Məhkəmə qərarları › İş №3(019)-204/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-204/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-204/2023 11.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X1 Bölməsinin (bundan sonra Balakən RPŞ-nin İTB) sahə rəisi X3, zərərçəkmiş şəxslər X4 və X5 qanuni nümayəndəsi X6, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Goranboy rayonu Qaraçinar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmayan, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində qeydiyyatda olmaqla Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə Balakən rayonu Qazbinə kəndində yerləşən fərdi yaşayış evində 2 azyaşlı övladları X11 və X12 döyərək onlara qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 11 may 2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində əri X14 və iki az yaşlı övladları Yusif və Ayan ilə birlikdə yaşayır. Asim ilə son zamanlar münasibətləri yaxşı deyildir. Demək olar ki, çox zaman mübahisələri olur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında övladları ilə evdə olmuş, lakin Asim evdə olmamışdır. Evdə olduqlarında uşaqlar nadinclik etdikləri üçün Ayan və Yusifi təpik və telefon naqili ilə vuraraq döymüşdür. Hazırda zərərçəkmiş şəxslər X4 və X5 qanuni nümayəndələri X14 ilə barışmış, aralarında olan narazılıq aradan qalxmışdır. Zərərçəkmiş şəxslər X4 və X5 qanuni nümayəndəsi X6 ona qarşı tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxslərlə barışdığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında azyaşlı zərərçəkmiş şəxslər X4 və X5 qanuni nümayəndəsi X14 izahatında göstərdi ki, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində arvadı Zülfiyyə, az yaşlı övladları Yusif və Ayan ilə birlikdə yaşayır. O, xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə müayinə olunmaq üçün həkimə getmişdir. xx.xx.2023-cü il tarixdə evə qayıtdıqda övladları Yusif və Ayanın hər ikisi o evdə olmadığı zaman Zülfiyyənin onları təpik və telefon naqili ilə vuraraq döydüyünü bildirmişdir. O da həmin zaman Zülfiyyəyə bir söz demədən 102 xidmətinə şikayət etmiş və daha sonra ərizə yazmaq üçün polis şöbəsinə gəlmişdir. Hazırda Şəxs ilə barışmış, aralarında olan narazılıq aradan qalxmışdır. Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X8 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 may 2023-cü il tarixli qərarından görünür ki, Balakən rayonu Mahamalar (Qazbinə) kənd sakinləri X14 və Şəxs qarşılıqlı şikayətləri əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan Balakən RPŞ-nin X2, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, X13 və Şəxs göndərilməsi qərara alınmışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 107 nömrəli qərarından görünür ki, X9 müəyyən edilmiş xəsarət—sağ dizin bayır səthində sıyrıq—küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2023-cü ildə əmələ gələ bilərdi, sağlamlığa Zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 108 nömrəli qərarından görünür ki, X5 bədəni üzərində hər-hansı xəsarət olmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin azyaşlı zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi ilə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında azyaşlı zərərçəkmiş şəxslər X4 və X5 qanuni nümayəndəsi X14 məhkəməyə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını göstərərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxslər X4 və X5 qanuni nümayəndəsi X14 ilə barışdığını göstərərək, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, zərərçəkmiş şəxslər X4 və X5 qanuni nümayəndəsi X14 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmasını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 109.2, 114-115 və 128-132-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi ilə barışdığına görə xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar