Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-194/2022 09.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Tülü kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 26.03.2022-ci il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz-21015 markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu Talalar kəndi istiqamətindən Balakən rayonu Tülü kəndi istiqamətinə hərəkətdə olduğu zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "yol verin” üstünlük yol nişanı) tələblərini pozaraq idarə etdiyi avtomaşınla Balakən-Qabaqçöl avtomobil yolunun Balakən rayonu Talalar kəndi ərazisində yerləşən yol ayrıcından baş yola daxil olmuş, bu zaman Balakən şəhəri istiqamətindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olan Balakən rayonu Qaysa kənd sakıni X1 məxsus olan, onun idarə etdiyi Toyota Prıus markalı, KW-231-WK Gürcüstan dövlət qeydiyyat nişanlı avtomaşının ön hissəsi Vaz 21015 markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol hissəsinə dəymiş, nətıcədə Zərərçəkmiş şəxs1 Yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 isə sağlamlığına zərər vurmayan bədən xəsarətləri almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən inzibati xətanı törətməsi işdə olan sübutlarla məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. 26.03.2022-ci il tarixdə saat 23.30-radələrində yaşadığı Balakən rayonu Tülü kəndindəki küçədə qonşusu Fərid adlı şəxs ilə söhbət etmişlər. Söhbət zamanı Fəriddən səhəri gün heyvan bazarına heyvan aparmalı olduğu üçün ona köməyə gələcək olan əmisi oğlu Zərərçəkmiş şəxs2 onun yaşadığı evindən götürərək onlara gətirməsi üçün onunla birlikdə gəlməsini istəmişdir. Sonra onun qonşusu Fərid ilə birlikdə etibarnamə əsasında idarə etdiyi Vaz-21015 markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əmisi oğlu Üzeyirin yaşadığı Balakən rayonun Tülü kəndindəki evinə getmişlər. Onlar Üzeyiri evindən götürdükdən sonra yollarını qısaltmaq üçün Talalar kəndi ərazisindən evə gələrkən, onun idarə etdiyi avtomobil ilə Talalar kəndində dörd yol adlanan yerə çatdığında avtomobili dayandıraraq əsas yoldan avtomobilin gəlib-gəlmədiyini baxmış,sağa-sola baxdığında heç bir avtomobilin gəlmədiyini görüb yola düzələrək və sola dönərək Tülü kəndi istiqamətinə çıxdığında qəfildən sürət ilə sol tərəfdən gələn markasını sonradan bildiyi Toyota markalı avtomobil onun idarə etdiyi avtomobili sol hissəsindən vurmuşdur. Həmin avtomobil onun idarə etdiyi avtomobili vurduqdan sonra idarə etdiyi avtomobil yolun əks istiqamətinə çıxaraq yol kənarında dayanmışdır.O, hadisədən sonra avtomobildən düşmək üçün çətinlik çəkdiyinə görə avtomobildə olan əmisi oğlu Üzeyir ona kömək etmişdir. Onlar avtomobildən düşdükdən sonra ətrafda olan şəxslər onlara kömək edərək xəstəxanaya gətirmişlər. O, Vaz 21015 markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, onun “BC" kateqoriyalı sürücülük vəsiqəsi vardır.Həmin avtomobilin texniki pasportu onun qardaşı Pərviz Bayramovun adınadır. Hadisə baş verdikdə avtomobildə qeyd etdiyi şəxslərdən başqa heç kim olmamışdır.Hadisə baş verən zaman spirtli içkinin və ya narkotik tərkibli maddələrin təsiri altında olmamışdır. Onun idarə etdiyi avtomobil də toqquşan avtomobilin sürücüsünü əvvəllər tanımamışdır.Hadisə zamanı xəsarətlər almışdır. Əməlindən peşmandır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. 26.03.2022-ci il tarixdə yaşadığı küçədə qonşusu İsa adlı şəxs ilə birlikdə olduqları zamanı söhbət etdiklərində İsa ona Tülü kəndində yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs2 götürərək onlara gətirməsi üçün getmələrini demişdir. O, İsa ilə birlikdə onun idarə etdiyi Vaz 21015 markalı, **-RA-*** dövlət qeydiyyat nışanlı avtomobil ilə Üzeyiri götürmək üçün getmişlər. Onlar İsa ilə birlikdə Üzeyiri götürdükdən sonra Balakən rayonu Talalar kəndində dörd yol deyilən yerə çatdıqlarında əsas yola düzəlmək üçün İsa avtomobili saxlamışdır. İsa sağdan və soldan avtomobil gəlmədiyini görüb sola dönərək yola çıxmış, bu zaman Balakən rayon Tülü kəndi istiqamətindən qəfildən bir avtomobil İsanın idarə etdiyi avtomobili sol tərəfdən vurmuşdur. Hadisədən sonra onun olduğu avtomobil yolun qarşı tərəfində dayanmışdır.Hadisədən sonra birinci İsa xəstəxanaya getmiş, daha sonra özü də xəstəxanaya getmişdir.Hadisə zamanı İsa spirtli içkinin təsirində olmamışdır.Hadisə zamanı avtomobili İsa özü idarə etmişdir.Özü avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş, İsanın əmisi oğlu Üzeyir isə arxa oturacaqda oturmuşdur.Hadisə zamanı onun sol çiyni yerindən çıxmışdır.Onun Şəxs heç bir şikayəti və tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, Balakən rayonu Qabaqçöl Qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. 26 03.2022-ci il tarixdə saat 22 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən kafeyə tanışı İsmayıl adlı şəxs ilə birlikdə, İsmayıla məxsus "Toyota Prıus" markalı, KW-231-WK nömrəli avtomobil ilə getmişdir.O, həmin kafeyə orada əyləşən İsmayılın tanışlarının yanına getmiş, onlar kafeyə çatdıqda İsmayılın tanışları olan şəxslər çoxdan orada əyləşmişlər. İsmayıl ilə kafeyə çatdıqdan sonra yemək yemiş, kafedə bir qədər əyləşdikdən sonra İsmayıl ilə birlikdə oradan çıxmışlar.Onlar kafedən çıxdıqdan sonra yaşadığı Balakən rayonu Qabaqçöl Qəsəbəsi istiqamətinə getmək üçün hərəkətə başlayan vaxt avtomobili İsmayıl idarə etmiş, o, isə avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmişdir. Onlar hərəkətdə olarkən Balakən rayonu Talalar kəndində dörd yol adlanan yerə çatdıqlarında qəfildən əsas yola birləşən sağ yoldan VAZ 21015 markalı, dövlət qeydiyyat nişanını tam xatırlamadığı avtomobil onların qarşısına çıxmışdır. Həmin avtomobil onların qarşısına çıxdıqda İsmayıl dərhal əyləci basmış, lakin İsmayıl həmin avtomobili vurmaqdan yayına bilməmişdir. Baş vermiş hadisədən sonra onun və onun yanında olan İsmayıl avtomobildən yerə düşmüşlər. Onlar avtomobildən yerə düşdükdən sonra onların avtomobili ilə toqquşmuş avtomobildə olan şəxslərə baxdıqlarında həmin şəxslərin kənarda olan insanların köməyi ilə xəstəxanaya yola salmışlar. Onlar hadisə yerində olduqları vaxt oraya İsmayılın tanışı Oloxan adlı şəxs gəlmiş, həmin şəxs onların yanına gəldikdə onlardan necə olub-olmamasını soruşmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə baş vermiş yerə baxış keçirmiş və hadisə yerinin foto şəkillərini çəkmişlər. Onun Şəxs heç bir şikayəti və tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04.05.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Balakən rayonu Tülü kənd sakini Şəxs, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Balakən rayonu Qabaqçöl qəsəbə sakini Zərərçəkmiş şəxs3 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları xüsusatı ilə bağlı cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Balakən rayonu Tülü kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 328-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən rayon PŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27.04.2022-ci il tarixdə Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X2 rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 63 nömrəli ekspert rəyinin nəticə hissəsində Şəxs Ramız oğlunda müəyyən edilmiş xəsarətlər— sifətinin sol tərəfində, sağ tərəfində cərrahı tikişli yaralar, sol göz ətrafında şişkinlik, sol almacıq sümüyünü, sol əng sümüyünün, sol orbitalın lateral divarının yerdəyişmiş sınıqları, sol büd sümüyünün troxater mayorun qəlpəli yerdəyişən sınığı, sol ayağın 5-ci darağın əsasının və başının qapalı sınıqları—bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27.03. 2022-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər,ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27.04.2022-ci il tarixdə Məhkəmə-tibbi ekspertiza və X5-Təcrübi və X2 rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 70 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər-sol çiyində bazu çıxığı—bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, 27.03.2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcələrinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27.04.2022-ci il tarixdə Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X2 rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 71 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 müəyyən edilmiş xəsarətlər-alnında, sol qaşaltında, burnunda, üst dodağında sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27.03.2022-ci ildə yetirilməyə uyğundur, sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27.03.2022-ci il tarixdə Balakən RMXdan Balakən RPŞ-yə daxil olmuş 91 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi aktında Şəxs 27.03.2022-ci il tarixdə ayıq olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın zərərli nəticələrini aradan qaldırması, vurulmuş zərəri ödəməsi onun məsuliyyətini yüngülləşdirən haldır.Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını, eyni zamanda hadisə nəticəsində iki şəxsin xəsarət almasını,cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, nəqliyyat vasitəsini idarə etmək hüququ 8(səkkiz) ay müddətə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-194/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-194/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver