Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-198/2023 22.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Balakən Rayon Statistika İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüquqi şəxs Şəxs (VÖEN: **********) 1- müəssisə nömrəli illik statistika hesabatını 30 aprel 2023-cü il tarixədək təqdim etməli olduğu halda xx.xx.2023-cü il tarixdə təqdim etməklə gecikdirməyə yol vermişdir. Hüquqi şəxs Şəxs (VÖEN: **********) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Hüquqi şəxs Şəxs (VÖEN: **********) sözügedən inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən Balakən rayon Statistika İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Yazıb Sizə bildiririk ki, "xxxx" MMC-nin (VÖEN-**********) baş mühasibi karonaya tutulub vəfat etdiyi səbəbdən, təqdim olunmalı olan 1 müəssisə (illik) hesabatı vaxtında təqdim edilməyib. Xahiş edirik hesabatın qəbul olunmasına köməklik göstərəsiniz”. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Balakən Rayon Statistika İdarəsi tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 05 may 2023-cü il tarixli 3-34-38/2-102/2023 nömrəli məktubda göstərilmişdir ki, “Məlumat üçün bildiririk ki, 2022-ci il üzrə 1- müəssisə (illik) nömrəli rəsmi statistika hesabatını müəyyən edilmiş vaxtda təqdim etmədiyinizə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasasən Balakən Rayon Statistika İdarəsi tərəfindən "xxxx" MMC barəsində 05 may 2023-cü il tarixində inzibati icraata başlanmış və bununla əlaqədar olaraq MN №0355415 nömrəli protokol (əlavə olunur) tərtib edilir. İnzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs (VÖEN:3**********)Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs (VÖEN: **********) törətdiyi xətanın xarakterini nəzərə alaraq onun barəsində aşağı həddə cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-198/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-198/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver