Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-200/2023 02.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, X11 katibliyi, oğlunun, Balakən Rayon Polis X10 Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi X17 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 iştirakı ilə X6 Balakən Rayon Polis Şöbəsinin MN1369473 nömrəli, 15 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X12 Balakən RPŞ-nin 15 aprel 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikası İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası İXM-nin 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Azərbaycan Respublikası İXM-nin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; 57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. İş materiallarından görünür ki, X1 RPŞ-nin rəis müavini X19 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN1369473№-li qərarından həmin qərarın ona rəsmi qaydada verildiyi vaxtdan-xx.xx.2023-cü il tarixdən on gün müddətində (xx.xx.2023-cü il tarixdə poçta təqdim etməklə) şikayət vermiş və bununla bağlı qanunun tələblərini gözləmişdir. Ona görə də onun şikayətinə baxılması qanunidir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X12 şikayətini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qazma kənd sakinidir. 15 aprel 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində onu Balakən Rayon Polis Şöbəsinə dəvət edərək, guya ona məxsus evdə bağlı saxladığı itinin kimisə tutması barədə polisə şikayət daxil olduğunu, bunun üçün izahat verilməsini tələb etdilər. O da öz növbəsində belə bir halın olmadığını, əgər baş verdiyi halda zərərçəkmiş şəxsin Balakən RPŞ-nin İTB-nə gətirilməsini istədi. Belə olduğu təqdirdə polis əməkdaşları onu evə buraxdılar. 27 aprel 2023-cü il tarixdə Balakən RPŞ-dən ona məktub göndərilmiş və məktubda Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsinə əsasən 200 manat inzibati cərimə edilməsi qeyd edilmişdir. Həmin məktubda inzibati xəta haqqında protokol, inzibati xəta haqqında qərar və qərarın icrasına dair müşayiətedici məktub əlavə edilmişdir. Barəsində olan inzibati xəta haqqında protokolla tanış olduqda məlum olur ki, guya o, xx.xx.2023-cü il tarixdə axşam saat 18:24, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirılməsinə yol verdiyinə gorə Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokolun özü qüsurlu tərtib edilmiş, protokolda iki ayrı-ayrı inzibati xətanın dispozisiya hissəsi yazılıb, ümumiyyətlə xırda xuliqanlıqla ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlaması qeyd edilmişdir ki, bu da tam anlaşılmazlıq yaradır. Arxasınca isə dərhal barəsində inzibati xəta haqqında qərar qəbul edilərək 200 manat cərimə edilmişdir. Ümumiyyətlə barəsində yazılmış prtokol və qərar tam əsassız və qanunsuzdur. Barəsində tərtib edilmiş protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmiş, orada göstərilən inzibati xəta hadisəsini sübut edən hər hansı sənədlər əlavə edilməmiş, ondan izahat alınmamış, inzibati xəta hadisəsini olub-olmaması, həmin inzibati xəta hadisəsində onun iştirakı və təqsirinin olub-olmamasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Hesab edir ki, Balakən Rayon Polis Şöbəsi onu əsassız və qanunsuz inzibati məsuliyyətə cəlb etməklə onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X12 barəsində inzibati xəta haqqında protokol tərtib edən Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5 Abdulla Ziyavəddin oğlunun barəsində ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəs ilə 15 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin protokol əsasında Balakən RPŞ-nin rəis müavini X19 inzibati tənbeh vermə haqqında 15 aprel 2023-cü il tarixli, MN1369473 saylı qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 200 (iki yüz) manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və Balakən RPŞ-nin rəis müavini X19 inzibati tənbeh vermə haqqında 15 aprel 2023-cü il tarixli, MN1369473 saylı qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi və Balakən RPŞ-nin İTB-nin sahə rəisini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməli, Balakən RPŞ-nin rəis müavini X19 X12 barəsində 15 aprel 2023-cü il tarixli MN1369473 nömrəli inzibati tənbeh haqqında qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin Balakən RPŞ-yə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Balakən RPŞ-nin İTB-nin iki sahə rəisi tərəfindən X7 istinad olunan inzibati xəta üzrə eyni tarixli və nömrəli iki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, şikayətə əlavə olunmuş Balakən RPŞ-nin İTB-nin polis sahə rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1665384 nömrəli protokolda X7 xx.xx.2023-cü il tarixdə axşam saat 18-24-də xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və yetişdirilməsinə görə Azərbaycan Respublikası İXMnin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istinad olunmuşdur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi X24 tərəfindən tərtib olunmuş 15 aprel 2023-cü il tarixli MN1665384 nömrəli inzibati xəta haqqında protokolda isə X7 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxladığı iti küçəyə buruntaqsız buraxaraq ev heyvanlarının saxlanılması qaydalarını pozmasına görə Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istinad olunmuşdur. İş materiallarında olan Balakən RPŞ-nin rəis müavini X19 15 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X12 Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş X1 RPŞ-yə verdiyi izahatında axşam saatlarında evə gəldiyində həyat yoldaşının ona kəndin uşaqlarının onların yerdən keçərkən itlərini daşladığını bildirdiyini, Bəhruzun uşaqlarının həmişə iti daşladığını, Cillik kəndində yaşayan Anar Bodurovun ona zəng vuraraq onların itlərinin adam tutduğunu bildirdiyini, həmin vaxt onun evdə olmadığını, Ramazan ayı olduğu üçün iti bağlı saxlamadıqlarını, xx.xx.2023-cü il tarixdə ərazi sahə rəisinin gələrək ona itlərinin X15 tutduğunu bildirdiyini, bundan xəbəri olmadığını qeyd etmişdir. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş X4 RPŞ-yə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə saat təxminən 18.00 radələrində azyaşlı oğlu X2 halvası paylamaq üçün küçəyə çıxdığını, bu zaman qonşuluqda yaşayan Abdullanın ititnin üzərinə hücum çəkərəq sol ayağının arxa hissəsindən tutduğunu, buna görə də həmin tarixdə Balakən Rayon Xəstəxanasına müraciət etdiklərini,həkimlərin onlara ilk tibbi yardım göstərdiklərini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Azərbaycan Respublikası İXM-nin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Azərbaycan Respublikası İXM-nin 62.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: 62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 62.2.2. izahat vermək; 62.2.3. sübutlar təqdim etmək; 62.2.4. vəsatət və etirazlar vermək; 62.2.5. hüquqi yardımdan istifadə etmək; 62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək; 62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 62.2.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 62.2.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Azərbaycan Respublikası İXM-nin 62.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İXM-nin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokola aid qanunvericiliyin tələbləri pozulmuş, nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin hüquqları pozulmuş, işə baxan vəzifəli şəxs tərəfindən də bu hallara hüquqi qiymət verilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Balakən RPŞ-nin İTB-nin iki sahə rəisi tərəfindən X7 istinad olunan inzibati xəta üzrə eyni tarixli və nömrəli bir-birindən fərqli iki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, şikayətə əlavə olunmuş Balakən RPŞ-nin İTB-nin polis sahə rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1665384 nömrəli inzibati xəta haqqında protokolda X7 xx.xx.2023-cü il tarixdə axşam saat 18-24-də xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və yetişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istinad olunmuşdur. Balakən RPŞ-nin İTB-nin sahə rəisi X24 tərəfindən tərtib edilmiş 15 aprel 2023-cü il tarixli MN1665384 nömrəli inzibati xəta haqqında protokolda isə X7 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxladığı iti küçəyə buruntaqsız buraxaraq ev heyvanlarının saxlanılması qaydalarını pozmasına görə Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi istinad olunmuşdur. Hər iki protokol eyni tarix və nömrə ilə tərtib olunmaqla həmin protokollarda X7 istinad olunan inzibati xətanın mahiyyəti və inzibati xətaya görə məsuliyət nəzərdə tutlan İXM-nin müvafiq maddəsi düzgün göstərilməmişdir. Belə ki, Balakən RPŞ-nin İTB-nin polis sahə rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1665384 nömrəli protokolda X7 həm xırda xuliqanlığın dispozisiyasını təşkil edən hərəkətlər (ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər), həm də ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılması, qidalandırılması, gəzdirilməsi və yetişdirilməsi hərəkətləri inkriminə olunmaqla bu əməllərlə bağlı onun haqqında Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsilə inzibatti xəta haqqında iş üzrə icraat başlanmışdır. Halbuki bu əməllər tamamilə bir-birindən fərqlənməklə onlara görə İXM-nin müxtəlif maddələrində məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində, it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində məsuliyyət müəyyən edilmişdir. Lakin Balakən RPŞ-nin İTB-nin sahə rəisi Həmid Tanrıverdiyev tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda X6 xırda xuliqanlıq etməsi, yoxsa ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılması, qidalandırılması, gəzdirilməsi və ya yetişdirilməsi qaydalarını pozması ilə bağlı inzibati xətanın mahiyyəti göstərilməmişdir. Həmçinin həmin protokolda X6 hansı ev heyvanlarını hansı qadağan edilmiş yerlərdə saxlanılması, qidalandırılması, gəzdirilməsi və ya yetişdirilməsi qaydalarını pozması, bunun nədə ifadə olunması qeyd edilməmişdir. Bundan başqa həmin protokolda Abdulla Xəlilova istinad olunan əməlin 11 aprel 2023-cü il tarixdə saat 18-24 saatlarında törədilməsi göstərilməklə xətanın törədildiyi vaxt dəqiq göstərilməmişdir və digər protokolda göstərilən vaxtdan fərqlənir. Belə ki, saat 18-24 rəqəmləri 6 saatlıq bir məsafəni nəzərdə tutur ki, bu da xətanın məhzv həmin 6 saatın hansı müddətində törədilməsini müəyyən etmir. Balakən RPŞ-nin İTB-nin sahə rəisi X24 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla isə X8 Azərbaycan Respublikası İXMnin 290.1.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla həmin protokolda X6 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxladığı iti küçəyə buruntaqsız buraxaraq ev heyvanlarının saxlanılması qaydalarını pozması göstərilmişdir. Halbuki itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə İXM-nin 290.1.4-cü maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. Buradan aydın olur ki, bu inzibati xəta haqqında protokolda da inzibati xətanın mahiyyəti və İXM-də nəzərdə tutulmuş maddəsi düzgün göstərilməmişdir. Həmçinin Balakən RPŞ-nin İTB-nin sahə rəisi X24 tərəfindən tərtib edilən inzibati xəta haqqında protokolda hadisənin xx.xx.2023-cü il tarixdə saat 18 radələrində baş verməsi göstərilmişdir ki, bununla bağlı xətanın törədildiyi vaxt əvvəlki protokolda xətanın törədildiyi göstərilən vaxtdan fərqlənir. Ümumiyyətlə İXM-də eyni iş üzrə iki inzibati xəta haqqında protokolun tərtib edilməsi nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən protokol ciddi hesabat sənədi olmaqla nömrələnmiş blanklarda tərtib olunmalıdır (İXM-nin 100.5-ci maddəsi). Bundan başqa iş materiallarında 11 aprel 2023-cü il tarixdə saat 18 radələrində X7 məxsus itin Balakən rayonu Qazma kənd sakini X16 azyaşlı oğlu X3 ayağının arxa hissəsini tutması qeyd olunur. Belə olan halda hadisə nəticəsində Nihad Süleymanovun sağlamlığına hər hansı xəsarətin, o cümlədən yüngül bədən xəsarətinin yetirilib-yetirilməməsi ilə bağlı məhkəmətibbi ekspertizası təyin edilməli, bu ekspertizanın müvafiq rəyi alınmalı, həmçinin Nihad Süleymanova maddi zərərin vurulub-vurulmaması araşdırılmalı, bununla bağlı müvafiq sənədlər inzibati xəta haqqında protokola əlavə olunmalı idi. Belə ki, hadisə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyi təqdirdə və ya zərərçəkmiş şəxsə maddi zərərin vurulmasının müəyyən edildiyi təqdirdə əməl İXM-nin 290.3-cü maddəsinin tərkibini yaradır ki, inzibati xəta haqqında protokol da məhz Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsilə tərtib edilməli idi. Belə ki, Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsində bu Məcəllənin 290.1ci maddəisndə nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə vəya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iş üzrə heç bir araşdırma aparılmamaqla hadisə nəticəsində Nihad Süleymanovun sağlamlığına hər hansı xəsarətin, o cümlədən yüngül bədən xəsarətinin yetirilib-yetirilməməsi ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilməmiş, həmin ekspertizanın müvafiq rəyi alınmamış, Nihad Süleymanova maddi zərərin vurulubvurulmaması araşdırılmamış, bununla bağlı müvafiq sənədlər inzibati xəta haqqında protokola əlavə olunmamışdır. Həmçinin azyaşlı Nihad Süleymanov və onun qanuni nümayəndəsi olan anası X20 zərərçəkmiş şəxs qismində tanınmamışlar. Halbuki it qapması və xəstəxanada müalicə alması nəticəsində zərər çəkmiş şəxsin xəsarət alması və ona maddi zərər dəyməsi şübhə yaratmır. Qeyd olunananlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokolda (hər iki protokolda) inzibati xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXMnin müvafiq maddəsi düzgün göstərilməməklə, həmçinin şahidlərin və zərərçəkmiş şəxsin adı, atasının adı, soyadı, onların yaşadığı ünvan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, inztibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu barədə qeydlər göstəriməmiş, protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, bununla da İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə aid tələblər kobud şəkildə pozulmuş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 İXM-nin 61-ci maddəsində və digər maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahatlar vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, öz müdafiəsini hazırlamaq, müdafiəçinin hüquqi yardımından istifadə etmək və sair hüquqları pozulmuş, həmçinin zərərçəkmiş şəxs olan şəxsin İXM-nin 62-ci maddəsində və digər maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaqla, izahat vermək, sübutlar təqdim etmək, vəsatətlər və etirazlar vermək, hüquqi yradımdan istifadə etmək və sair hüquqları kobud şəkildə pozulmuşdur. İnzibati xəta haqqında işə baxan vəzifəli şəxs tərəfindən də hüquq pozuntularına yol verilmiş, yol verilən bu qanun pozuntuları nəzərə alınmamış və onlara hüquqi qiymət verilməmiş, protokolun düzgün tərtib edilməsinə əhəmiyyət verilmədən, təqdim edilmiş materialların natamam olmasına baxmadan, onları tamamlamadan və ya onların tamamlanması üçün protokolu onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmasını məsələsini həll etmədən, iş üzrə iki bir-birindən fərqli inzibati xəta haqqında protokolun olmasına əhəmiyyət vermədən və onlardan hansı üzrə işə baxılmasını müəyyən etmədən X12 İXMnin 290.1.1-ci maddəsilə təqsirli bilənərək 200 manat cərimə edilmihşdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 haqqında İXM-nin 290.1.1-ci maddəsilə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanarkən və Balakən RPŞ-nin rəis müavini tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən işin vacib faktiki halları araşdırılmamış, ona istinad olunan inzibati xətaya aidiyyətini təsdiq edən bütün sübutlar toplanmamış, həmin sübutlara hüquqi qiymət verilməmiş və qərar qəbul edidlmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 79.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nin 79.3-cü maddəsinə əsasən mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İXM-nin 80.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-nin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Azərbaycan Respublikası İXM-nin 83.2-ci maddəsinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 83.3-cü maddəsinə əsasən müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, müvafiq araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən X6 Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları, o cümlədən müdafiə hüquqları pozulmuşdur. 15 aprel 2023-cü il tarixdə X12 barəsində inzibati xəta haqqında işə baxılarkən də eyni qanun pozuntularına yol verilmişdir. Belə ki, işə baxılarkən ümumiyyətlə X6 iştirakı təmin edilməmişdir. Belə olan halda təbiidir ki, işə baxılarkən iştirakının təmin olunmadığı halda X7 Azərbaycan Respublikası İXM-də və yuxarıda istinad olunmuş qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqları, o cümlədən özünə qarşı izahat verməmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, həmçinin müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları izah edilməmiş, həmin hüquqlardan istifadə edilməsinə şərait yaradılmamış, öz seçdiyi müdafiəçi və ya dövlət hesabına təyin edilmiş müdafiəçi vasitəsilə hüquqi yardım almaq hüququ təmin edilməmişdir. Bununla da X12 onun barəsində inzibati xəta haqqında icraat başlamış orqan (vəzifəli şəxs) və işə baxılmasını həyata keçirən orqan (vəzifəli şəxs) qarşısında əlverişsiz vəziyyətə salınmışdır. Ona görə də X12 ona istinad edilən inzibati xəta üzrə öz müdafiəsini təşkil etmək hüququndan və bunun üçün qanunda nəzərdə tutulmuş imkanların həyata keçirilməsindən məhrum edilmişdir. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 60, 61, 63 və 127-ci maddələrində, həmçinin Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir;hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır; qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir; hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır; cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində isə işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müavafiq baxılması, ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərdliyi əsasında həyata keçirilməsi, işlərin icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, icraatın istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyasına əsaslanması təsbit edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşə baxan vəzifəli şəxs tərəfindən X6 İXM-nin 290.1.1-ci maddəsilə təqsirli bilinməsi üçün işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanmaqla işdə olan sübutlar obyektiv qiymətləndirilməmiş, hansı qanuni əsaslarla hansı sübutların mötəbər olması, hansı sübutların isə mötəbər olmaması, hansı mötəbər sübutlarla hansı faktoloji halların müəyyən olunması aydınlaşdırılmamış, işin hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60, 63 və 127-ci maddələri, Avropa Konvensiyasının 6-cı maddəsi və onun tətbiqi təcrübəsi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərində (Dombo Beheer BV Belçikaya qarşı iş, Ofner və Norfingerin işi və sair) ədalətli məhkəmə araşdırması hüququ əsasən iki təməl prinsipin real olaraq mövcudluğunu özündə ehtva edir: 1) ilkin şərtlərin bərabərliyi prinsipi; 2) çəkişmə prinsipi. Bu prinsiplərin mahiyyəti ondan ibarətdir ki, işə baxan orqan və ya vəzifəli şəxs tərəfindən tərəflərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmalı, qanunda nəzərdə tutulmuş bütün prosessual hüquqi təminatlar hər iki tərəf üçün eyni qaydada təmin olunmalı, həmçinin tərəflərin işə baxılmasında iştirakı təmin olunmaqla işdə olan bütün sübutların araşdırılması, o cümlədən hər bir tərəfin təqdim etdiyi sübutlarla müəyyən olunmuş halların digər tərəfin təkzib edilməsi üçün tərəflərə tam imkanlar yaradılmalı, bu zaman işə baxan orqan işə qərəzsiz, obyektiv və ədalətli baxmaqla yalnız arbitr funksiyasını yerinə yetirməlidir. Həmin standartları hazırki işə tətbiq edərək, hesab edirəm ki, X6 Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyəti barədə nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da X6 Azərbaycan Respublikası Konstitusiyasının 60, 63 və 127-ci maddələrində və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Göstərilənlərin işığında şübhəsizdir ki, X6 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmalı, X6 əməlinə düzgün hüqqui qiymət verilməli, bu barədə düzgün olaraq inzibati xəta haqqında protokol tərtib olunmalı, onun Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində və ya İXM-nin başqa maddəsində nəzərdə tutulan əmələ aidiyyətinin olub-olmaması, həmin əməldə onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün müvafiq mötəbər sübutlar əldə olunmalı, onun əməlinə düzgün hüquqi qiymət verilməli və son nəticədə iş üzrə ədalətli və qanuni qərar qəbul edilməlidir. Bu səbəbdən də şikayət təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəis müavinin 15 aprel 2023-cü il tarixli sözügedən qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Həmin orqan (vəzifəli şəxs) tərəfindən işə yenidən baxılarkən təqdim edilmiş materialların natamam olub-olmaması və işə baxılarkən tamamlamağın mümkün olubolmaması və ya protokolun onu tərtib etmiş vəzifəli şəxsə qaytarılıb-qaytarılmaması məsələsi həll edilməli, iş araşdırılarkən və işə baxılarkən X6 qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən təqsirsizlik prezumpsiyası hüququ, ona istinad olunan inzibati xəta üzrə sübutetmə yükünün onun üzərinə qoyula bilinməməsi, özünə qarşı izahat verməmək hüququ, sübutlar təqdim etmək, etirazlar və vəsatətlər vermək, özünün seçdiyi və ya lazımi vəsaitə malik olmadığı halda dövlət hesabına təyin edilmiş müdafiəçinin hüquqi yardımından istifadə etmək və sair hüquqları izah edilməli, bu hüquqların həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanlar yaradılmalı, işdə olan yuxarıda göstərilən ziddiyətli hallar aradan qaldırılmalı, müvafiq sorğular əsasında sənədlər alınıb iş materiallarına əlavə edilməli, zərərçəkmiş şəxs qismində X18 (qanuni nümayəndəsi) tanınmalı, işə baxılarkən zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakı təmin edilməli, İXM-nin 75-ci maddəsində nəzərdə tutulmuş halların olub-olmaması ilə bağlı əldə edilmiş sübutların mötəbər və qanuni olub-olmaması müəyyənləşdirilməli, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanmış obyektiv qiymət verilməli və iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. İşin araşdırılmış halları ona deməyə tam əsas verir ki, işə baxan orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarını araşdırmamış və İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu da inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi üçün qanunda nəzərdə tutulmuş əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:...134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması…135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X6 şikayəti təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəis müavini X19 15 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Balakən Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49-51, 115 və 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X6 şikayəti təmin edilsin; Balakən Rayon Polis Şöbəsinin rəis müavini X19 15 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Balakən Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-200/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-200/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver