onun adına keçirməsini, bacısı Nurayı və anası Günayı evə gətirib yaşamasını bildirdiyində, Nicat ona anasına və bacısına bu barədə bildirməsini, lakin, onların evdə yaşamaq üçün gəlmədiyini bildirdikdə Nicatın sifətinə bir dəfə sillə ilə vuraraq “ sən necə kişisən ki, ananı bacını evə yaşamaq üçün gətirə bilmirsən " demişdir. Nicatın sifətinə bir dəfə sillə ilə vurduqdan sonra Nicat qonşuluğa anasının yanına qaçmışdır. O, qonşuluğa gedəndə Günay onun qarşısına çıxdığında Günaya evinə gəlməsini bildirmişdir. Bu zaman polis əməkdaşları gələrək onu polis şöbəsinə izahatının alınması üçün aparmışlar. Oğlu Nicatın sifətinə bir dəfə sillə ilə vurduğu zaman evdə ikisi olmuşdur. Oğlu Nicatın sifətinə bir dəfə sillə vurmağına görə peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi olan anası X10 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X5 izahatında Balakən rayonu Gərəkli kəndində anası X17 və bacısı X4 ilə birlikdə yaşadığını, anası Günay Anayeva və atası Şəxs 2017-ci ildə onun 9 yaşı olanda boşandıqlarını, atasının vaxtaşırı yaşadıqları evə gələrək, söz-söhbətlər yaratdığını və mübahisələr etdiyini, 09.05.2022-ci il tarixdə saat 21radələrində anasının ütü lazım olduğundan bacısı Nuray ilə birlikdə qonşudan ütü götürmək üçün getdiyini, onun isə evdə tək qaldığını, anası getdikdən 5-10 dəqiqə sonra atasının evə içkili vəziyyətdə gəldiyini, atası evə gəldikdə ondan çəkmələrini pilləkənin üstünə qoymağı istəməsinə etiraz etdiyində atası Cəbrayılın onun üstünə qışqıraraq onu təhqir etməyə başladığını və daha sonra sillə ilə sifətindən 2-3 dəfə və bir dəfə sınmış qolumdan yumruqla vurduğunu, atası onu döydüyündən evdən qaçaraq qonşuya anasının yanına qaçdığını, qonşuya çatdıqdan təxminən 2 dəqiqə sonra atasının da onun arxasıyça gəldiyini, atası gəldikdə yüksək səslə qışqıraraq anasını və onu nalayiq ifadələrlə təhqir etməyə başladığını, atasının hərəkətlərinə görə anasının 102 xidmətinə zəng vuraraq şikayət etdiyini, anası şikayət etdikdən sonra polis əməkdaşlarının gəldiklərini və onların polis şöbəsinə gəldiklərini, anası qonşuya keçdikdə onun evdə tək qaldığını, atası evə gəldikdə evdə ikisindən başqa heç kimin olmadığını, atasının onu döyməsini görən olmadığını, atası Cəbrayılın ondan başqa heç kimi döymədiyini, atasının onun sifətindən vurduğundan sifətində ağrılar yarandığını, atasının onun 27.04.2022-ci il tarixdə sınmış, hal-hazırda gipsdə olan qolundan da yumruqla bir dəfə vurduğunu, hal-hazırda qolunda da ağrılar olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi qismində dindirilmiş X17 izahatında göstərdi ki, o, 2007-ci il tarixdə Balakən rayon Qullar kənd sakini Şəxs ilə evlənmiş və onların həmin evlilikdən Nicat və Nuray adlı övladları olmuşdur. O, Cəbrayıl ilə 2017-ci ildə məhkəmə yolu ilə rəsmi qaydada boşanmış, onlar boşandıqda övladlarının hər ikisi ona verilmişdir. Onlar boşandıqda yaşadıqları evdə Cəbrayıl qalmış, o isə övladları ilə birlikdə kirayədə yaşamağa başlamışdır. Hal-hazırda da iki övladı ilə birlikdə Balakən rayonu Gərəkli kəndində kirayədə yaşayir. Onlar Cəbrayıl ilə 2017-ci ildə ayrıldıqda övladlarına aliment ayrılmış, lakin, həmin ildən sonra bir dəfə də olsun ki, Cəbrayıl alimenti ödəməmişdir. Cəbrayıl ilə ayrıldıqdan sonra Cəbrayıl vaxtaşırı yaşadığı evinə gələrək söz-söhbətlər yaratmış və mübahisələr etmişdir. 2021-ci ilin dekabr ayında Cəbrayıl o, evdə olmadığı zaman yaşadığı evə gələrək əşyalarını qırmış, həmin zaman o, şikayət etmiş və həmin işə məhkəmədə baxılmışdır. 09.05.2022-ci il tarixdə saat 21 radələrində ütü lazım olduğundan qızı Nuray ilə birlikdə qonşudan ütü götürmək üçün getmiş, qonşuya çatdıqdan 5-10 dəqiqə keçdikdən sonar evdə qalan oğlu Nicat qaçaraq onun yanına gəlmişdir. Nicat onun yanına gəldikdə ona evə atasının içkili vəziyyətdə gəldiyini və onu təhqir edərək döydüyünü bildirmişdir. O, Nicatın sifətinə baxdıqda Nicatın sifətinin qızardığını görmüşdür. Nicat qonşuya gəldikdən təxminən 2 dəqiqə sonra Cəbrayıl da onun arxasınca gəlmiş, Cəbrayıl gəldikdə yüksək səslə qışqırmış və onu nalayiq ifadələrlə təhqir etmişdir. Cəbrayıl onu təhqir etdiyində onu vurmaq istəmişdir. O, Cəbrayılın bu hərəkətlərinə görə 102 xidmətinə zəng vuraraq şikayət etmiş, o, şikayət etdikdən sonra polis əməkdaşları gəlmişlər. Onlar polis şöbəsinə gəlmişlər. Şəxs şikayətçidir. Şəxs spirtli içki qəbul etdikdən sonra aqressivləşir, onları hədələyir. O və uşaqları Cəbrayıldan çox qorxurlar. Şəxs barəsində ən sərt tədbirin görülməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis baş leytenantı Vasif Əliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14.05.2022-ci il tarixli qərarından görünür ki, Balakən rayonu Gərəkli kəndində yaşayan X10 şikayəti əsasında toplanmış HK-1-291 saylı material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-yə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, X13 göndərilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 10.05.2022-ci il tarixli, 105 nömrəli rəyində göstərilmişdir ki, X2 müəyyən edilmiş xəsarətlər boynunun sol hissəsində və kürəyinin sol orta hissəsində qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 09.05.2022-ci ildə yetirilə bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş 30 aprel 2011-ci il tarixli, AZ-İİ seriyalı, 624332 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X5 09 noyabr 2008-ci il tarixdə doğulmuş, atası Şəxs, anası isə X17 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 13.05.2022-ci il tarixli 3(019)-179/2022 nömrəli qərarında göstərilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İnzibati xətanı yetkinlik yaşına çatmayana qarşı törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirilən halların olmamasını və inzibati xətanı yetkinlik yaşına çatmayana qarşı törətməsi kimi məsuliyyətini ağırlaşdırılan halı nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməli, inzibati həbs müddətinin əvvəli 24 may 2022-ci il tarixdən saat 17.00-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X15, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X9 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 24 may 2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X9 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar