Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-213/2024 24.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru Nümayəndə1 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs MMC tərəfindən 20 oktyabr 2022-ci il tarixdə Rusiya Federasiyasının Belqorod vilayəti Starooskol şəhərində qeydiyyatda olan "xxxx" şirkəti ilə AZS/LA-2022/1054-22 saylı alqı-satqı müqaviləsi əsasında dəyəri 106000 ABŞ dolları olan 20000 kiloqram 11-13 mm diametr ölçülü fındıq ləpəsi yükü 19 sentyabr 2023-cü il tarixində **********7723 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 99DR838/99ZA601 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmış, göndərilən malın dəyərinin 105311 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 689 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesabına köçürülməmişdir. Balakən Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 3(019)-213/2024 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs- Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyul 2024-cü il tarixli 3(107)- 196/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Kamran Yusifov tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 3(019)-213/2024 nömrəli qərarı baxılmış şikayətə münasibətdə ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında göstərdi ki,hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) xx.xx.2023-cü il tarixdə **********7723 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 106000 ABŞ dolları olan 20000 kq dəyərində fındığ ləpəsi yükünü Balakən Gömrük İdarəsinin X2 rəsmiləşdirərək Rusiya Federasiyasının Belqorod vilayəti Starooskoy şəhərində qeydiyyatda olan "xxxx" şirkəti ünvanına konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunan malların müqabilində 105311 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 689 ABŞ dolları məbləğində valyutanın qanunla müəyyən edilmiş 180 gün müddətində geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi-icraçı direktoru Nümayəndə1 izahatında göstərdi ki, Şəxs MMC-nin icraçı direktoru vəzifəsində işləyir. Təmsil etdiyi müəssisənin əsas fəaliyyəti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 20 oktyabr 2022-ci il tarixdə Rusiya Federasiyasının Belqorod vilayəti Starooskol şəhərində qeydiyyatda olan "xxxx" şirkəti ilə Şəxs MMC arasında AZS/SLAV2022/1054-22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən dəyəri 106000 ABŞ dolları olan 20000 kiloqram 11-13 mm diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində gömrük bəyannaməsi (**********7723) ilə rəsmiləşdirilmiş və 99DR838/99ZA601 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmışdır.Göndərilən malın dəyərinin 105311 ABŞ dolları Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmüş, lakin qalan 689 ABŞ dolları isə ödənilməmişdir. İxrac etdikləri fındıq ləpəsi yükündə 130 kq hissədə quruma baş verdiyindən "xxxx" şirkəti 689 ABŞ dolları dəyərində 130 kq fındıq yükünü almamış və ona görə də 689 ABŞ dollarını təmsil etdiyi şirkətə ödəməmişdir. Bu fakt, yəni göndərilmiş 20000 kq fındıq yükünün quruma nəticəsində 689 ABŞ dolları dəyərində 130 kq miqdarında əskik gəlməsi və həmin 130 kq yükün "xxxx" şirkəti tərəfindən alınmaması və 689 ABŞ dollarının alıcı şirkət tərəfindən onlara ödənilməməsi malın çəkisi ilə bağlı tərtib edilmiş 26 sentyabr 2023-cü il tarixli akt, Rusiya Federasiyası Belqorod vilayəti Starooskol Ticarət-Sənaye Palatası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ********** nömrəli ekspertiza aktı, "xxxx" şirkətinin onlara göndərmədiyi 689 ABŞ dolları ilə bağlı xx.xx.2023-cü il tarixli 1541 nömrəli pretenziya məktubu ilə təsdiq olunur. Belə ki, Starooskol Sənaye Ticarət Palatası tərəfindən keçirilən ekspertiza zamanı 99DR838/99ZA601 dövlət qeydiyyat nişanlı avtomaşında olan fındıq yükü çəkilmiş və 689 ABŞ dolları dəyərində olan 130 kq fındıq yükünün əskik gəldiyi, həmin 130 kq yükün əskik gəlməsinin fındıqda olan quruma ilə bağlı olduğu müəyyən edilmiş və ona görə də "xxxx" şirkəti tərəfindən Şəxs MMC-yə quruma nəticəsində əskik gələn 130 kq fındığın qiymətini təşkil edən 689 ABŞ dolları məbləğində onlara pretenziya məktubu gəlmiş və həmin 689 ABŞ dolları məbləğin onlara ödənilməməsi bildirilmiş və bu pretenziyanın təsdiq olunması xahiş edilmişdir. Onlar da bu faktla razılaşmışlar. Fındıq yükündə olan quruma nəticəsində 689 ABŞ dolları məbləğində 130 kq fındıq yükünün əskik gəlməsi və "xxxx" şirkəti tərəfindən alınmaması və nəticədə onlara 689 ABŞ dollarının köçürülməməsi onların təqsiri nəticəsində baş verməmişdir. Şəxs MMC-nin 689 ABŞ dolları məbləğində pulun müvəkkil bank hesabına köçürülməməsində heç bir təqsiri yoxdur ki, bu da tərəfindən təqdim olunmuş Starooskol Ticarət-Sənaye Platası təşkilatı ekspertizasının xx.xx.2023-cü il tarixli ********** nömrəli ekspertiza aktı, "xxxx" şirkətinin xx.xx.2023-cü il tarixli pretenziya məktubu, 26 sentyabr 2023-cü il tarixli akt və işdə olan digər sənədlərlə təsdiq olunur. Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN- **********) 106000 ABŞ dolları olan 20000 kq fındıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində 19.09. 2023-cü il tarixdə **********7723 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 106000 ABŞ dolları məbləğində xarici valyutanı -689 ABŞ dollarını geri qaytarmamışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, Balakən Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsi ilə bağlı xəbərdar edilmiş, vəsaitlərin bankda olan hesaba köçürülməsi üçün 30 gün qaldığı qeyd edilmişdir. İnzibati materialda olan sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 20 oktyabr 2022-ci il tarixdə Rusiya Federasiyasının Belqorod vilayəti Starooskol şəhərində qeydiyyatda olan "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanmış AZS/LA-2022/1054-22 saylı alqı-satqı müqaviləsi əsasında dəyəri 106000 ABŞ dolları olan 20000 kiloqram 11-13 mm diametr ölçülü fındıq ləpəsi yükü 19 sentyabr 2023-cü il tarixində **********7723 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 99DR838/99ZA601 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmış, göndərilən malın dəyərinin 105311 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 689 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesabına köçürülməmişdir. İş materiallarında olan "xxxx" şirkətinin yaratdığı komissiya üzvləri: mühasib N.V.Kovalenko, böyük ambardar İ.L.Ryabtseva, ambardar L.V.Korçagina və nəzarətçi N.V.Luqannikov tərəfindən tərtib edilmiş 26 sentyabr 20223-cü il tarixli aktda göstərilir ki, 26 sentyabr 2023-cü il tarixdə 000107 saylı CMR ilə "xxxx" MMC-yə qırılmamış möhür arxasında 20000 kq fındıq ləpəsi qəbul edildi. Tədarükçü Şəxs MMC Azərbaycan. 26 sentyabr 2023-cü ildə fındıq yükünün çəkisinin yoxlanılması zamanı 130 kq çatızmazlıq aşkar olundu. Faktiki qəbul edilib 19870 kq. İş materiallarına əlavə olunmuş Rusiya Federasiyası Belqorod vilayəti Starooskol Ticarət-Sənaye Palatasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli ********** №-li ekspertiza aktından görünür ki, Şəxs MMC tərəfindən CMR 000107 olan sənədlər əsasında "xxxx" MMC-yə göndərilməklə təqdim edilmiş daşıyıcı 99DR838/99ZA601 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində 500 mal yeri olan miqdarda fındıq ləpəsi var idi. CMR № 000107 məlumatlarına görə. Məhsullar elektron tərəzidə çəkilməklə qəbul edilərkən məhsulun faktiki xalis çəkisi 19897,0 kq təşkil etdi. Çatışmazlıq 130 kiloqram təşkil etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin Şəxs MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli 1541 №-li pretenziya məktubundan görünür ki, "xxxx" MMC (alıcı) və Şəxs MMC (satıcı) arasında bağlanmış 20 oktyabr 2022-ci il tarixli AZS/SLAV/1054-22 №-li müqavilə şərtlərinə əsasən satıcı alıcının mülkiyyət hüququna keçirməyə, alıcı isə müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalara uyğun olaraq 11-13 mm-lik fındığı (bundan sonra mallar adlandırılacaq) qəbul edib ödəməyə razılaşdılar. Tərəflər müqaviləyə 24 iyul 2024-cü il tarixli 2 nömrəli Spesifikasiyanı (bundan sonra Spesifikasiya) imzalamışlar. Onun şərtlərinə əsasən mallar hər xalis kiloqram üçün 5,30 ABŞ dolları qiymətində tədarük edilir. Mal tədarük edilib:99DR838/99ZA 601 nəqliyyat vaistəsində, xx.xx.2023-cü il tarixli AZ072023 hesab-faktüra ilə, göstərilən xalis çəkisi 20000,0 kq. RF Belqorod vilayəti Starooskol Sənaye və Ticarət Palatasının ekspertinin iştirakı ilə təhvil verilmiş malların miqdarı (xalis çəkisi) qəbul edildikdə, alınan faktiki xalis çəki ilə göndərmə sənədlərində göstərilənlər arasında uyğunsuzluq aşkar edilmişdir-99DR838/99ZA 601 nəqliyyat vasitəsində, xx.xx.2023-cü il tarixli AZ072023 hesab-fakturada xalis çəki 20000,0 kq göstərilmiş, faktiki xalis çəki isə 19870,0 kq təşkil etmişdir, əskikgəlmə-130,0 kq olmuşdur. Müqavilənin 2.5-ci bəndinə uyğun olaraq alıcını tələbi ilə satıcı göndərilən mal partiyasının daşınması zamanı təbii itki və ya malların daşınması zamanı yaranan digər səbəblərə görə baş verə biləcək malların çəkisində lazımi qaydada sənədləşdirilmiş itkiləri alıcıya ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə 24 iyul 2023-cü il tarixli 2 №-li Spesifikasiyaya əsasən təhvil verilmiş malların ümumi çatışmazlığı 130,0 kq, yəni 689,0 ABŞ dolları məbləğində təşkil etmişdir (130,0 kqX5,30 doll/kq). Satıcının alıcıya qarşı pretenziyasını kompensasiya etməklə malların tədarükünə görə ödəniş məbləğinin müəyyən edilmiş məbləğin azaldılmasına razılığını əks etdirən 689,0 ABŞ dolları məbləğində kredit-notası verməklə göndərilmiş malın dəyərinin ödənişinin həmin məbləğdə azaldılmaqla ödənilməsinə razılığının verilməsi xahiş edilir. Bu pretenziyaya alındığı tarixdən 5 gün ərzində cavab göndərilməsi və pretenziyanın təmin edilməsi faktının təsdiq edilməsi xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qaydaların 15.1-ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021 -ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur Sözügedən Qərarının 1-ci bəndinə əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları’’na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Buna müvafiq olaraq “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi səkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qovulmur. Qanunun “Əsas anlayışlar” hissəsində cari valyuta əməliyyatlarına malların, islərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləsdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi də aiddir və resident dedikdə, həmçinin Azərbaycan Respublikasında qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslər basa düşülür. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitlərinin malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur İşin hallarını, hüquqi şəxs Şəxs MMC tərəfindən ixrac olunan malların müqabilində 689 ABŞ dolları məbləğində valyuta vəsaitin şirkətin müvəkkil bankı olan "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsinin təmin edilməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyul 2024-cü il tarixli 3(107)- 196/2024 nömrəli qərarında qeyd edilmiş, satıcının alıcıya qarşı iddiasını kompensasiya etməklə malların tədarükünə görə ödəniş məbləğinin müəyyən edilmiş məbləğin azaldılmasına razılığını əks etdirən 689 ABŞ dolları məbləğində kredit-notası verməklə bu iddianın təmin edilməsi faktına cavab verilib verilməməsi məhkəmə tərəfindən aydınlaşdırılmış, hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru Nümayəndə1 izahatından aydın oldu ki, AZERSTAR” MMC tərəfindən həmin məsələ ilə bağlı yazılı heç bir sənəd göndərilməmiş, yalnız şifahi razılıqlarını bildirmişlər. Hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru Nümayəndə1 təqdim etdiyi "xxxx" şirkətinin yaratdığı komissiya üzvləri: mühasib N.V.Kovalenko, böyük ambardar İ.L.Ryabtseva, ambardar L.V.Korçagina və nəzarətçi N.V.Luqannikov tərəfindən tərtib edilmiş 26 sentyabr 20223-cü il tarixli akt, Rusiya Federasiyası Belqorod vilayəti Starooskol Ticarət-Sənaye Palatasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli ********** №-li ekspertiza aktı, "xxxx" MMC-nin Şəxs MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli 1541 №li pretenziya məktubu ilə bağlı qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən həmin sənədlərin kserosurəti təqdim edilmişdir, bu sənədlərin tərcüməsi də rəsmi tərcümə deyildir. Odur ki, həmin sənədlərin saxtalaşdırılması ehtimalını (Şəxs MMC-in nümayəndəsinin hazırkı işdə təqdim etdiyi Starooskol Ticarət-Sənaye Palatasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli ********** №-li ekspertiza aktı ilə başqa iş üzrə təqdim etdiyi Starooskol ticarət -sənaye palatasının ********** nömrəli 25 avqust 2023-cü il tarixli ekspertiza aktı arasında əsaslı fərqlərin olması bu şübhəni daha da artırır) nəzərə alaraq həmin sənədləri sübut kimi qəbul etmirəm. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-689 ABŞ dollarının 30 faizi məbləğində 206,7 ABŞ dolları (351,39 manat) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-213/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-213/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver