Məhkəmə qərarları › İş №3(019)-21/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-21/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-21/2022 11.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi , məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru Nümayəndə , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamal oğlunun iştirakı ilə xx.xx.1976-cı ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Mahamalar kəndində yaşayan Şəxs Kamal oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Kamal oğlu 10 yanvar 2022-ci il tarixdə saat 20:28-də VAZ 2101 markalı **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən şəhəri H.Əliyev prospektində narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamal oğlunun sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru Nümayəndə oğlu göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis kiçik serjantı X2 10.01.2022-ci il tarixdə saat 14 radələrində Balakən şəhəri, H.Əliyev prospektində Balakən rayon PŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Anar Mirəliyevlə birlikdə xidlmətdə olarkən “Asan Xidmət”in qarşısında VAZ-2101 markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomaşının gah yolun sağ tərəfində dayanmasını, gah da irəliləməsini görmüşlər. Aydınlaşdırmaq məqsədi ilə həmin avtomaşını saxlatmış, yoxlama zamanı sürücünün göz bəbəklərinin böyüdüyünü, qızardığını və gözlərinin yaşardığını görüb, onun narkotik vasitə istifadə etməsindən şübhələnərək rayon polis şöbəsinə dəvət etmiş və bu barədə polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Həmin şəxsin Balakən rayonu Mahamalar kənd sakini Şəxs oğlu olması müəyyən edilmiş və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, ailə üzvləri ilə birlikdə Balakən rayonunun Mahamalar kəndində yaşayır. 10.01.2021-ci il tarixdə idarə etdiyi VAZ-2101 markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində hərəkətdə olarkən DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu rayon PŞ-nə dəvət etmişlər. Bundan sonra onu narkoloji dispanserə aparmışlar. Ondan analiz götürülmüş və onun narkotik maddələrdən istifadə etdiyi müəyyən edilmişdir. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan 10 yanvar 2022-ci il tarixli 10 A nömrəli sərxoşluq hallarının bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 10 yanvar 2022-ci il tarixdə müayinə zamanı Şəxs oğlunun sidiyində narkotik vasitə aşkar edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat miqdarında cərimə və nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilə kimi məhdudlaşdırılması inzibati tənbehi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Umarov Kəmran Kamal oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 07 (yeddi) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar