Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-199/2024 02.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X3 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi, polis leytenantı Nümayəndə, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, evli, orta ixtisas təhsilli, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X9 barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, 16 mart 2024-cü il tarixdə saat 14:30 radələrində Balakən rayonunun Tülü kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında baş vermiş mübahisə ilə əlaqədar X4 itələmiş, bu zaman sonuncunun başı evin divarına dəymiş, nəticədə Soltaney Padarova sağlamlığa zərər vurmayan xəsarət almışdır. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi, polis leytenantı Nümayəndə məhkəmə iclasında göstərdi ki, toplanılmış HK-1-80 və HK- 181 nömrəli material üzrə qəbul edilmiş qərar əsasında araşdırma aparılması ona həvalə edilmiş, aparılmış araşdırma zamanı xx.xx.1991-ci ildə anadan olmuş Balakən rayonunun Tülü kəndində yaşayan Şəxsn əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün izahatında göstərdi ki, o, 2016-cı ilin aprel ayından Balakən rayonu Tülü kənd sakini X10 ilə evlidir. Evliliklərindən 2 azyaşlı övladları vardır. 2024-cü ilin yanvar ayının 15-dən sonra Fərmanla aralarında qısqanclıq zəmində mübahisələri yaranmışdır, hazırda ayrı yaşayırlar. Fərman Bakı şəhərində yaşayaraq işləyir. xx.xx.2024-cü il tarixdə o, yaşadığı evə getdiyi zaman evin yol qapısının bağlı olduğunu görmüş və bu barədə Balakən RPŞ-yə gələrək müraciət etmişdir.O, şikayət etdikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş,bu zaman polis əməkdaşlarına baldızları Rəna, Esmira, Nəzakət Padarova və onların bibisi Soltaney Padarova yol qapısını açmamışlar. O, həmin yerə qardaşı Zaur Telliyevlə getmişdir.Hasar hündür olduğundan qardaşı Zaur hasardan keçərək yol qapısını açmışdır. Bu zaman qonşuluqda yaşayan Nəzakət Padarova və bacıları Rəna, Esmira və bibiləri Soltaney Padarova evinin həyətinə daxil olaraq qardaşı Zaurla mübahisə etməyə başlamışlar və onları təhqir etmişlər. O,yol qapısını biraz açaraq həyətə daxil olmaq istədiyi zaman Soltaney Padarova üzərinə hücum çəkərək onun sol qolundan yumruqla 4-5 dəfə vurmuşdur. Polis əməkdaşları onları ayırmışlar. Bu zaman yol qapısı bağlanmış və onlar yenə də küçədə qalmışlar və o, evinə daxil ola bilməmişdir. Sonra o,atasının evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində o, qardaşı Zaurla birlikdə yenidən yaşadığı Tülü kəndində yerləşən evinə getmişdir. Zaur onu evin qarşısında düşürərək çıxıb getmişdir.O, isə yol qapısı baldızları tərəfindən bağlandığından qonşunun bağ sahəsindən keçməklə öz evinin həyətinə daxil olmuşdur. Evin giriş qapısının bağlı olduğunu, kilidininin dəyişdirildiyini görmüş və evin zirzəmisinin pəncərəsindən zirzəmiyə, oradanda evin içərisinə uşaqları ilə birlikdə daxil olmuşdur. Həmin gün saat 14:30 radələrində Nəzakət Padarova yaşadığı evə gəlmiş və onunla normal qaydada söhbət edərək evin çıxarış sənədinin onun adına olduğunu, evdən çıxmalı olduğunu və onun çıxarılması ilə bağlı məhkəməyə müraciət etdiyini bildirdi. Həmin vaxt onunla Nəzakətin arasında hər hansı bir münaqişə olmadı. Bu zaman yanlarına digər baldızı Rəna Padarova gəlmişdir. X8 evin həyətinə gələrək evə daxil olduqda Nəzakət bibisi Soltaneyə çıxıb getməsini bildirdi. Bu zaman Soltaney də onunla ümumiyyətlə mübahisə etmədən və evinə daxil olmadan həyətdə gözlədi. X16 evinə daxil olan kimi onunla mübahisə etməyə və onu təhqir etməyə başladı. Ona evdən çıxmağını bildirərək üzərinə hücum etmiş və yumruqla dodağına vurmuşdur. Sonra isə Rəna Padarova saçını yolaraq qollarına, başına yumruqla vurdu və dırnaqları ilə bədəninin müxtəlif hissələrinə xəsarət yetirmişdir. Nəzakət Padarova bu zaman onları ayırmışdır.O,102 xidmətinə müraciət etdikdən sonra onlar çıxıb getmişlər.Hazırda zərərçəkmiş şəxs X5 ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur.İşin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 izahatında göstərdi ki, Fərman Padarov onun qardaşı oğlu, Şəxs isə Fərmanın həyat yoldaşıdır.Onlar 7 ildir ki evlidirlər. Son zamanlar Fərmanla Sevinc yola getməmiş, Fərman hazırda Bakı şəhərində yaşayaraq orada işləyir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Şəxs polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmiş, sonucunu qapını bağlı gördüyündən qardaşı Zauru qapını açması üçün hasara çıxartmış və Zaur həyətə keçib, dəmir parçası taparaq onunla qapını açmışdır.Bu zaman Zaura yaxınlaşaraq qapını qırmamasını bildirmiş, həmin vaxt Zaur ona bacısının evinin qapısı olduğunu, yaxşı etdiyini bildirərək əlindəki dəmir parçasını onun sol əlinə vurmuşdur.Sonra isə əliylə sağ qolunu bərkdən sıxaraq ona xəsarət yetirmişdir. Zaur qapının qıfılını sındırmiş, sonra isə Sevinc və Zaur onları təhqir etmiş, daha sonra isə çıxıb getmişlər.xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində qardaşı qızı Nəzakət evində olduğu zaman Nəzakət Şəxs evə qayıtmasını və zirzəminin pəncərəsindən evə daxil olmasını görmüşdür. Nəzakətin Sevincin yanına getmiş və onunla evin içərisində söhbət etməyə başlamışdır.O, da Nəzakətin arxasınca getmiş, lakin Sevinc evinə daxil olmamış, bu zaman Şəxs evin pilləkənlərinin yanına gələrək onu itələmiş, həmin vaxt başı evin divarına dəymişdir.Həmçinin Sevinc onun saçını yolmuşdur.O və Nəzakət Sevincin olduğu evdən çıxaraq Nəzakətin evinin həyətinə getmiş, başından xəsarət aldığından Nəzakətin evinin həyətində başına su qoymuşdur. Həmin vaxt digər qardaşı qızı X12 evinə gəlmişdir.Rəna gəldikdən sonra öz evinə getmiş, daha sonra Nəzakətin evinin həyətinə polis əməkdaşları gəlmişlər. Hazırda Şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur.İşin icraatına xitam verilməsini xahiş edir. İşdə olan 27 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Balakən rayonu Tülü kənd sakinləri Şəxs və X1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə qarşılıqlı müraciətləri əsasında toplanmış HK-1-180 və HK-1-181 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş,X1, X6, Şəxs və X7 əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilmələri və gələcəkdə baş verə biləcək hüquqa zidd əməllərin qarşısının alınması məqsədilə Balakən rayonu Tülü kənd sakini Şəxs ailəsinin münaqişəli ailə kimi Balakən RPŞ-də qeydiyyata götürülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-yə göndərilmişdir.. İşdə olan xx.xx.2024-cü il tarixli 79 nömrəli məhkəmə tibbi ekspertizasının rəyində göstərilmişdir ki; - X1 məhkəmə-tibbi müayinəsinə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm: 1.X2 müəyyən edilmiş xəsarətlər— sağ yuxarı ənsədə şişkinlik, sağ bazunun orta 1/3də arxa iç səthində 02 ədəd, sol saidin aşağı 1/3-də arxa səthdə 01 ədəd, sol əlin arxa səthində 01 ədəd qançırlar— küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə yəni, 15-xx.xx.2024-cü ildə (dəmir parçası ilə vurma və itələmə zamanı başının divara dəyməsi) nəticəsində əmələ gələ bilərdilər, birlikdə və ayrıayırlıqda sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
2. X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Balakən RMX-də arterial hipertenziya 3-cü mərhələ əlavə yüksək risk, kəllə daxili hipertenziya, ensofalopatiya xəstəliyi ilə müalicə almışdır. İşdə olan zərərçəkmiş şəxs X1 02 may 2024-cü il tarixli ərizəsində göstərilmişdir ki, Şəxs ilə barışmışdır. Ondan şikayəti yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, zərərçəkmiş şəxs X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmalarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına zərərçəkmiş şəxslərlə barışdığına görə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Hümbət Səlimov