Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-193/2025 02.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1976-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, orta təhsilli, subay, sürücü işləyən, Balakən rayonunun Qullar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7800/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 8130 manat borcu ödəməkdən imtina etmişdir. Bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi Nümayəndə izahatında bildirmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün borcluya göndərilmişdir. Şəxs 8130 manat borcdan 500 manatı ödəmişdir. Qalan borcu isə hər ay 200 manat olmaqla ödəcəyinə dair tələbkarla razılaşmışdır. Barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə razılığa gəlmişlər, 8130 manatdan 500 manatı ödəmiş, geri qalanı isə hər ay 200 manat olmaqla hissə-hissə ödəyəcəkdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu ilə razılığa gəlmişlər, may ayında 500 manat, qalan aylar isə 200 manat ödəyəcəkdir. 500 manatdan 215 manat ödəmiş, 285 manatın ödənilməsi üçün vaxt verilməsini, ödəməsə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(019)-7800/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə borca görə 9200 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 9230 manat tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(019)-7800/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış teleqramdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən borclu Şəxs tərəfindən 9230 AZN məbləğindən 1100 manat ödəniş etmişdir. Qalan borcu 8130 AZN təşkil edir. Həmin borcdan 500 manat may ayının 30-na kimi ödəməsinə söz vermişdir. Odur ki, borclu Şəxs həmin vaxta xx.xx.2025-ci il tarixinə kimi ödəməsinə etiraz etmir. Qalan ayları 200 manat ödəniş etməsinə razıdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs hesabına 285 manat ödəniş edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə Zərərçəkmiş şəxs razılığa gəlmişlər, Zərərçəkmiş şəxs ona borcun ödənilməsi üçün möhlət vermişdir və borclu məhkəmə icraatı dövründə 500 manat ödəmiş, qalan borcu isə hər ay 200 manat ödəməklə bağlı razılaşmışlar. Buna görə də məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməlidir. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 33 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Müdafiəçi Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun hesabına 33 manat köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-193/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-193/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver