Məhkəmə qərarları › İş №3(019)-197/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-197/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-197/2024 02.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X1 Bölməsinin (bundan sonra Balakən RPŞ-nin İTB) sahə rəisi X2, zərərçəkmiş şəxs X3, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında yaranmış mübahisə zamanı X6 döyüb ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirərək, X7 qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 may 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə özünü təqsirli bilərək, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında yaranmış mübahisə zamanı X6 döyüb ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə ona qəsdən fiziki ağrı yetirdiyini, onun barəsində İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlandığını, hazırda zərərçəkmiş şəxs X13 ilə barışdığını, X3 ona qarşı tələb və şikayətinin olmadığını göstərərək, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 izahatında Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında yaranmış mübahisə zamanı onu döyüb ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdiyini və qəsdən fiziki ağrı yetirdiyini təsdiq etmiş, hazırda Şəxs ilə barışdığını, Şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını göstərərək, Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 79 nömrəli rəyindən görünür ki, X4 müəyyən edilmiş xəsarətlər-sağ saidin arxa orta 1/3-də 01 ədəd, sol saidin orta 1/3-də ön səthində 01 ədəd, sol mil-bilək oynağı nahiyyəsində arxa səthdə 01 ədəd, sağ dizinin yuxarı ön səthində 01 ədəd, iç səthində 01 ədəd qançırlar, sağ əlinin üstündə 01 ədəd, sol əlinin 5-ci barmağının üst dırnaq falanqası səthində 01 ədəd sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətlərdə, yəni 15-xx.xx.2024-cü ildə (yumruqların, dırnaqların dəyməsi təsirindən əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X10 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Balakən rayonu Tülü kənd sakinləri X3 və Şəxs Azərblaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə qarşılıqlı müraciətləri əsasında toplanmış NK-1-180 və NK-1-181 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 125 və 221-ci maddələri əsasında cinayət işinin başlanması rədd edilmiş, Balakən rayonu Tülü kənd sakinləri Şəxs, X8, X3 və Balakən rayonu Qullar kənd sakini X11 əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilmələri və gələcəkdə baş verə biləcək hüquqazidd əməllərin qarşısının alınması məqsədilə Balakəni rayonu Tülü kənd sakini X3 ailəsinin münaqişəli ailə kimi Balakən RPŞ-də qeydiyyata götürülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Balakən RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmış, X3 baldızları tərəfindən yaşadığı evdən çıxarılması ilə bağlı aidiyyət üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmiş, X13 və Şəxs aralarında mülki mübahisə zəminində yaranmış münaqişə zamanı qarşılıqlı təhqir olunmaları ilə bağlı aidiyyət üzrə Balakəni Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmiş, qərarın surəti ibtidai araşdırmaya posessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna göndərilmiş, qəbul edilmiş qərarın surəti X7 və Şəxs göndərilməklə onlara qəbul edilmiş qərardan Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxs X13 ilə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X13 məhkəməyə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışdığını və ona qarşı tələb və şikayətinin olmadığını göstərərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxs X13 ilə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, zərərçəkmiş şəxs X13 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmasını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X14 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X9 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 109.2, 114-115 və 128-132-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X9 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar