Məhkəmə qərarları › İş №3(019)-201/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-201/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-201/2025 20.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqında icraat başlamış Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zaməddin oğlunun iştirakları ilə, xx.xx.1975-ci ildə Gürcüstanın Laqodexi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx olan, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qazbinə kəndində yaşayan Şəxs Zaməddin oğlu barəsində Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Orucov X4 şəhəri, S.Əsgərova küçəsində, oğlu Səxavət Orucova məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin məlumatlandırma icraatının tələblərinə riayət etmədən yaşayış evi inşa etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zaməddin oğlunun həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 348 nömrəli Fərmanı ilə təsdiq olunmuş, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11 və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı Balakən şəhəri, S.Gözəlov küçəsində X5 məxsus kənd təsərrüfatıf təyinatlı torpaq sahəsində onun atası Şəxs Zaməddin oğlu tərəfindən yaşayış evi inşa edildiyi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs Zaməddin oğlu 2024-cü ilin aprel ayında həmin torpaq sahəsini almış və dərhal da orada tikinti aparmağa başlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən bununla bağlı 24 aprel 2025-ci ildə akt tərtib ounmuş və Şəxs Zaməddin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Şəxs Zaməddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə olunmuşdur. Buna baxmayaraq o, tikintini dayandırmamış, 2024-cü ilin noyabr ayına kimi tikinti apararaq evin tikintisini başa çatdırmışdır. Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zaməddin oğlu izahatında göstərdi ki, o,2024-cü ilin mart ayında Mahamalar kənd sakini X1 Balakən şəhəri ərazisindən 4500 manat verərək 3 sot həyətyanı torpaq sahəsi adı ilə torpaq almışdır. Torpaq sahəsi müharibə veteranı olan oğlu X3 adınadır. Oğlu hazırda Rusiya Federasiyasındadır Uzun illər çox pis mənzil şəraitində yaşadığına görə torpaq aldıqdan sonra orada ev tikməyə başlamışdır. Evi tikməyə başladıqdan sonra 2024-cü ilin aprel ayında həmin torpağın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu bilmişdir. Buna görə o, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən 500 manat cərimə olunmuşdur. Aldığı tikinti materialları xarab olacağından, o cərimə olunduqdan sonra da tikintini davam etdirmiş və 2024-cü ilin noyabr ayında evin tikintisini başa çatdırmışdır. Əməlindən peşimandır,barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən X5 ünvanlanmış 24 aprel 2024-cü il tarixli 15 nömrəli bildirişdə göstərilmişdir: 25 fevral 2025-ci il tarixli ŞZRB-YP-055 nömrəli yoxlamanın aparılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 348 nömrəli Fərmanı ilə təsdiq olunmuş,”Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11 və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, Balakən şəhəri, S.Əsgərova küçəsində kənd təsərrüfatı təyinatlı torpaqda X6 qanunsuz olaraq tikinti işləri aparmışdır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti işləri aparmaq yorverilməzdir və qanunla qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci madldəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanın yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icəzə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə -fiziki şəxslər 800 (səkkiz yüz) manatdan 1000 (min) manatadək məbləğdə, vəzifəli şəxslər 2500 (iki min beş yüz) manatdan 4000 (dörd min) manatadək məbləğdə, hüquqi şəxslər 20000 (iyirmi min) manatdan 25000 (iyirmi beş) manatadək məbləğdə cərimə edilir. Sizə,obyektin zərəri sənədlərini hazırlayanadək tikinti işlərinin dərhal dayandırılmasını tövsiyə edir. Bildiririk ki, müvafiq əsas olmadan tikinti işlərinə başlamağınız barəsində məlumatlar Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyinə,Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndəriləcəkdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə ünvanlanmış 20 may 2024-cü il tarixli 5-36/2-627/224 nömrəli məktubda gösətrilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 348 nömrəli Fərmanı ilə təsdiq olunmuş, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11 və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı Balakən şəhəri, S.Əsgərova küçəsində Mahamalar kənd sakini X6 tərəfindən özünəməxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsininin 80.4-cü maddəsinin, məlumatlandırma icraatının tələblərinə riayət edilmədən yaşayış evinin tikintinsinə başladığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən edilmiş məlumatlandırma icraatının tələblərinə əməl edilmədən kənd təsərrüfatı təyinatlı torpaqda X6 tərəfindən özünəməxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən edilmiş məlumatlandırma icraatının tələblərinə əməl edilmədən tikinti işlərini aparmış şəxs barəsində məlumatı qanunvericiliyə uyğun tədbir görülməsi üçün sizə təqdim edirik. Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin Məlumatlandırma icratının tələblərinə riayət edilmədən yaşayış evinin tikintisinə başladığı müəyyən olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xüsusi mülkiyyətdə olan əkin pay torpağından məqsədli təyinatına uyğun olmayaraq başqa məqsədlər üçün istifadə etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1- 1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Zaməddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətatı törətmişdir,onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs Zaməddin oğlunun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Zaməddin oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini, onun təqsirinin dərəcəsini, tikintiyə başlayarkən tikinti aparmasının qanunsuz olmasının izah olunmasına,barəsində inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq,qanunsuz hərəkətlərini davam etdirib tikintini başa çatdırmasını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zaməddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar