Məhkəmə qərarları › İş №3(019)-212/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-212/2020

02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-212/2020 02.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi x8 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x3 iştirakı ilə, 27.08.1973-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Talalar kəndində yaşayan x7 barəsində Balakən rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: x1 Rayon Məhkəməsinin 2(019)-407/2019 nömrəli 11 mart 2019-cu il tarixli icra sənədinə əsasən 11 fevral 2019-cu il tarixdən başlayaraq 19 may 2008-ci ildə doğulmuş x5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti x6 ödəməlidir. O, alimenti ödəməmiş, onun 1950 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq x7 aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. x3 göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, icra məmurunun ifadəsi və iş materiallarında olan sənədlərlə aşagıdakı qaydada tam təsdiq olunur. Məhkəmə iclasında x7 göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-407/2019 nömrəli 11 mart 2019-cu il tarixli icra sənədinə əsasən 11 fevral 2019-cu il tarixdən başlayaraq 19 may 2008-ci ildə doğulmuş x5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti x6 ödəməlidir. O, maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmişdir. Yaxın vaxtlarda çalışıb aliment borcunu ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahmudov Akif Hacıömər oğlu göstərdi ki, x1 Rayon Məhkəməsinin 2(019)-407/2019 nömrəli 11 mart 2019-cu il tarixli icra sənədinə əsasən 11 fevral 2019-cu il tarixdən başlayaraq 19 may 2008-ci ildə anadan olmuş x5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti x6 ödəməlidir. Əjdər Alışov alimenti ödəməmiş, hazırda onun 1950 manat aliment borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o, alimenti ödəmir. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-407/2019 nömrəli 11 mart 2019-cu il tarixli icra sənədindən görünür ki, icra sənədinə əsasən x2 11 fevral 2019-cu il tarixdən başlayaraq 19 may 2008-ci ildə anadan olmuş x5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti x6 ödənilməlidir. İşdə olan xəbərdarlıqlardan görünür ki, x7 borcun ödənməsi ilə bağlı icra məmuru tərəfindən dəfələrlə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, x7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş x3 məsuliyyətini yüngülləşdirilən və ağırlaşdırılan hallar yoxdur. İnzibati xəta törətmiş x3 şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun borcu ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: x7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 02 iyul 2020-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar