Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-211/2020 01.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi, polis baş leytenantı x2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x1, müdafiəçi-Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, 06.08.1973-cü ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və orada yaşayanx5 –haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: x5 13.06.2020-ci il tarixdə, qardaşının həyətyanı sahəsində əsassız yerə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söymüş, bundan sonra xəbərsiz arxadan sifət, baş və ayaq nahiyəsinə yumruq, sillə və ayaq ilə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı x6 tərəfindən x5 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 29 iyun 2020-ci il tarixli, MN seriyalı, 0476970№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. 13.06.2020-ci il tarixdə bacısı Həlimət yaşadığı evə gəlmişdir. Həyətdə ondan 90 manat pul borc istədikdə o, bacısı Həlimətə imkanı olmadığını, ona pul verə bilməyəcəyini demişdir. Bu səbəbdən də bacısı Həlimət onunla aqressiv danışmağa başlamış, ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamışdır. O da bacısı Həlimətə “çıx rədd ol qapımızdan deyərək” onu evdən qovmuş, özü də həyətdən çıxmışdır. Bacısı Həlimət əvvəllər öz-özünə xəsarət yetirən biridir. Bacısı öz evində də heç kimlə yola getmir. O, nevroz xəstəsidir. İndiyə qədər bir dəfə də olsun yaşlı anasının vəziyyəti ilə maraqlanmamışdır. Hətta onlara gələndə anasının üstünə çığırır, heç vaxt hörmət qoymur. O, bacısı Həliməti söyməmiş, yaxud da döyməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 13.06.2020-ci il tarixdə o, evdə olan vaxt qardaşı Aydının həyat yoldaşı Sevda ona zəng edib mürəbbə bişirmək üçün albalı aldığını və ona kömək etməsini xahiş etmişdir. O da evdən çıxıb qardaşı Aydıngilə getmişdir. Evin həyətində Sevda ilə albalı təmizləyəndə Aydın ilə bir evdə yaşayan əyyaşlıqla məşğul olan qardaşı Adili sərxoş formada sürüyə-sürüyə qonşu Qüdrət adlı şəxs evə gətirmişdir. Bir az sonra qardaşı həyətə düşəndə orada yıxılmış, o da heç bir söz deməyib Sevda ilə oturub albalı təmizləmişdir. Adil gəlib onun arxasında stulda əyləşmişdir. O, Sevdadan onu göstərib onun kim olduğunu soruşmuşdur. Sevda ona bacısı olduğunu deyəndə Adil onun ünvanına nalayiq söyüşlər söyüb onun təhqir etmişdir. Adil qəfildən arxadan gəlib xəbərsiz olaraq birinci onun sifətinin sol tərəfində, sonra başının ortasına və sifətinin sağ yan tərəfinə sillələr vurmuşdur. O, ayağa qalxanda isə ayağı ilə sağ ayağına təpik vurub onu döymüşdür. Hətta zərbələrin gücündən burnundan qan açılmış o, özündən getmişdir. Bundan sonra o, qardaşı Aydına zəng edib olanları dedikdən sonra 102 xidmətinə zəng etmişdir. Adil Sayılovdan şikayətçidir. Onun barəsində ən sərt tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. x5 onun oğludur. Zərərçəkmiş şəxs 13.06.2020ci il tarixdə onların evinə gələrək Adildən 90 manat pul borc istəmişdir. Adil də pul verməyəndə Həlimət özü-özünü döymüş, sonra da polisə zəng vurmuşdur. Həlimət öz oğlundan da şikayət edib tutdurmuşdur. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23.06.2020-ci il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə Zərərçəkmiş şəxs şikayəti əsasında toplanılmış HK-1- 362 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Zərərçəkmiş şəxs göndərilmiş, qərarın surəti x1 inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan MTE-nin 18.06.2020-ci il tarixli, 150 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət- sol sifətində və sağ baldırın yuxarı 1/3-də bayır səthdə qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 13.06.2020-ci ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, x5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini x1 məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə x1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x1 şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halları və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə x1 hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, x3 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» x4 Rekvizitləri: VÖEN **********, kod 200695,Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: x5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. x3 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» x4 Rekvizitləri: VÖEN **********, kod 200695,Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-211/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-211/2020
01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver