Məhkəmə qərarları › İş №3(019)-196/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-196/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-196/2024 02.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X4 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi, polis leytenantı Nümayəndə, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, subay, orta təhsilli, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Qullar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, 15 mart 2024-cü il tarixdə saat 18:00 radələrində Balakən rayonunun Tülü kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında baş vermiş mübahisə ilə əlaqədar X1 əlinə dəmir parçası ilə vurmuş, eyni zamanda həmin vaxt sonuncunun sağ qolunu sıxaraq ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi, polis leytenantı Nümayəndə məhkəmə iclasında göstərdi ki, toplanılmış HK-1-80 və HK- 181 nömrəli material üzrə qəbul edilmiş qərar əsasında araşdırma apırlması ona həvalə edilmiş, aparılmış araşdırma zamanı xx.xx.1992-ci ildə anadan olmuş Balakən rayonunun Qullar kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, bacısı Sevinc Padarova 2016-cı ilin aprel ayından Balakən rayonu Tülü kənd sakini X11 ilə evlənmişdir. Onların evliliklərindən 2 azyaşlı övladları vardır. 2024cü ilin yanvar ayının 15-dən sonra Fərmanla Sevincin arasında qısqanclıq zəmində mübahisələri yaranmışdır.Hal-hazırda Fərman Bakı şəhərində yaşayaraq işləyir.Sevinc Fərmanın atası evində yaşayır. xx.xx.2024-cü il tarixdə Sevinc yaşadığı evə getdiyi zaman evin yol qapısının bağlı olduğunu görmüş və bu barədə Balakən RPŞ-nə gedərək müraciət etmişdir.Sevinc şikayət etdikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş, bu zaman polis əməkdaşlarına Sevincin baldızları Rəna, Esmira, Nəzakət Padarova və onların bibisi Soltaney Padarova yol qapısını açmamış, sonra həmin yerə Sevincin çağırışı ilə o,gəlmişdir. Hasar hündür olduğundan Sevincin istəyi ilə hasardan keçərək yol qapısını açmaq üçün qapının yanından dəmir parçası götürmüş və dəmir parçası ilə qıfılı açmağa başlamışdır.Bu zaman həyətdə olan Nəsruddin adlı şəxs ona “burda nə işin var” sözünü demiş və həmin vaxt qonşuluqda yaşayan Nəzakət Padarova və bacıları Rəna, Esmira və bibiləri Soltaney Padarova onun yanına gələrək onunla mübahisə etməyə, əl qol atmağa başlamış, onları təhqir etmişlər. O, yol qapısının qıfılını bu zaman açmış, həmin vaxt X9 üzərinə hücum çəkərək onun sol qolundan yumruqla 4-5 dəfə vurmuşdur.Polis əməkdaşları onları ayırmış, bu zaman yol qapısı bağlanmış və onlar yenə də küçədə qalmış, evə daxil ola bilməmişlər. Sonra Sevinclə birlikdə yaşadığı evə qayıtdmışlar. xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində Sevinc onunla birlikdə yenidən yaşadığı Tülü kəndində yerləşən evinə getmiş, Sevinci evin qarşısında düşürərək çıxıb getmişdir. Ona sonradan məlum olmuşdur ki, X15 evdən çıxmasını bildirərək onun üzərinə hücum etmiş və yumruqla onun dodağına vurmuşdur. Hazırda zərərçəkmiş şəxs X6 ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur.İşin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X7 izahatında göstərdi ki, Fərman Padarov onun qardaşı oğlu, Sevinc Padarova isə Fərmanın həyat yoldaşıdır.Onlar 7 ildir ki evlidirlər. Son zamanlar Fərmanla Sevinc yola getməmiş, Fərman hazırda Bakı şəhərində yaşayaraq orada işləyir.xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Sevinc Padarova polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmiş, sonucunu qapını bağlı gördüyündən qardaşı Zauru qapını açması üçün hasara çıxartmış və Zaur həyətə keçib, dəmir parçası taparaq onunla qapını açmışdır.Bu zaman Zaura yaxınlaşaraq qapını qırmamasını bildirmiş, həmin vaxt Zaur ona bacısının evinin qapısı olduğunu, yaxşı etdiyini bildirərək əlindəki dəmir parçasını onun sol əlinə vurmuşdir. Sonra isə əliylə sağ qolunu bərkdən sıxaraq ona xəsarət yetirmişdir. Zaur qapının qıfılını sındırmiş, sonra isə Sevinc və Zaur onları təhqir etmiş, daha sonra isə çıxıb getmişlər.xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində qardaşı qızı Nəzakət evində olduğu zaman X10 evə qayıtmasını və zirzəminin pəncərəsindən evə daxil olmasını görmüşdür. Nəzakət Sevincin yanına getmiş və onunla evin içərisində söhbət etməyə başlamışdır.O, da Nəzakətin arxasınca getmiş, lakin Sevinc evinə daxil olmamış, bu zaman Sevinc Padarova evin pilləkənlərinin yanına gələrək onu itələmiş, həmin vaxt başı evin divarına dəymişdir.Həmçinin Sevinc onun saçını yolmuşdur. O və Nəzakət Sevincin olduğu evdən çıxaraq Nəzakətin evinin həyətinə getmiş, başından xəsarət aldığından Nəzakətin evinin həyətində başına su qoymuşdur. Həmin vaxt digər qardaşı qızı X13 evinə gəlmişdir.Rəna gəldikdən sonra öz evinə getmiş, daha sonra Nəzakətin evinin həyətinə polis əməkdaşları gəlmişlər. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti yoxdur.İşin icraatına xitam verilməsini xahiş edir. İşdə olan 27 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Balakən rayonu Tülü kənd sakinləri X5 və X2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə qarşılıqlı müraciətləri əsasında toplanmış HK-1-180 və HK-1-181 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, X2, X8, X5 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilmələri və gələcəkdə baş verə biləcək hüquqa zidd əməllərin qarşısının alınması məqsədilə Balakən rayonu Tülü kənd sakini X5 ailəsinin münaqişəli ailə kimi Balakən RPŞ-də qeydiyyata götürülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-yə göndərilmişdir.. İşdə olan xx.xx.2024-cü il tarixli 79 nömrəli məhkəmə tibbi ekspertizasının rəyində göstərilmişdir ki; - X2 məhkəmə-tibbi müayinəsinə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm: 1.X3 müəyyən edilmiş xəsarətlər— sağ yuxarı ənsədə şişkinlik, sağ bazunun orta 1/3də arxa iç səthində 02 ədəd, sol saidin aşağı 1/3-də arxa səthdə 01 ədəd, sol əlin arxa səthində 01 ədəd qançırlar— küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə yəni, 15-xx.xx.2024-cü ildə (dəmir parçası ilə vurma və itələmə zamanı başının divara dəyməsi) nəticəsində əmələ gələ bilərdilər, birlikdə və ayrıayırlıqda sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.

2. X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Balakən RMX-də arterial hipertenziya 3-cü mərhələ əlavə yüksək risk, kəllə daxili hipertenziya, ensofalopatiya xəstəliyi ilə müalicə almışdır. İşdə olan zərərçəkmiş şəxs X2 02 may 2024-cü il tarixli ərizəsində göstərilmişdir ki,Şəxs ilə barışmışdır.Ondan şikayəti yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmalarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar