Məhkəmə qərarları › İş №3(019)-20/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-20/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-20/2024 23.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1980-ci ildə Rusiya Federasiyasının Krasnodar vilayətində anadan olmuş, Rusiya Federasiyası Krasnodar şəhəri Kuba kəndi, Mira küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan, P Rus seriyalı ********* nömrəli pasportun sahibi- X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2023-cü il tarixində, təxminən saat 23.00 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan «MERSEDES-BENZ» markalı, P621MY799/EH278677 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Rusiya Federasiyası vətəndaşı X2 ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmış, X2 üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətində mütləq bəyan olunmalı hər bir hansı bir predmetin olmadığını, yalnız şəxsi əşyalarının olduğunu bildirmiş, bundan sonra «MERSEDES-BENZ» markalı P621MY799/EH278677 nişanlı yük nəqliyyat vasitəsinə kömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasının salonunda sol qapının yüxarı hissəsində tavana bitişik olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş ciblikdən gömrük nəzarətinə bəyan olunmayan darağı ilə birlikdə, üzərində ********** nömrəsi əks olunmuş 1 ədəd metal tapança aşkar olunmuş, aşkar olunmuş bir ədəd metal tapança protokol əsasında götürülmüşdür. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Balakən Gömrük İdarəsi tərəfindən 10 yanvar 2024-cü il tarixli, 00500-01059/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəməyə tərcüməçi vasitəsilə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. xx.xx.2023-cü il tarixində, təxminən saat 23.00 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan «MERSEDES-BENZ» markalı, P621MY799/EH278677 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Rusiya Federasiyası vətəndaşı X2 ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılması, X1 üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətində mütləq bəyan olunmalı hər bir hansı bir predmetin olmadığını, yalnız şəxsi əşyalarının olduğunu bildirməsi, bundan sonra «MERSEDES-BENZ» markalı P621MY799/EH278677 nişanlı yük nəqliyyat vasitəsinə kömrük yoxlamasının həyata keçirilməsi, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasının salonunda sol qapının yüxarı hissəsində tavana bitişik olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş ciblikdən gömrük nəzarətinə bəyan olunmayan darağı ilə birlikdə, üzərində ********** nömrəsi əks olunmuş 1 ədəd metal tapançanın aşkar olunması və aşkar olunmuş bir ədəd metal tapançanın protokol əsasında götürülməsi iş materiallarında olan «Mazımqara» gömrük postunun rəisinin Balakən Gömrük İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli raport, nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokol və həmin yoxlamanın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 02 dekabr 2023-cü il tarixli protokol, məhkəməballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 dekabr 2023-cü il tarixli, 3/-16- 16/2-3/2147; 9/9506 №-li rəyi, 10 yanvar 2024-cü il tarixli 00500-01059/24 nömrəli inzibati xəta haqqında protokol və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, X2 Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Həm də X1 əməli Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan «Mazımqara» gömrük postunun rəisi X3 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan, nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və həmin yoxlamanın videogörüntüləri əks olunmuş 1 ədəd CD diskindən görünür ki, xx.xx.2023-cü il tarixində, təxminən saat 23.00 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan «MERSEDES- BENZ» markalı, P621MY799/EH278677 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Rusiya Federasiyası vətəndaşı X2 ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. X2 üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətində mütləq bəyan olunmalı hər bir hansı bir predmetin olmadığını, yalnız şəxsi əşyalarının olduğunu bildirmişdir. Bundan sonra «MERSEDES-BENZ» markalı P621MY799/EH278677 nişanlı yük nəqliyyat vasitəsinə kömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasının salonunda sol qapının yüxarı hissəsində tavana bitişik olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş ciblikdən gömrük nəzarətinə bəyan olunmayan darağı ilə birlikdə, üzərində ********** nömrəsi əks olunmuş 1 ədəd metal tapança aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd metal tapança protokol əsasında götürülmüşdür. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Rusiya Federasiyasının vətəndaşı X2 gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən aşkar edilmiş darağa ıilə birlikdə üzərində ********** nömrəsi əks olunmuş 1 ədəd metal tapançanın özünü müdafiə məqsədi ilə aldığını, Rusiya Federasiyası ərazisində həmin tapançanın alış və satışı sərbəst olduğu üçün Azərbaycan Respublikasında da həmin tapançanının daşınmasının sərbəst olduğunu düşündüyünü və Azərbaycan Respublikasına gətirdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 dekabr 2023-cü il tarixli 3/-16-16/2-3/2147; 9/9506 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, sıxılmış hava təzyiqi iş prinsipinə mlaik olan, 6 mm kalibrli, «**********» nömrəli təlim-məşq təyinatlı pnevmatik tapançadır-odlu, qaz və soyuq silah hesab edilmir. Silahın üzərində modelinə və istehsalçısına dair hər hansı yazı-işarə olmadığından, modelini dəqiq müəyyən etmək mümkün olmadı. Tapançanın tətik-buraxıcı mexanizmi normal olaraq qarşılıqlı əlaqəyə girmədiyindən təyinatı üzrə istifadəyə yararsızdır; ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, 6 mm kalibrli, «**********» nömrəli təlim-məşq təyinatlı pnevmatik tapança təyinatı üzrə istifadəyə yararsız olduğu üçün qiymətsiz müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 22 dekabr 2023-cü il tarixli 3/-16-16/2- 3/2147; 9/9506 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən tərcüməçi vasitəsilə Balakən Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, məhkəmə baxışında işə onun iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutları araşdırıb, işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, X2 barəsində inzibati xətanın bilavasitə obyekti olan malın müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsində saxlanılan darağı ilə birlikdə 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, 6 mm kalibrli, «**********» nömrəli təlim-məşq təyinatlı pnevmatik tapança müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlət mülkiyyətinə keçirilsin); iş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar